Xəbər haqqında
14 Noyabr 2017 - Çərşənbə axşamı 11:52 263 nəfər oxuyub
 
Dörd futbolçu İtaliya millisindən getdi
İDMAN Xəbəri
Dörd futbolçu İtaliya millisindən getdi

Son 60 ildə ilk dəfə İtaliya yığması Dünya Çempionatına vəsiqə qazana bilməyib.

 

Xeber365.com “Lenta.ru”a istinadla yazır ki, ötən gecə baş tutan İsveç-İtaliya qarşılaşması heç-heçə ilə bitib və öz meydançasında bir qol vuran İsveç yığması 2018-ci ildə Rusiyada keçiriləcək Dünya Çempionatına vəsiqə qazanıb. Dördqat dünya çempionu İtaliya yığması son 60 ildə ilk dəfə turnirdən kənarda qalıb.

 

Oyundan sonra İtaliya yığmasının dörd futbolçusu milli karyerasını başa vurduqlarını açıqlayıblar. Komandanın aparıcı üzvləri çempionata vəsiqə qazana bilmədikdən sonra getmək qərarına gəliblər. Belə yığmanın qapıçısı Canluici Buffon, həmçinin Corco Kyellini, Daniele de Rossi və Andrea Bartsalyi milli ilə vidalaşıb.

 

1997-ci ildə yığmada ilk oyununa çıxan Buffon 2018-ci il dünya çempionatından kənarda qalmaqla rekord şansını qaçırıb. Belə ki, təcrübəli qapıçı 6-cı dəfə mundiala qatılsaydı, mütləq rekord sahibi olacaqdı. Bu günə qədər Buffon millidə 175 matç keçirib.

Mənbə: Müəllif:
Dörd, futbolçu, İtaliya, millisindən, getdi,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı