The document has moved here.
|
||
Dünya siyasətində yeni əkilən zeytun ağacları | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
Anar Əsədli Azərbaycan Yüksəliş Partiyasının Başqanı
Təxminən 1 ay əvvəl mühüm bir olay yaşandı. Amerikada Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və İsrail səfirləri arasında görüş keçirildi. Görüşün detalları bizə məlum olmasa da, bu formatda görüşün siyasi əhəmiyyətinin Avropa və ABŞ rəsmilərinin Avropanı əlavə qazla təmin etmək üçün olduğu qənaətindəydik.
Həmin görüşdən sonra qeyd etmişdim ki, Rusiyanın Ukraynada Avropanı qaz ixracını dayandıracağı ilə şantaj etməsi Qərbin üzünü Azərbaycan və Orta Asiyaya doğru çevirəcək və çevirdi. Çünki Avropa Rusiyanın qaz asılılığından qurtulmalıdır.
Nəzərə alaq ki, Qazaxıstan və Özbəkistan böyük qaz ehtiyatlarına malik iki ölkədir. Amma bu ölkələrin birbaşa Azərbaycanın iştirak etdiyi TAP və TANAP layihələrinə çıxışı yoxdur. Bu baxımdan hər üç ölkənin Avropaya qaz ixracatı üçün yeni layihələrdə iştirakı vacibdir. Məhz İsrailin də eyni problemi yaşaması, yəni Avropa ilə birbaşa quru yolunun olmaması regionda bu ölkəni önəmli enerji oyunçusuna çevirə bilmir.
Türkiyənin isə rolu burda tranzit ölkə kimi çox böyükdür. Türkiyə bu ölkələrin təbii qazını rahatlıqla Avropya daşıya bilər. Tək və güvənli daşıyıcı.
Bu, o deməkdir ki, Transxəzər Qaz Kəməri reallığa çevrilmək ehtimalı yüksəkdir.
Budur, İsrail Prezidenti Türkiyədədir, Azərvaycan Prezidenti Türkiyəyə gedir və Türkiyə Prezidenti isə çıxışlarında enerji mövzusunda iş birliyinə hazır olduğunu bəyan edir. Xeyirlisi! |
||
|
||
Dünya, siyasətində, yeni, əkilən, zeytun, ağacları, , |
|