301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
27 Yanvar 2018 - Şənbə 19:27 986 nəfər oxuyub
 
Dilimiz təkcə Azərbaycan Respublikasının yox, 50 milyonluq Azərbaycan xalqının milli dilidir - Arif Rəhimoğlu
Arif Rəhimoğlu
BAXIŞ Xəbəri
Dilimiz təkcə Azərbaycan Respublikasının yox, 50 milyonluq Azərbaycan xalqının milli dilidir - Arif Rəhimoğlu

Məlum olduğu kimi bir müddətdir ki, Azərbaycan dilinin orfoqrafiya lüğəti ilə bağlı ictimai müzakirələr davam edir. Bu dəfə İsveçin Yöteburq şəhərində yaşayan həmyerlimiz, Filologiya üzrə fəlsəfə doktoru  Arif Rəhimoğlu öz düşüncə və təkliflərini ictimayətlə bölüşüb. 
 
“Azərbaycan dilinin orfoqrafiya qaydaları” ilə bağlı düşüncələrim və təkliflərim 
 
AMEA Orfoqrafiya komissiyası ilə Nəsimi adına Dilçilik İnstitutunun yeni orfoqrafiya qaydaları hazırlayıb ictimaiyyətin açıq müzakirəsinə çıxarmasını alqışlayır və bu önəmli işdə dəyərli alimlərimizə uğurlar diləyirik. Bəzən təhriflərə, yaxud yanlış yozmalara yol verilsə də, orfoqrafiya qaydalarına cəmiyyətimizin göstərdiyi maraq və aparılan müzakirələr mahiyyətcə bizi çox sevindirdi. Son əlli ildə ilk dəfə olaraq orfoqrafiya qaydalarına yönəlik belə açıq və geniş müzakirələrin aparılması, çeşidli düşüncələrin irəli sürülməsi olduqca gərəklidir. 
 
Bu açıq müzakirə durumundan yararlanıb biz də bəzi düşüncələrimizi oxucularla bölüşmək və öz təkliflərimizi bildirmək istədik. Öncə bir neçə mühüm məsələyə aydınlıq gətirməyə çalışaq.  
 
Dil siyasətimiz və onun strateji hədəfləri
 
Bəlli bir gerçəklikdir ki, ədəbi dil yalnız kültürəl yox, həm də siyasi-strateji yöndən çox böyük önəm daşıyır. Konkret mövzumuz baxımından yanaşsaq, ədəbi dilin özül daşı olan düzgün yazı (imla, orfoqrafiya) qaydaları müəyyən strateji hədəflərə yönəlik dil siyasəti üzərində qurular və bu qaydalar da, ona əsaslanan orfoqrafiya lüğətləri də həmin dil siyasətini ortaya qoyar. Eyni zamanda, bəlli bir strateji hədəflərə yönəlmiş dil siyasəti dövlətin yürütdüyü siyasətlə, bu siyasətin başlıca strateji yönləri ilə birbaşa bağlı olub, onun tərkib hissəsi kimi özünü göstərər.  
 
Sover dönəmində Rus xalqının “böyük qardaş” statusundan irəli gələn hakim dil siyasəti yürüdülür və xalqımıza aşılanırdı ki, “Rus dili bizim dünyaya çıxış dilimizdir”. Azərbaycan Sovet Dövlətinin dünya dövlətlərii ilə Moskvasız birbaşa siyasi-iqtisadi-mədəni-hərbi vb. əlaqələri mövcud olmadığı kimi, dilimizin də çağdaş dünya dilləri ilə əlaqəsi yalnız Rus dili vasitəsilə mümkün idi. Ona görə də, Sovet dönəmində həm dilimizə keçən alınma sözlərin və yabançı özəl adların düzgün yazılışı üçün, həm də bütövlükdə  orfoqrafiya qaydalarımız üçün Rus dili başlıca qaynaq rolu oynayırdı. 
 
Bəs düzgün yazı qaydalarımızın bugünkü durumu necədir? 
 
Artıq otuz ilə yaxındır ki, Azərbaycan Respublikası müstəqil bir dövlətdir və hər hansı bir dövlətlə bütün sahələr üzrə birbaşa çeşidli əlaqələr qura bilir. Orfoqrafiya qaydalarımızın mövcud durumu isə heç də bu dövlət müstəqilliyimizə uyğun gəlmir: hələ də Rus dili bizim üçün başlıca mənbə sayılır və hələ də yazımızı Rus dilinin hərflərinə, qaydalarına uyğun tənzimləyirik. İki örnək verək: 
İsveçin ikinci böyük şəhərinin adı İsveçcədə Göteborg yazılır və onu Rusca Гётеборг yazılışından alaraq Azərbaycanda ad Höteburq kimi göstərilir. Halbuki İsveçcədə g hərfi incə saitlərdən öncə işləndikdə y səsini, qalın saitlərdən öncə (örn.: Gotland) işləndikdə isə q səsini verir. Ruscanı “mənbə dil” kimi götürüb İsveçcənin g samitini Ruscanın г samitinin bizdəki h qarşılığı ilə yazmağa heç bir ehtiyac yoxdur. Elə İsveçcənin özünü qaynaq dil saymalı və bu qaynaq dildəki hərflərin səs dəyərinə uyğun gələn öz hərflərimizi əsas alaraq Göteborg adını Yöteburq, Gotland adını Qotland... yazmalıyıq. 
 
Yaxud Ruscada dil adları isim yox, sifətdir və ona görə də, kiçik hərflə yazılır. Ancaq bizim üçün dil adları sifət yox, varlığı tək olan özəl adlardır və ona görə də, dil (eləcə də tayfa, xalq, millət) adları mütləq böyük hərflə yazılmalıdır: Azərbaycanca, Türkcə, İngiliscə; Rus, Özbək, Tatar, Bayat, Qaşqay vb. 
 
Deməli, indiki dövlət müstəqilliyimiz dönəmində təkcə Rusiya imperiyasının ağalığından yox, həm də Rus dilinin “böyük qardaş” nağılından qurtulmalı və dilimizin dünya dilləri ilə birbaşa əlaqəsini qurmağa yönəlik dil siyasətinə yiyələnməliyik. Çünki artıq Azərbaycan Rusiya imperiyasının bir müstəmləkəsi olmadığı kimi, Azərbaycan dili də Rus dilindən asılı bir dil deyil. Bu gün Rus dilindən hansısa bir sözü alıb işlətməmiz mümkündür, ancaq daha Rus dilini bizim “dünyaya çıxış dilimiz” saya bilmərik və artıq Rus dili bizim üçün vasitəçi dil olma özəlliyini itirmişdir. 
 
