Xəbər haqqında
29 Noyabr 2017 - Çərşənbə 14:47 851 nəfər oxuyub
 
Dollar ilin axırında mövqeyini itirə bilər - Ekspert
İŞ DÜNYASI Xəbəri
Dollar ilin axırında mövqeyini itirə bilər - Ekspert

Əgər neft 6 ay ərzində 105 dollar mövqeyində qalsa manatın tədricən möhkəmlənməsi prosesini görə bilərik.

 

Xeber365.com bildirir ki, bu sözləri iqtisadçı-ekspert Fuad İbrahimov valyuta bazarında mövcud vəziyyəti şərh edərkən deyib:

 

 

“Ola bilsin ki, ABŞ dolları ilin axırında digər dönərli valyutalara qarşı mövqeyini itirsin. Bu təbii haldır. Ancaq dolların manata qarşı dəyər itirməsi mümkün deyil. Yalnız gələcəkdə iqtisadiyyatın mərhələli formada sağlamlaşdırılması prosesi həyata keçdikdən, makroiqtisadi tarazlıq tamamilə bərqərar olduqdan sonra manat tədricən gücünü qaytara bilər. Ancaq bu haqda danışmaq hələ tezdir”.

 

Ekspert əminliklə vurğulayıb ki, manatın nəinki ilin axırında, hətta növbəti ilin birinci, ikinci rübündə də dollara qarşı möhkəmlənməsi prosesi gedə bilməz.

 

Ekspert onu da bildirib ki, manatın məzənnəsinin yüksəlməsini ancaq neftin qiyməti 105 dollardan yuxarı qalxdıqda müşahidə etmək olar: “Əgər neft 6 ay ərzində 105 dollar mövqeyinə çıxarsa onda biz manatın tədricən möhkəmlənməsi prosesini görə bilərik. Əlbəttə, söhbət manatın təbii güclənməsindən gedir, çünki biz hazırda süni gücləndirmə siyasətinin əziyyətini çəkirik. Məlumat üçün  deyim ki, mövcud həcm indikatorları onu göstərir ki, neftin qiyməti aşağıya doğru getməklə müəyyən bir dəhlizdə üfüqü dalğalanacaq. Yəni trend şəklində artım proqnozlaşdırılmır”. 

  

Mənbə: Müəllif:
Dollar, ilin, axırında, mövqeyini, itirə, bilər, -, Ekspert,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı