The document has moved here.
|
||
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq” | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Aktyor Mehmet Aslantuğ müsahibə verməyi sevməyən, ancaq danışanda sözünü əsirgəməyən insanlardandır. Ekranlara bu il çıxmış “Kördüyüm” serialında oynayan Aslantuğ Türkiyə gündəmindən tutmuş şəxsi həyatına qədər hər şeydən danışıb.
– Həyatınızdan razısınız? – Sənətə təzyiq və senzura qarşısında nə hiss edirsiniz? – Gizli və ya açıq senzura bəzən ağır, bəzən də yüngül olsa da, həmişə olub. Keçmişimiz fikirləri ucbatından illərlə həbsdə yatan yazıçılarla doludur. Bütün dövrlərin basqı və senzurasına qarşı eyni şüurla dirənmək məcburiyyətindəyik. Bürokratiyanın və ya siyasətin öz sahəsinə aid problemləri həll etmək əvəzinə, xalqla sənətçisi arasında özünə yer etməyə çalışması heç vaxt heç bir işə yaramayıb. Dünyanın heç bir yerində! Ancaq bir sıra tənzimləmələrə ehtiyac olduğu da mütləqdir. – Belə vəziyyətdə ölçü nə olmalıdır? – Xalqa açıq olan televiziya kanallarında əlbəttə bir sıra sərhədlər olacaq. Ancaq bu dərəcədə saxta senzuranın, bu dini və mədəni qohumluq coğrafiyasına bir faydası olsaydı, hər halda indiyə qədər görmüş olardıq. –Gəzi hadisəsindən üç il keçdi. Siz də, həyat yoldaşınız da (Arzum Onan) da Gəzi Parkında müqavimət göstərdiniz. Ordakı gənclər sizə nə öyrətdi, sizcə, onlar indi hardadılar? – Özünü azad üsullarla göstərmək istəyən, “Mənim də deyəcəklərim var. Bunu sadəcə dərnəklər, partiyalarla deyil, gitaramla, mahnılarımla, yaşam sevincimlə də göstərə bilər, haqqımı qoruya bilərəm” demək istəyən yüz minlərlə gənc ikitərəfli təzyiqə məruz qaldı. Bir tərəfdən yandırıb dağıdanlar, bir tərəfdən polis təzyiqi... O gənclər heç yerə getməyiblər. Özlərini böyük qardaşları, bacıları qədər ölkələrinin gələcəyinə həsr ediblər.
– Oğlunuza (Can Onan, 16 yaş) nə öyrədirsiniz? – Atasını hələ dörd yaşında itirən bir ata övladından nə istəyə bilər? Mərhəmətli, cəsur və ədalətli olmağını... Elmə, zəhmətə dəyər verməyini... Ümidini heç vaxt itirməməyini... Ölkəsinə yad qalmamağını, dəyərlərinə sahib çıxmağını... – “Gecənin kraliçası” serialında oğlunun sevgilisinə aşiq olan bir atanı oynamaq istəmədiyiniz üçün roldan imtina etmişdiniz. Sizi buna məcbur edən cəmiyyətdəki mühafizəkarlıq idimi? – Bunun müasirliklə və ya mühafizəkarlıqla bir əlaqəsi yoxdur. Rola aid bəzi xüsusiyyətlər hazırlıq prosesində qismən dəyişdi. Buna görə həmin xarakter birtərəfli göstərildi. Dostlarımız o rolu belə gördülər, ancaq mən onlarla eyni qənaətdə olmadım.
– Aktyor qatili də, uyğunsuz bir münasibəti də, transseksualı da oynayar. Sizin kimi böyük sənətkarlar belə bunda tərəddüd edirsə, xalqın içində olduğu həqiqətləri bizə kim göstərəcək? – İndiyədək sizi sakit, durğun, bəy əfəndi kimi tanıyırıq. Bunlardan başqa hansı tərəfləriniz var? – Kənardan həyatınız mükəmməl görünür. Yaxşı ata, xoşbəxt həyat yoldaşı və “cool” bir kişi… Belə bir insanı ancaq filmlərdə görürük axı, ona görə soruşuram. – Kənardan necə görünür deyə düşünərək yaşamırıq ki… Necəyiksə, elə də görünürük.
– Həyat yoldaşınız heykəltaraşlıqla məşğul olmağa başlayıb. Onun emalatxanasında sizə də yer var? – Niyə də olmasın? Bu ara emalatxanalar bir-birinə qarışıb. Mənim film emalatxanam, onun heykəl emalatxanası. Emalatxananın olması yaxşıdır, motivasiyadır, ovqatdır, ümiddir. – Uzun müddətdir evlisiniz, bu xoşbəxt evliliyin sirri nədir? – Sirri-filan yoxdur, sevgi və fədakarlıq var. – Evlənib övlad sahibi olandan sonra sevgi necə dəyişir? – Özünü yeni bir dövrə əmanət edir. |
||
|
||
“Demokratiyanı,, aydınlığı, oğurluğa,, terrora, qarşı, qoyacağıq”, |
|