Qaynaq dil və vasitəçi dil anlayışları
 
İndiyədək orfoqrafiya qaydalarımızda və dərsliklərimizdə, dilçiliyə aid əsərlərin bir çoxunda “Rus dilindən və Rus dili vasitəsilə Avropa dillərindən alınan sözlər” haqqında ayrıca danışılmış və bu vasitəsilə sözünün nə linqvistik sonuclarına, nə də daşıdığı siyasi-strateji anlama ciddi diqqət yetirilməmişdir. Qaynaq dili yox, vasitəçi dili və onun hərflərinə uyğun səs dəyərlərini əsas götürdüyümüz üçün linqvistik baxımdan dilimizdə nə qədər yabançı adların və alınma sözlərin yanlış yazılışları ortaya çıxmışdır. Göteborg = Yöteburq adının Höteburq kimi uyduruq yazılışına toxunduq. Alınma sözlərdən də bircə örnək verək: İngilis dilində hygiene, Alman dilində Hygiene, Fransız dilində hygiène, İsveç dilində hygien vb. kimi işlənən söz Ruscanın səs dəyərlərinə uyğun olaraq гигиена kimi yazılmış, biz də Rus dilinin г samitinin dilimizdəki səs dəyərinə uyğun g hərfini əsas götürməklə sözü gigiyena formasında ədəbi dilə gətirmişik. Halbuki qaynaq dil əsas götürülsəydi, dilimizdə o sözü higyen kimi yazmalı idik. 
 
Siyasi-strateji baxımdan isə vasitəçi dil anlayışı mahiyyətcə siyasi tabeçiliyi və kültürəl asılılığı ortaya qoymaqdadır. Ona görə də, biz hər hansı bir dilin vasitəçi dil kimi əsas götürülməsini yanlış sayır, dünyaya vasitəçi dilin “gözlüyü” ilə yox, öz dilimizin “gözü” ilə baxmağı daha üstün bilirik. Düşünürük ki, dilimiz  dünyanın heç bir dilindən aşağı deyil və ona görə də, dünyaya çıxış dilimiz hər hansı bir başqa dil yox, məhz öz dilimiz olmalıdır. Sadəcə, diqqət yetirməli və müstəmləkə dönəmindən dilimizdə qalmış kəsir yönləri ortadan qaldırmaq yolunda israrla çalışmalıyıq. Bu kəsir yönlər orfoqrafiya qaydalarımızda da az deyil və aşağıdakı təkliflərimiz də onlardan bəzilərini ortaya qoymaqdadır. 
 
Orfoqrafiyamızın prinsipləri
 
Sözlərin düzgün yazılış qaydaları kimlərinsə şəxsi istəyi ilə yox, bəlli prinsiplər əsasında müəyyən edilir. Hər dil üçün uyğun prinsiplər əsas götürülür və bizim dilimizdə də düzgün yazı qaydalarımız üç prinsipə (fonetik, morfoloji və tarixi-ənənəvi) görə tənzimlənir. 
 
Vurğulayaq ki, Türk kökənli milli sözlərimizin yazılışı ilə tutuşduranda alınma sözlərin və yabançı adların yazılışı daha çox sorun yaratmaqdadır. Ona görə də, alınma söz və adların yazılışında dilimizin yazı qaydalarını tənzimləyən prinsiplərə ayrıca önəm verilməsi olduqca önəmlidir. Bu baxımdan, fonetik prinsip dilimizin düzgün yazı qaydaları üçün çox böyük dəyər daşıyır. Ancaq təbii ki, tarixi-ənənəvi və morfoloji prinsiplər də gözardı edilə bilməz. Örnəyin, tarix boyu ənənəvi olaraq Tiflis kimi işlətdiyimiz adı bir göstərişlə Tbilisi formasında yazmağımız, yəni tarixi-ənənəvi prinsipi “unutmağımız” öz dilimizə qarşı sayğısızlıqdan başqa bir şey deyildi.  
 
Dünən vasitəçi dildən asılı olduğumuz üçün alınma sözlərin və yabançı adların yazılışında daha çox Rus dilinin orfoqrafiya qaydalarını yamsılayırdıq. Bu gün isə çoxsaylı dünya dilləri ilə üz-üzəyik və öz dilimizin sisteminə uyğun prinsiplərimiz əsasında yazı qaydalarımızı vaxtında tənzimləməsək, orfoqrafiyamıza ciddi zərbə vurmuş olacağıq. Dövlət müstəqilliyimizə uyğun dil siyasətimiz və onun strateji özülləri tam sabitləşib oturuşmadığına, dilimizi qorumaq üçün ona-buna satılmaz dil gömrüyümüz hələ yaradılmadığına görə, başqa dil qaydaları asanlıqla yazımıza yol tapır, ədəbi dil standartlarımızı pozub ikilik salır və dilimizi korlayır. Örnəyin, dilimizin qaydaları əsasında doğru yazılışı şou, kafe, sent... kimi olan alınma sözlərin show, cafe, cent... kimi yazılması, “Speys”, “Vaşinqton Post”, “Nyu-York Tayms”, “Fridom Haus”... kimi olan yabançı adların “Space”,  “The Washington Post”, “The New-York Times”, “Freedom House”... kimi verilməsi orfoqrafiya qaydalarımızı kiçik düşürməkdən, ayaqlar altına atıb tapdalamaqdan başqa bir şey deyil...
 
Burada bir-birinə tərs olan iki qayda var: 
1. alınma sözlər və yabançı adlar dilimizin qaydalarına uyğun yazılmalıdır; 
2. alınma söz və yabançı adların qaynaq dildəki yazılışı eynilə bizdə də qorunmalıdır. 
Birinci qayda dilimizin orfoqrafiya qaydalarını düzənləyən fonetik prinsipdən irəli gəlir və dilimizdə geniş yayılmış tam aparıcı bir qaydadır. 
 
İkinci qayda tarixi-ənənəvi prinsipə uyğunmuş kimi görünür. Ona görə “uyğunmuş kimi” deyirik ki, gerçək tarixi-ənənəvi prinsip qaynaq dildəki yazılışı deyil, öz dilimizdəki yazılışı bildirir və bizim tariximizdə olan, bizim keçmişdən indiyə sürüb gələn yazı gələnəyimizi ortaya qoyur. Qaynaq dildəki yazılışı olduğu kimi qoruma isə bizim yox, qaynaq dilin tarixi-ənənəvi prinsipinə uyğunluqdur. Qaynaq dilin tarixi-ənənəvi prinsipinə uyğun olmanı qaynaq dili yamsılama prinsipi adlandırır və onu ədəbi dili korlayan bir vasitə hesab edirik. 
 
