The document has moved here.
|
||
DMX: Azad olunmuş ərazilərdə əcnəbi işçi qüvvəsinə ehtiyac artıb | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
"2021-ci il üçün iş kvotası 6740 müəyyən edilib. Əcnəbilərə verilən iş icazələrinin kvotası komissiya tərəfindən müəyyən edilir".
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib.
O qeyd edib ki, bu il komissiyanın iclası keçirilib: "Muvafiq qərarın qəbul edilməsi üçün Nazirlər Kabinetinə təklif təqdim olunub. Hesab edirəm ki, gələn il üçün bu kvota artırılacaq. Bunun əsas səbəbi işğaldan azad olunmuş ərazilərdə böyük yenidənqurma işləri ilə bağlıdır. Bu zəmində ərazilərə cəlb olunan şirkətlər əcnəbi işçi qüvvəsinə ehtiyacı artıb. Bununla əlaqədar növbəti il üçün artım gözləyirik. Özəl sektor nümayəndələrinə səslənirəm ki, əgər kvota ilə bağlı hər hansı narahatlığı, əcnəbi işçi qüvvəsini cəlb etmək üçün hər hansı planları varsa proqnoz məlumatları DMX-yə müraciət edə bilərlər". |
||
|
||
DMX:, Azad, olunmuş, ərazilərdə, əcnəbi, işçi, qüvvəsinə, ehtiyac, artıb, |
|