The document has moved here.
|
||
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Ötən həftənin müzakirə mövzusu səhiyyə sistemimiz oldu. Buna səbəb ard-arda həkim səhvi və məsuliyyətsizliyi ucbatından baş verən ölüm hadisələri idi. Belə ki, Qəbələdə ana və körpəsi həkim səhlənkarlığından dünyasını dəyişdi. Daha sonra Salyan rayonunda xəstəxananın elektrik enerjisi kəsildiyinə görə üçəmlərdən ikisinin oksigen çatışmazlığından ölməsi gündəmin əsas mövzusu oldu. Həftənin sonunda Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində həkimin, sol ayağın kəsilməsi barədə diaqnoz qoyulan xəstənin sağ ayağını kəsməsi cəmiyyətdə əməlli-başlı ajiotaj yaratdı. Baş verən hadisələrlə bağlı sosial şəbəkələrdə və mətbuatda Milli Məclisin məsələyə müdaxilə etməsini, səhiyyə nazirinin istefasını tələb edənlər belə oldu.
“2-3 nöqsana görə naziri ittiham etmək olmaz”
Millət vəkili Fəzail Ağamalı isə xəbər365-ə açıqlamasında səhiyyə nazirini ittiham etməyin ədalətsiz mövqe olduğunu bildirib: “Bütün məsələləri Milli Məclisin üstünə atmaq olmaz. Parlamentin Səhiyyə Nazirliyi üzərində nəzarət mexanizmi, belə bir təşəbbüslə çıxış edib onu müzakirəyə çıxarmaq hüququ yoxdur. Bunu deyənlər mövcud Azərbaycan qanunlarından xəbərsizdirlər. Biz ildə bir dəfə – mart ayında hökumətin hesabatını dinləyirik. Bu zaman nazirlər də parlamentə dəvət edilirlər. Bir gün ərzində ötən ilin hesabatı verilir və həmin hesabat əsasında müzakirə aparılır. Bununla da bizim səlahiyyətimiz bitir. Hər hansı bir qurumda xoşagəlməz, təəccüb doğuracaq hal baş verirsə, nazirliyi ittiham etmək düzgün deyil axı. Səhiyyəmizdə bəyəm heç bir uğur yoxdur? 2-3 təəssüf doğuracaq hadisə baş verdi, ictimailəşdirildi, bununla bağlı Səhiyyə Nazirliyi açıqlama verdi, hüquq-mühafizə orqanları da araşdırmalar aparır. Səhiyyə Nazirliyi öz üzərinə düşən funksiyanı yerinə yetirmək üçün bu məsələlərə biganə qalmadısa, bununla da məsələ bitməliydi. Mənim hörmət etdiyim vətəndaşlarımız sosial şəbəkələrdə adi bir faktı şişirdərək böyük bir problemə çevirirsə, bu da doğdu deyil. Təbii ki, o faktların, nöqsanların üstünə getmək lazımdır. Onların aradan qaldırılması üçün bütün vətəndaşlar kimi millət vəkilləri də öz sözünü deməlidir. Ancaq bununla bağlı deputatların hər hansı bir səlahiyyəti yoxdur. Hüquq-mühafizə orqanları hazırda şikayətlərlə bağlı öz işlərini yerinə yetirirlər. Səhiyyə Nazirliyi eyni şəkildə araşdırma aparır”.
“Səhiyyə nazirinin istefasını tələb etmək ədalətsizlikdir”
Deputat həkimlərin məsuliyyət hissinin artırılması üçün qanunda bir qədər sərtləşdirilmə aparılması fikriylə razıdır: “Bəzi məsuliyyətsiz həkimlər, eynilə xanımın xəstə ayağını qoyub, sağlamı kəsən həkim əlbəttə çox ciddi məsuliyyətə cəlb olunmalıdır. O, qanun qarşısında cavab verməlidir. Bu səhvə görə gərək 5 il, 10 il həbsxanada yatsın ki, mənəvi əzab çəksin.
“Bir fakta görə bir quruma və nazirə silahın bütün növləriylə atəş açmaq özü də ədalətsizlikdir”
“Nazirliyə yox, məhkəməyə üz tutmaq lazımdır”
Tibb elmləri üzrə fəlsəfə doktoru, uroloq-cərrah Vasif İsmayıl dünyada bu kimi məsələlərin məhkəmə sistemi ilə tənzimləndiyini deyir: “Bizdə isə zərərçəkənlər Səhiyyə Nazirliyinə üz tuturlar. Düzdür, qanunvericiliyə görə bizdə də məhkəməyə müraciət olunmalıdır. Amma insanlarımız hələ də birbaşa nazirliyə yazıb, nəticə əldə eləmək istəyir. Bu, köhnə alışqanlıqdır. Səhiyyə Nazirliyinin işi səhiyyənin təşkilidir. Konkret Salyanda başverən hadisə səhiyyənin təşkili ilə deyil, birbaşa insan faktoruyla bağlıdır. Salyandakı körpələr erkən doğulmuşdular. Nazirliyin vəzifəsi onlara sufaktan dərmanını vermək idi. Dərman ödənişsizdir. O dərman verilib, amma faydası olmayıb. Amma o uşaqların yaşamaq ehtimalı az idi, üstəlik mən Salyanda o uşaqların yaşaması üçün kifayət qədər şərait olduğuna inanmıram. Bunun üçün permatoloji mərkəz var, o da Bakıda yerləşir. Erkən doğulan uşaqlar ora yerləşdirilir. Sözümün canı bundan ibarətdir ki, dünyada bu işlər məhkəmə ilə aaraşdırılır. Eləcə də həkimlərin təşkilatı olur. Məsələn, Təbiblər Birliyi. Səhiyyə Nazirliyi sadəcə nəzarətçi ola bilər. Amma belə baxanda iki hadisədə Səhiyyə Nazirliyinin günahını görmədim.
“Bu hadisə səhiyyəmizin adına ləkədir” Millət vəkili Qənirə Paşayeva da facebook hesabında sözügedən yanlış əməliyyatın səhiyyəmizin adına ləkə olduğunu yazıb: “Bakıda səhvən xəstənin sağlam ayağını kəsən Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzinin həkiminın açıqlamasını dəhşət içində və böyük üzüntü ilə oxudum. “Üzrü günahından betər” deyimi var. Bu açıqlama, məhz, belədir. Hesab edirəm ki, həkim də, əməliyyatda iştirak etmiş tibb personalı da ciddi şəkildə cəzalandırılmalıdır. Bu hadisə səhiyyəmizin adına ləkədir”. |
||
|
||
Deputat, səhv, ayağı, kəsən, həkimə, 10, il, həbs, tələb, etdi, |
|