Dilçilik İnstitutuna üç təklifimiz
Ədəbi dilin bitkin bir səviyyəyə yüksəlməsində düzgün yazı qaydalarının cilalanması və normaya salınıb standartlaşdırılması çox böyük rol oynayır. Əslində  standartlaşdırma təkcə ədəbi dil baxımından yox, bütövlükdə millətləşmə sürəci baxımından ciddi önəm daşıyır. Bu önəmi gözə alaraq AMEA Dilçilik İnstitutuna üç ümumi təklif veririk: 
1. Dilçilik İnstitutunda ayrıca bir Orfoqrafiya şöbəsi yaradılsın. Şöbənin vəzifəsi: dünya dillərinin orfoqrafiya qaydalarını araşdırıb öyrənmək və onlardan praktik olaraq yararlanmaq, Azərbaycanda var olan orfoqrafik sorunları müəyyənləşdirmək və onları günlük ictimai müzakirəyə çıxarmaqla çözüm yollarını aydınlaşdırmaq, bütün üslublar üzrə ədəbi dilimizin lüğət tərkibini, var olan və dilə yeni gələn/gətirilməsi istənən sözləri, onların yazılışını izləmək, ədəbi dilimizi korlayan sözləri, onların yazılışlarını vaxtında ictimai diqqətə yetirmək  vb. 
2. Yaradılacaq Orfoqrafiya şöbəsinin veb-saytı açılsın. Bu veb-sayt şöbə ilə toplum arasında günlük əlaqə xəttinə çevrilməli, müəllimlərimiz, jurnalistlərimiz vb. aydınlarımız başda olmaqla hər kəsin düzgün yazı qaydaları və ya yeni sözlərlə bağlı təkliflərini qeydə alacaq, onların günlük iş həyatında tuş gəldikləri orfoqrafik sorunları çözməyə yardım edəcək ciddi bir bilgi qaynağı olmalıdır. 
3. Orfoqrafiya qaydaları ayrıca əsər kimi vaxtaşırı çap edilsin. Təbii ki, bu əsər “Orfoqrafiya lüğəti”nə artırılan 60 – 70 maddəlik qaydalar kitabçasından yox, bütün üslublar üzrə ədəbi dilimizin düzgün yazı qaydalarını normaya salacaq, milli və alınma sözlərin yazılışında, qısaltma və ixtisarların, durğu işarələrinin, kimyəvi, riyazi, texniki... işarələrin işlədilməsində ciddi rol oynayacaq və dilimizdə yazı yazan hər kəs üçün masaüstü əsərə çevriləcək bir kitabdan ibarət olmalıdır.
 
Orfoqrafiya qaydalarındakı yeniliklərə aid təkliflərimiz
Yeni orfoqrafiya qaydalarında irəli sürülənlərin çoxunu doğru sayır və qəbul edirik. Aşağıdakı məsələlərdə isə fikrimiz fərqlidir: 
 
Söz köklərində samitlərin yazılışı
22. Aşağıdakı sözlərin mənbə dildəki yazılışı əsas götürülərək, k hərfi ilə yazılması məqsədəuyğun sayılır: əskər, əskinas,  İskəndər, işkəncə və s. 
Bizcə, “Mənbə dildəki yazılışı əsas götürmə” nə qədər maraqlı bir qayda olsa və başqa bir durumda özünü doğrulda bilsə də, mövcud məqam üçün orfoqrafiyamızın fonetik və tarixi-ənənəvi prinsiplərini pozduğundan yerinə düşmür və göstərilən sözlərin öncəki əsgər, əsginas, İsgəndər, işgəncə... yazılışı saxlanmalıdır. 
 
Birinci hərfi böyük yazılan sözlər
55. Yaradanın və səmavi kitabların adları böyük hərflə yazılır: Allah, Rəbb, Tanrı, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Qurani-kərim, Tövrat, Zəbur və s.
56. Planet adları, mifonimlər böyük hərflə yazılır: Ay, Günəş, Ülkər; Afrodita, Herakl, Zevs və s. 
Bizcə, burada planet adları ilə mifonimlərin – mifik varlıq adlarının bir sıraya qoyulması bölgünün məntiq əsasına tərs düşdüyünə görə, mifonimlər 56-cı yox, 55-ci maddəyə daxil edilməli və həmin maddələr aşağıdakı kimi yazılmalıdır: 
55. Yaradanın, səmavi kitabların və mifonimlərin – mifik varlıqların özəl adları böyük hərflə yazılır: Allah, Rəbb, Tanrı, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Qurani-kərim, Tövrat, Zəbur; Afrodita, Herakl, Zevs və s.
56. Səma cisimlərinin adları böyük hərflə yazılır: Ay, Günəş, Ülkər, Dan ulduzu, Ağ yol/Saman yolu və s. 
Orfoqrafiya qaydalarına təklif etdiyimiz artırmalar
Bir daha xatırladaq ki, Rus dilinin vasitəçilik rolu bitmiş və müstəqil bir dövlətin – Azərbaycan Respublikasının Dövlət dili olan dilimiz dünya dilləri ilə bilbaşa təmas xəttinə çıxmışdır. Rus dilinin hakim və tək qaynaq olduğu sadə situasiya yerinə indi çoxdilli mürəkkəb bir situasiya ilə üz-üzəyik. Söz adlığımız/alacayımız və özəl adlarını yazmalı olduğumuz/olacağımız müxtəlif dünya dilləri ilə bağlı bilgi əldə etməmiz onların yazıları – əlifbaları, heroqlifləri ilə tanışlıqdan başlanır. Eyni zamanda, onların da bu gün ən azı bizim özəl adlarımızı doğru yaza bilmələrinə yönəlik fəaliyyətlərimiz olmalıdır. Bir də unutmayaq ki, dilimiz təkcə Azərbaycan Respublikasının yox, əlli milyonluq Azərbaycan xalqının milli dilidir və yaxın keçmişdə olduğu kimi, yaxın gələcəkdə də ən azı Qafqaz və Ön Asiyanın ümumünsiyyət dilinə çevrilmə imkanına malikdir. Bütün bunlar isə dilimizlə bağlı ən ali qurum olan Nəsimi adına Dilçilik İnstitutu qarşısında o günə indidən hazırlaşma, ədəbi dilimizin ən yüksək səviyyədə normaya salınıb standartlaşdırılması sürəcinə gerçəkdən birbaşa rəhbərlik etmə vəzifəsi qoyur.  
Deyilənləri gözə alıb təklif edirik ki, orfoqrafiya qaydalarımızda aşağıdakılardan da yararlanılsın: 
Birinci hərfi böyük yazılan sözlər
011. Dil, qəbilə, tayfa, xalq, millət kimi varlığı tək olan adların birinci hərfi böyük yazılır: Azərbaycanca, Türkcə, Ərəbcə, İngiliscə, Almanca; Türk, Alman, Özbək, Tatar, Bayat, Qaşqay vb.   
(011 Yeni orfoqrafiya qaydalarındakı maddələri göstərən rəqəmlərlə qarışıq düşməməsi üçün biz rəqəmləri 0-la başladıq – A.R.)  
 
Alınma söz və yabançı adların yazılışı 
Düşünürük ki, alınma söz və yabançı adların yazılışı ilə bağlı qaydaları bu söz və adların aid olduğu yazı sistemləri üzrə gözdən keçirmək daha doğru olar:
 
        a) Ərəb əlifbalı qaynaq dillərə aid alınma söz və özəl adların yazılışı
02. Ərəb əlifbalı qaynaq dillərə aid alınma söz və özəl adlar deyildiyi kimi yazılır: darvaza, şəhər, adam,  şeytan, heyvan, saat, Kövsər, Akif, Vasif, Arzu, Dilşad, Kirman, Qahirə vb.  
03. Ərəb əlifbalı qaynaq dillərə aid bir sıra alınma söz və özəl adlar tarixən yazıldığı kimi yazılır: hətta, şair, neştər, Rza, Əfrasiyab vb. (deyilişdə: hətda, şayir, neşdər,  İrza, Əfrasyab vb.)
04. Ərəb əlifbalı qaynaq dillərə aid söz və özəl adlar yazılarkən onların tərkibindəki özümlü hərflərin səs dəyəri dilimizin uyğun hərflərilə verilir: صمد – Səməd,  ثانیه – saniyə, سئل – sel vb. 
Qeyd: (ﻩ ﺡ) ha və he, (ﺹ ﺙ ﺱ) sad, se və sin, (ﻁ ﺕ) ta və te, (ﻅ ﺽ ﺫ ﺯ) za, zad, zal və ze hərfləri Ərəb dilində fərqli məxrəcə malik ayrı-ayrı səsləri bildirsələr də, Azərbaycan dilində h, s, t və z səslərinə uyğun gəlir və yalnız bu səsləri bildirən hərflərlə yazılır.  
 
b) Kiril əlifbalı qaynaq dillərə aid alınma söz və özəl adların yazılışı  
05. Kiril əlifbalı qaynaq dillərə aid alınma söz və özəl adlar deyildiyi kimi yazılır: sovet, kolxoz, vaqon, maşın, Rusiya, Minsk, Volqa, Nataşa, İvan vb.
06. Kiril əlifbalı Slavyan dillərinin (Rus, Ukrayna, Belorus, Bolqar, Serb vb.) özümlü  ц (tse) səsi dilimizdə yerinə görə həm s səsini, həm də ts səsini verir.
Tərkibində ц olan ümumi isimlər s ilə yazılır: dosent, konsert, sex, sirk, sement, lisey.  
Vitse sözü istisnadır. 
Özəl adlarda sözün əvvəlində s, sözün ortasında və axırında ts yazılır: Setkin, Sialkovski, Vorontsov, Kuznetsov, Muromets... 
Qeyd: Mayns adı istisnadır (Tutuşdur: Mainz –  Майнц – Mayns) 
07. Kiril əlifbalı Slavyan dillərinin özümlü щ (şşa) səsi/hərfi çağdaş Bolqarcada şt kimi, Ruscada uzun yumşaq şş kimi, bəzən də şç kimi deyilir. Ruscadan alınma sözlərdə və Rus adlarında işlənən bu səs/hərf sözönü və sözsonu durumlarda bir ş səsi ilə, sözortası durumlarda isə iki şş səsi ilə yazılır: щайба – şayba; М.Е.С.-Щедрин – M.E.S.-Şedrin; борщ – borş; марщ – marş; В.В. Верещагин – V.V.Vereşşagin; Д.В.Гущина – D.V.Quşşina  vb. 
Ancaq sözortası durumlarda da щ səsi bir ş ilə verilə bilir: марщал – marşal; марщрут – marşrut; С.Марщак – S.Marşak vb. 
08. Kiril əlifbalı Slavyan dillərinin e səsi sözönü və söziçi durumlarda ye kimi deyilir və tərkibində e hərfi olan sözlər, adlar dilimizdə ye ilə yazılır: епископ – yepiskop; карабинер – karabinyer;  С. Есенин – S. Yesenin, Б. Елцин – B. Yeltsin,  Д.И.Менделеев – D.İ.Mendeleyev vb. 
09. Kiril əlifbalı bəzi Slavyan dillərinin (Rus, Belorus...) ё (yo) səsi və bu səsi bildirən iki nöqtəli e – ё  hərfi dilimizdə yerinə görə yo, e, bəzən də o kimi yazılır: ёлка – yolka; стажёр//стажер – stajor; Потёмкинъ// Потемкинъ – Potyomkin; Пётр//Петр – Pyotr; Петербург – Peterburq; Фёдор – Fyodr; Королёв//Королев – Korolyov; Н.С. Хрущёв//Н.С. Хрущев – N.S.Xruşşov; Горбачёв// Горбачев –  Qorbaçov vb.  
Qeyd: Kiril kökənli Slavyan əlifbalarında ё bəlkə də ən çox dartışmalı səs və hərfdir. Slavyan əlifbalarının heç də hamısında ayrıca göstərilməyən bu hərf Slavyan dillərinin özündə belə bir sıra durumlarda gah e, gah da yo səsini bildirir.  
 
c) Latın əlifbalı qaynaq dillərə aid alınma söz və özəl adların yazılışı 
010. Latın əlifbalı qaynaq dillərə aid alınma söz və özəl adlar deyildiyi kimi yazılır: abiturient – abituriyent; Byron – Bayron; Beethoven – Bethoven; Molière – Molyer; Montesquieu –Monteskyö;  Richelieu – Rişelye ; Shakespeare – Şekspir vb.  
Qeyd: Gərəkərsə, dilimizdə ilk yazılışdan sonra mötərizə içərisində söz və adların orijinal biçimi də göstərilə bilər: Monteskyö (Montesquieu); Şekspir (Shakespeare)  vb.
011. Latın əlifbalı qaynaq dillərdəki x (eks) hərfi k və s səslərinin bir araya gəlməsi ilə düzəlib dilimizdə ks kimi deyilir və ks kimi də yazılır: taksi, boks, faks, Marks vb. 
Qeyd: Texas (=Teksas) adının dilimizdə Texas yazılışı adlım yanlışlıqlardan biridir. Həm Kiril, həm də Latın kökənli Azərbaycan əlifbalarında x səsini (cingiltili ğ səsinin kar qarşılığı) bildirən və transkripsiyada kh kimi göstərilən x hərfi işləndiyi üçün bu yanlışlıq ortaya çıxmış (Rus dilinin etgisini də unutmayaq) və Azərbaycan x (kh) hərfi İngilis  x (eks) hərfilə eyniləşdirilmişdir. Bu gün taksi əvəzinə taxi, maksi əvəzinə maxi... yazılması isə yanlış olub yazı qaydalarımızı pozmaqdır. 
012. Almancanın z (tset) səsi Kiril əlifbalı Slavyan dillərindəki özümlü  ц (tse) səsi ilə uyğun olub söz önündə s kimi, söz sonunda ts kimi yazılır: zitat – sitat; zisterna – sisterna; zivil – sivil; zyklon – siklon vb.; Zürich – Sürix; G.W. Leibniz – Q. V. Leybnits; W.A.Mozart – V.A.Motsart vb. 
Qeyd: bəzi özəl adlarda sözortası və sözsonu durumlar üçün z (tset) və ц (tse) səslərinin qarşılığı olaraq təkcə ts yox, həm də s səsi işlənə bilir: Leipzig – Лейрциг –  Leypsiq; Mainz –  Майнц – Mayns vb.  
013. Latın əlifbalı qaynaq dillərə aid özümlü hərf birləşmələrilə işlənən alınma söz və yabançı özəl adlar dilimizdə bu özümlü hərf birləşmələrinin uyğun səs dəyərini bildirən milli hərflərlə yazılır:
a) Çeşidli Batı dillərinə aid ch hərf birləşməsi yerinə görə üç cür deyilir/yazılır:  
ç hərfi ilə: charter – çarter; Chile – Çili; check – çek vb. 
ş hərfi ilə: chans – şans; chef – şef; chock – şok vb. 
x hərfi ilə: Christ – Xrist; charakter – xarakter, Friedrich – Fridrix vb. 
Qeyd: Təbii ki, burada sözün/adın hansı dilə məxsusluğu və o dildə hərf birləşmələrinin özəllikləri (necə səslənməsi də daxil) aparıcı rol oynayır. 
b) sh hərf birləşməsi dilimizdə ş hərfi ilə verilir: sherif – şerif; show – şou; W. Shakespeare – V. Şekspir vb.  
c) sch hərf birləşməsi dilimizdə ş hərfi ilə verilir: schablon – şablon; schimpans – şimpanze;  F. Nietzsche – F. Nitsşe  vb.  
ç) ph hərf birləşməsi dilimizdə f hərfi ilə verilir: phonem – fonem; Phoenix – Feniks; paragraph - paraqraf; philolıgie – filologiya vb. 
d) ck hərf birləşməsi dilimizdə k hərfi ilə verilir: Stockholm – Stokholm; M.Jeckson – M.Cekson vb. 
 
ç) Heroqlif yazı gələnəkli Doğu Asiya özəl adlarının yazılışı
014. Heroqlif yazı gələnəkli Doğu Asiya özəl adları dilimizdə tarixən yazıldığı kimi yazılır Çin, Pekin, Turfan, Konfutsi, Yaponiya, Tokio, Koreya vb.  
015. Heroqlif yazı gələnəkli Doğu Asiya özəl adları deyildiyi kimi yazılır və adlardan sonra gərəkərsə, mötərizə içərisində Pinyin əlifbası ilə qarşılığı da verilir: Naqasaki, Osaka, Şanxay, Yarkənd (Pinyin. Shāchē), Qarğılıq (Pinyin. Yèchéng) vb.
016. Heroqlif yazı gələnəkli Doğu Asiya şəxs adlarında öncə soyad, sonra şəxs adı gəlir və birdən çox hecası olan bütün özəl adlar bitişik yazılır: Mao Tzedun, Den Syaopin, Sun Yatsen, Çan Kayşi, Hon Myunbo, Kim Namil, Yu Sançul vb. 
Qeyd: 1979-cu ildə Çin dövlətinin xahişi ilə YUNESKO-nun Uluslararası Standartlaşdırma Qurumu (İSO) tövsiyə verdi ki, bütün ikihecalı Çin şəxs adları bitişik yazılsın.
Hazırda ikihecalı Koreya şəxs adlarının da bitişik yazılması meyli getdikcə yayğınlaşmaqdadır.       
017. Çindəki özəl adların Çincə və Uyğurca variantları bir-birindən fərqlənirsə,  dilimizdə oturuşmuş ənənəvi variantları çıxmaqla, Uyğurca variantın Azərbaycan deyilişi əsas götürülür və gərəkərsə, Çincə variantın Pinyin əlifbası ilə yazılışı mötərizə içərisində verilir:  ئۈرۈمچى ىشەھر – Ürümçi Shehri  (Pinyin. Wūlǔmùqí Shì) – Ürümçü (Rus.Урумчу) şəhəri;  ۋىلايىتى  تارباغاتاي – Tarbağatay Vilayiti  (Pinyin. Tǎchéng Dìqū) – Tarbağatay vilayəti;  ۋىلايىتى  قەشقەر  – Qeshqer Vilayiti  (Pinyin. Kāshí Dìqū) – Qaşqar vilayəti; ئارال شەھر  – Aral Shehri (Pinyin. Ālā'ěr Shì) – Aral şəhəri; ۋىلايىتى  قۇمۇل – Qumul Vilayiti (Pinyin. Hami diqu) – Qumul vilayəti vb.   
Qeyd: Çindəki özəl adların Uyğurca yazılışı və deyilişi dilimiz üçün çox önəmli bir qaynaqdır və bu qaynaq imlamızın bir sıra yanlışlıqlarını düzəldə bilər. Örn.: Pinyin əlifbası ilə Çincə Ākèsù yazılan ad bizə heç nə demir, ancaq adın Uyğurca  ئاقسۇ – Aqsu yazılışı göstərir ki, Şincanda bir vilayət adı olan Aqsu dilimizin Ağsu adı ilə eynidir vb.
 
Sonuc
Təbii ki, biz göstərilə biləcək orfoqrafiya qaydalarının heç də hamısına toxunmağı düşünmür və buna ehtiyac da duymuruq. Bu göstərilən qaydaların da böyük çoxunluğu indiyədək var olan orfoqrafiya qaydalarımızda mövcuddur. Biz, sadəcə, qaydaların verilməsinə bir az fərqli yöndən yanaşdıq və istədik ki, orfoqrafiya qaydalarımız Sovet dövrünün alışılmış strukturundan qurtulsun, ədəbi dilimiz, o sıradan, orfoqrafiyamız dövlət müstəqilliyimizin ortaya qoyduğu çoxdilli mürəkkəb situasiya şəraitində öz milli dil siyasətinə və onun strateji hədəflərinə ayrıca diqqət yetirə bilsin. 
 
 
Mənbə: Müəllif: XƏBƏR365
Dilimiz, təkcə, Azərbaycan, Respublikasının, yox,, 50, milyonluq, Azərbaycan, xalqının, milli, dilidir, -, Arif, Rəhimoğlu,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Anar Əsədli: “Danışıqlardan ciddi heç nə gözləmirəm”
Bizə sülh(məramlılar) lazımdırmı?
"Biz heç vaxt torpaqlarımızdan vaz keçməyəcəyik"
Türkiyəli ekspertlər: Beynəlxalq qurumlar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına qanunsuz yerləşdirməsini şiddətlə qınamalıdır
Azərbaycanlılar öz xalqı və dövləti üçün nə vaxt yaşamağa başlayacaq?
Sıradan çıxan əyləc
Ramiz Mehdiyev tək günahkardırmı?
Hacıbala Abutalıbov Ramiz Mehdiyevi xəyanətdə suçladı
15 sutkalıq bumeranqlar
Dərslər necə keçirilməlidir?
Tramp Ərdoğanı, Putini, Tzinpini və Kim Çen Inı “dünya səviyyəli şahmatçı” adlandırıb
Növbədənkənar prezident seçkisinə nədən ehtiyac yarandı? - EKSPERT
Rəsulzadənin Çağdaş Azərbaycan Tarixi əsərinin təhlili
Rəsulzadə həyatla vidalaşdı, amma inam onu tərk etmədi - Elçin Əfəndiyev
Afrinin əhəmiyyəti nədən ibarətdir?
20 Yanvar - Türkün dirilişidir!
Tofiq Zülfüqarov: Rusiya seçim etməlidir, ya Azərbaycan, ya da Ermənistan
Dilçi alim AMEA-nın orfoqrafik səhvlərini üzə çıxartdı
Rusiya o qədər irəliyə gedib ki...
İranda ərəb baharı?
Manatın devalvasiyası kimə sərf edir? - ŞƏRH
Kimsə iki dövlət qurumunu üz-üzə qoymaq istəyir - Ekologiya və Təbii Sərvətlər Nazirliyi
FHN alpinistlərin axtarışını tamamilə öz nəzarətinə alsın - Təklif
O taylı-bu taylı millətin birləşmək istəyinin nişanı - Həmrəylik Günü
Hər ilin öz oyun qaydaları var – Bəs it ilinin qaydaları?
Bizə ilk addımda həmrəylik gərək - Elçibəyin Azərbaycan türkünə müraciəti
İndi hansı bank bağlanacaq?
Ərəb ölkələri Türkiyəyə qarşı birləşərsə, regionu nə gözləyir? - ŞƏRH
Minimum əmək haqqı - Bir saatı 81 qəpiyə işləyəcəyik?
Nazirlər Kabinetinin son qərarı benzinin qiymətini artıracaqmı?
“ƏMƏK” ordenlərinin görünməyən qəhrəmanları
Saytların daldan atdığı daş - Bu, medianın özünə vurduğu zərbə deyilmi?
Dünya Bankının qərarı Azərbaycandakı layihələrinə mənfi təsir göstərməyəcək- ŞƏRH
Doğrudanmı, ən pis azərbaycanlı Əkrəm Əylislidir? - Fazil Mustafa
Yazdığım statusun Müsavata heç bir dəxli yoxdur - Alya Yaqublu
Rusiya Ermənistana Naxçıvandan zərbə vura bilər - Ermənilər narahatlıq içində
Manat FED-in qərarından sığortalana bilməyəcək
İkitaylı Azərbaycanın bütövlüyü üçün ən böyük şans o gün yaranmışdı – 21 Azər
Azərbaycan Qüds məsələsində kimin yanında dayanmalıdır?
Heydər Əliyev ömrünü Türkiyə sevdalısı olaraq keçirmiş liderdir
Tehrandan Xankəndinə yol gedirmi?
Yaxın Şərq ölkələri hədəfdə - Amma əvvəlcə İran...
Bu günə toxunmaq ədəbsizliyinə kimsədə cürət olardımı? - Üzeyir Hacıbəylinin məqaləsi
Nazir təyinatı: Hökumətdaxili yerdəyişmə, yoxsa seçkiyə hazırlıq?
Özünü damdan atmaq da olar, yandırmaq da... Hikmət Hacızadə
Kamal Abdulla, Məleykə Abbaszadə, Hamlet İsaxanlı... - Yeni təhsil naziri kim olsun?
Türk generallarının Bakıya səfərləri nə ilə bağlıdır? - ŞƏRH
Saakaşvili taleyi ilə barışmalıdır - ŞƏRH
Gürcüstana gedən xəstələr ağır fəsadlarla qayıdır - ŞƏRH
Avropa xilafəti: müsəlmanların sayı 3 dəfə artacaq
Zərrabın etirafları Türkiyə-ABŞ münasibətlərini hara aparır? - ŞƏRH
Dövlətlər bitkoindən niyə qorxur? - SƏBƏB
Qarabağda karyerası sona qədər uğurlu olan varmı?
Bu nazirliklər öhdəlikləri yerinə yetirə bilmədi - EKSPERT
Ermənistan Rusiyanın təsir dairəsindən çıxmayacaq - Sazişin Detalları
Əflatun Amaşovun təklifinə reaksiya: Hərə yorğanı öz üstünə çəkəcək
Maliyyə naziri və baş bankir büdcə prosesinə təsir etmək gücündə deyil - ŞƏRH
Türkiyəni müstəmləkəçi ölkəyə çevirmək istəyirlər - AÇIQLAMA
Lavrovunku söz oyunu idi: Həsən keçəl, ya keçəl Həsən...
Qarabağda ermənilərin gözlədiyi Qızıl Ordunun ayaq səsləri
Prezidentin bu barədə sərəncamı olsa da, Milli Məclisin hələ də qərarı yoxdur
Çökdürülmüş ekspert institutunun səviyyəsi medianın səviyyəsindən yuxarıdır - Rövşən Ağayev
ABŞ Rusiyanı necə zərərsizləşdirəcəyini açıqladı
İnsanlarımız niyə ələ baxmalıdır ki? - Sosial yardım tamamilə dayandırılmayacaq
Azərbaycanda milyonlarla insanın həyatını dəyişdirən sistem - 25 illik miras
"Azpetrol"un proqnozu təəccüb doğurur - Yanacaq bahalaşmalıdırmı?
Siyasi partiyaların büdcəsi niyə artırılmalıdır? - MÜZAKİRƏ
Tikintiylə bağlı bizə çox müraciət olunub, ancaq... - Metropolitendən açıqlama
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin rolunu necə yüksəltməli?-ŞƏRH
Divarlardan Moskva əleyhinə döyüş cəbhəsi yaradılacağına şübhəniz olmasın - Zahid Oruc
Mətbuat Şurasının xəbərdarlığı və Eynulla Fətullayevin Lotu Quliylə fotosu
Bu, niyə Bakıda alınır Yerevanda yox? - TƏHLİL
Onları Azərbaycan bayrağı deyil, Sovet nostalgiyası riqqətə gətirir... - SORĞU
Qarsa gedən "sülh və müharibə qatarı" - TƏHLİL
2 milyardlıq Bakı-Tbilisi-Qars layihəsi hələ ki, xərclərini ödəyə bilməyəcək - SƏBƏB
Tehran görüşü Azərbaycanı hara aparır: İran, Rusiya, yoxsa Avropaya?
İlham Əliyevin Tehrana getməsi Avropadan üz döndərməsi demək deyil
Qarabağın azad edilməsində ən ciddi maneə budur - Qubad İbadoğlu
Neftin qiyməti düşərsə, manatı qorumaq olmayacaq - Açıqlama
Çovdarovun cəzası cinayətinə uyğun deyil - Cəmiyyətdə narazılıq
Bu layihə neft gəlirlərini əvəz edəcəkmi?-ŞƏRH
Bakı-Tbilisi-Qars dəmir yolu xətti açılır: Azərbaycan bundan necə faydalanacaq?
Zahid Oruc: "Madrid yalnız iqtisadi yollarla yerdə sürünən suverenliyini qoruya bilməyəcək"
Delta Telekomun vətəndaşları internetsiz qoyması yolverilməzdir – Osman Gündüz
Türkiyənin dəmir ledisi Meral Akşener – BİOQRAFİYASI + FOTOLAR
Tofiq Zülfüqarov: “Niyə həmsədrlər açıq-aşkar görmürlər?”
Ermənistan 93-cü ilin Azərbaycanına çox oxşayır - Zahid Oruc
Rusiya ilə Azərbaycan hansısa məxfi danışıq aparıb razılığa gəlsə... - Hikmət Hacızadə
Qubad İbadoğlu: “DYP-nin topladığı cərimələr dövlət büdcəsinə daxil olmur”
Nazirlik rəhbərliyinin erməni saytlarının yazdığından xəbəri oldumu? - Sabir Rüstəmxanlı
Ünüvar: “CHP-li millət vəkillərinin Azərbaycanın əleyhinə səs verməzi üzücüdür”
Buna deyərlər, Allahın evlərini döyüşdürmək - Zahid Oruc
Azərbaycan regional enerji mərkəzinə çevrilir - Yeni plan
Kredit borcları qırmızı xətti keçdi: nəticəsi nə olacaq?
Müstəqilliyin əleyhinə səs verim deyə mənə də təzyiq olunmuşdu - Millət vəkili
Fazil Mustafa: Türkmənlərin əsas düşməni İraq hökumətidir
İsa Yaşar Tezel - KƏRKÜK
Əliyev və Sarkisyan görüşündə hansı razılıq əldə olunub? - Açıqlama
Əliyev-Sarkisyan görüşü: sonra nə olacaq?
Azərbaycan hücuma keçə və bu mövqeləri qaytara bilər – Qışda müharibə planı
Azərbaycan və Rusiyanın yeni sətirdən - qardaşlıqdan başlaması hər iki dövlətin xeyrinədir- Zahid Oruc
Dünya Kataloniyaya göstərdiyi münasibəti Qarabağa niyə göstərmir?
Belə getsə, Azərbaycan böhrandan çıxa bilməyəcək - Qubad İbadoğlu
Emmanuel Makron iranlı həmkarını dəstəklədi
Azərbaycan yenə iki od arasında - Moskvayla Tehran iş başındadır
Ərdoğan: “ABŞ Türkiyəyə silah satmır, amma PKK-nın Suriya qanadını pulsuz silahlandırır”
Azərbaycan Avropa Şurasından çıxa bilərmi? - ŞƏRH
Nə üçün Tramp Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir?
Dərslik məsələsində tarixçilərimiz belə söyüşdən o tərəfə keçmədilər – Qafar Çaxmaqlı
Bütün dünya niyə rus S-400-ünü almaq üçün növbəyə durub? - Sirri açıldı
Dərsliyin müəllifini vətən xaini adlandırmaq düzgün deyil – Aqil Abbas
Kürdlər və katalonlar çox hiyləgər gediş etdi- Elxan Şahinoğlu
Türkiyə-ABŞ qarşıdurmasının təsiri ciddi şəkildə olunacaq - Qubad İbadoğlu
Nizami haqda həqiqəti yazıblar, siz nədən küsmüsünüz? - Fazil Mustafa
Azərbaycan torpaqlarını qaytarmaq üçün kiminlə savaşacaq: Ermənistan, yoxsa Rusiyayla?
Rusiya Xəzərdə qəfil hərbi təlimlərə başladı - Həyəcan siqnalı
Tarix dərsliyindəki xəritə skandalı ciddi araşdırılmalıdır – Qubad İbadoğlu
Millət vəkili NATO-da Ermənistanın işğalçı siyasətindən danışdı
ABŞ Sudan üzərindən iqtisadi sanksiyaları qaldıracaq
Mətbuat Şurası mitinqdə monitorinq apardı - jurnalistləri qınadı
Vəziyyətin mürəkkəbliyini heç kəs dana bilməz - Zahid Oruc
İlham Əliyevdən anons: Avropa İttifaqı ilə yeni bir səhifənin açılışını edəcəyik
Ermənilər Cəbrayılda kilsə açdı - Rəsmi Bakıdan etiraz
İlham Əliyevdən Avropaya mesaj: Bununla həyatımızda heç nə dəyişməyəcək
Putin Qarabağla bağlı çağırış etdi - Ermənistana ciddi mesaj
Bu hotellərə görə Azərbaycan ilk 5-liyə düşdü - Lider isə İsraildir
İraqda yaşananlar neftin qiymətini oynadır - Bəs sonra nə olacaq?
“Kərkükə siyasi və iqtisadi yardımlar etməliyik” – Qənirə Paşayeva
Qarabağa qanunsuz gedən türkdən özəl açıqlama: Onlar ermənilərlə nə danışıblar?
Azərbaycandakı Kürdüstan aşiqləri – onlar nə dərəcədə təhlükəlidir?
"Onların Avropa siyasətinə təsiri olmayacaq" - Merkel
Azərbaycan üçün hazırlanmış tor – Ermənistanın gizli planı
Azərbaycan hökuməti Kərkük məsələsiylə bağlı bəyanat verməlidir - Açıqlama
Azərbaycanda PKK-nı təbliğ edən qəzet fəaliyyət göstərir - İDDİA
“Bu qərar BMT-də təsdiqlənib, dəyişmək olmaz” - LAVROV
Onlar Putinin yox, İlham Əliyevin sözüylə hərəkət edirdilər - Açıqlama
Bakıda erməni kəşfiyyatına işlədiyimi etiraf etməyimi istəyirdilər
Rusiya bu yolla Azərbaycan hakimiyyətindəki tərəfdarlarına dəstək verir - Açıqlama
Azərbaycan hökuməti:Nalbandyanın təklifini qəbul etmirik - ÖZƏL
Bəxtəvər Dədə Ədalətin başına!
Qəbul imtahanlarında minimum bal 280 olmalıdır
Kürdlərin layihəsi İslam dünyasının parçalanmasına xidmət edir - AÇIQLAMA
"Surinamın Azərbaycanda maraqları var" - NAZİR
İŞİD-ə qoşulan azərbaycanlının şikayətini təmin etmədi
Həbsxanada uşaq dünyaya gətirən ana barəsində məhkəmə qərar verdi
Türkiyəli millət vəkili Nəcdət Ünüvardan Bakıya təbrik
Tofiq Zülfüqarov: 7 rayonumuzu qoyub, qapalı kafedən danışırsınız...
"Əsrin müqaviləsi"nin şərtləri niyə dəyişdirildi?
Ermənilər Ağdamı özününküləşdirir, bəs Əbülfəs Qarayev nə edir?
Sükanı belə saxlayın, cənab Prezident! - Tofiq Zülfüqarov
Lütfi Zadənin ölümü ilə bağlı xəbəri hələ dəqiqləşdirməmişəm - Vəkil
Bakı-Tbilisi-Qars dəmiryolunu gecikdirən Rusiya oldu - Ancaq maneələr dəf edildi
Azərbaycan KİV-ləri Qərbin Rusiya haqda bu cür materiallarını dərc eləmir, Rusiya isə...
26 restoranının sahibindən Dilavər Əzimliyə etiraz: Onda 26 saylı məktəbi də bağlayaq
OCCRP-nin mənbəsiz araşdırması - Nə dərəcədə əsaslı sayıla bilər?
Ermənistanın NATO təlimlərindən imtinasında Rusiya və Azərbaycan izi - Açıqlama
Türkiyə və Almaniya nəyi bölə bilmir? - TƏHLİL
Test üsulunun taleyi insanımızın, gələcəyimizin taleyidir - Mehriban Vəzir yazır
Erməni lobbisi Rusiyaya qarşı yenə “döyüş yolu”nu seçdi
Səninçün yenə yanağımdan süzüləcək iki damla yaş tapılar...- Elnur Astanbəyli
Qorbaçovun Əliyevə etdikləri alçaqlıq idi
Seçki sandığı məzarınıza çevriləcək - Əməkdar müəllim
Rusiya və ABŞ əməkdaşlığı qurulacaqmı? - PROQNOZ
3 milyon manatlıq avtomobil kolleksiyası - Cinayətə aparan yol
Sabiq Ermənistan prezidentindən tarixi bəyanat: İşğal etdiyimiz torpaqları qaytarmalıyıq
Ermənistanı daha nədə üstələyə bilərik? - Hüseynbala Səlimov yazır
Hər şey torpaq olacaq bir gün... - Ömər Xəyyam
İki erməni liderinin etirafları: Ona görə qırğınlar törətdik ki...
Banklarda böhranın ikinci fazası başlaya bilər?
Manat niyə möhkəmlənib? - 8 AMİL
Tibbi arayış satışından 3-5 milyon manat əldə edilir - Bu pullar hara gedir?
Allahın özü də erməni və qarabağlıdır - Zori Balayan
Dürüst və namuslu qalmaq - Rüşvəti yox etməyin yolu
Ermənilərin “Böyük Ermənistan” yaratmaq planları necə pozuldu?
Öz-özünüzü xoşbəxt edə biləcəyiniz 6 üsul
“Ermənistan bayrağı altında Azərbaycan mahnısı səslənəndə təəccüblənməyin”
Ermənilərə təklif: 24 apreli soyqırımı yox, bayram günü kimi qeyd edin
Şevarnadze göstəriş veribmiş ki, İlham Əliyevi institutdan çıxarsınlar - Teleaparıcı
İSLAMOFOBİYA: Avropa Birliyinin yeni meyarı – TƏHLİL
Trampı devirmək istəyən gizli xidmətlər var - TƏHLİL
ƏRDOĞAN "MİLLƏT" DEYƏNDƏ NƏYİ NƏZƏRDƏ TUTUR?
Ermənistanda seçkilər: onlar Qarabağı itirmək üzrədirlər?
Ruslar yenə də arzularına çatdılar – TƏHLİL
Qarabağı azad etmək üçüb tarixi fürsət yetişib? – TƏHLİL
Xanlar Vəliyevin diqqətinə: Yuri Zarviqorovu niyə həbs etmirsiniz?
Azərbaycan 25 ildir, nəyi gözləyir? - TƏHLİL
Trampın arxasında İsrail lobbisi dayanıb – TƏHLİL
AKP-nin arqumentləri ancaq siyasi spekulyasiyadır – TƏHLİL
Nazarbayev yolun sonuna gəlib, yoxsa?
Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
Əvvəlcə Receb İvedik və lotu qulilər, sonra təhsil və elm
İSTƏMƏSƏLƏR BELƏ, VİTSE–PREZİDENTLİK OLACAQ...
2017-ci il belə gəlib beləmi gedəcək? – İqtisadi təhlil
SEÇKİYLƏ BAĞLI SON AKKORDLAR...
Qərb üçün demokratiya Qərb üçündür
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
2016-cı ilin uğurlu filmi: “Pərdə”?
Bob Dilan İsveç Akademiyasını barmağına doladı, bəs Salam Sarvanla Şəhriyar del Gerani?
2016-cı il: mediamızda kim uduzdu, kim uddu?
2016-cı il hansı ölkələr terrorun qurbanına çevrildi? – STATİSTİKA
Üçüncü devalvasiya artıq başlayıb...
Dünyada muxtariyyat modeli qalmayıb
Mediada qeyri-peşəkarlıq. Səbəbkarlar kimdir?
KQB, “Qadın öpüşü” və “bolqar çətiri”
4 milyard alınacaq ya alınmayacaq?
"Ölkə dağıdıcı tufan ərəfəsində"
Səudiyyə Ərəbistanı, yoxsa İran
Mişel Uelbek: Avropanın islamlaşmasında günahkar kimdir?
Rusiyanın Türkiyə ilə savaşmamalı olduğunun səkkiz səbəbi
Gizli xidmət şefinin sonu: qəfil və gözlənilmədən
Prezident hökuməti fövqəladə rejimə keçirir
Haber Yazılımı