301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
09 Mart 2016 - Çərşənbə 16:07 140 nəfər oxuyub
 
Dünyada muxtariyyat modeli qalmayıb
Qarabağ münaqişəsinin sədasını BMT tribunasından heç də həmişə eşitmək olmur. Bu elə də tez-tez baş verən hadisə deyil.
BAXIŞ Xəbəri
Dünyada muxtariyyat modeli qalmayıb

Hüseynbala Səlimov hər həftə gündəmi xeber365.com -da dəyərləndirəcək.

 

 

TƏMƏL PRİNSİPLƏR DƏYİŞMƏSƏ DƏ...

Qarabağ münaqişəsinin sədasını BMT tribunasından heç də həmişə eşitmək olmur. Bu elə də tez-tez baş verən hadisə deyil. 

Ona görə də ATƏT sədri Frank Valter Ştaynmayerin TŞ-da bu yaxınlardakı hesabat xarakterli çıxışı Azərbaycanda da diqqətlə izləndi. 
Hərçənd donmuş və ya vaxtı uzanmış münaqişələrə fatalist baxışı bölüşmədiyini deyən ATƏT sədri bir o qədər də siyasi ritorikaya meydan vermədi. Qarabağla bağlı cəmi bir-iki cümlə ilə kifayətləndi. Daha çox  təmas xəttində və eləcə də bütün Ermənistan – Azərbaycan sərhədi boyunca ciddi gərginlik yaşandığını dedi və bundan narahatlığını ifadə etdi...
Çıxış, artıq qeyd etdiyimiz kimi, hesabat xarakterli idi. Ona görə də bizim üçün çox maraqlı idi ki, ATƏT sədri keçmiş SSRİ ərazisindəki münaqişələrin hələ də həll edilməməsini necə “əsaslandıracaq”? Həm də ərazi və etnik münaqişələrə baxışda onun təmsil etdiyi institutun hansı prinsipləri prioritet saydığını bir daha bilmək istəyirdik...
Məlum oldu ki, nəzəri olaraq təməl prinsiplər dəyişməyib. ATƏT sədri bir daha bildirdi ki, millətlərin dinc, yanaşı yaşamasının əsasını ərazi təhlükəsizliyi və milli suverenlik təşkil etməlidir. Bəs onda nədən həmin bu prinsiplər gerçək həyatda heç də həmişə öz təsdiqini tapa bilmir? Niyə görə Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı bölgədəki münaqişələr düz üçüncü on illikdir ki, həll olunmamış qalır?

 

BURDA BİR SÖZ DEYİRLƏR, ORDA BAŞQA...

Bəlkə də bir qədər pessimist səslənəcək, amma acı həqiqət budur ki, nəinki BMT - nin bir sıra problemləri ünvanladığı ATƏT, hətta onun özü də etnik və ərazi münaqişələrini həll etməkdə çox acizdir...
Bir daha ATƏT-in və ya onun təşəbbüsü ilə yaranmış Minsk Qrupunun bir neçə ildir ki, davam edən uğursuz missiyası üzərində dayanmayacağam, bunu faktiki olaraq hamı bilir. 
Sadəcə, ATƏT sədrinin münaqişələrə baxışda söylədiyi təməl prinsiplərlə bağlı bir məqama toxunmaq istərdim. Minsk Qrupunun həmsədrləri, bu ölkələrin səfirləri və eləcə də digər təmsilçiləri sözdə həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini deyirlər. Amma yalnız və yalnız sözdə... İki - üç il öncə BMT-də keçirilən səsvermə zamanı həmsədrlərin heç biri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmədi və faktiki olaraq ərazi təhlükəsizliyi və milli suverenlik kimi prinsiplərə zidd getdilər. 
Bunu niyə xatırlatdıq? Sadəcə, adi bir sual yaranır. Əgər həmsədr ölkələr ən mühüm məqamlarda belə, münaqişəyə cəlb olunmuş ölkənin ərazi bütövlüyünü dəstəkləmirsə, bəs onda həmin münaqişənin həllini hansı siyasi çərçivələr daxilində çözməyə hazırlaşır? 
Təəssüf ki, bu sualın da cavabı yoxdur. Eləcə də “Minsk Qrupu indi nə edir?” sualının da ürəkaçan bir cavabı yoxdur. 
Bəlkə də Minsk Qrupunun fəaliyyətində son bir neçə ildə olduğu qədər passivlik heç bir vaxt olmamışdı. Heç olmasa, əvvəllər nəsə edir və hansısa həll modellərini təklif edirdilər. İndi isə bunlar da yoxdur – həmsədrlər sosial şəbəkələrdə yazışmaqla işlərini bitmiş sayırlar. Niyə belə olur?..

 

Beynəlxalq aləmdə konfliktlərə baxışda belə deyim var: sülhə məcburetmə... Amma onun haqqında indi real siyasətçilərdən daha çox konfliktoloq - alimlər danışır. Elə bu səbəbdən çox təəssüflənirsən ki, BMT-nin və yaxud ATƏT-in  arsenalında belə təsir mexanizmi çatışmır...
Hamı üçün aydındır ki, Dağlıq Qarabağ münaqişəsi tamamilə dalana dirənib. O səbəbdən ki, dünyada elə bir muxtariyyat modeli qalmayıb ki, Azərbaycan onu Dağlıq Qarabağa təkilf etməsin! 
Bütün ssenarilər və modellər, hətta bir az da genişləndirilmiş və inkişaf etdirilmiş şəkildə Dağlıq Qarabağa təklif olunub. Bundan sonra isə formal olaraq bircə yol qalır: Dağlıq Qarabağ üçün Azərbaycandan kənarda status axtarmaq! Amma məsələ sonda, məhz, belə həll olunacaqdısa, Minsk Qurpuna və yaxud da ATƏT-ə nə ehtiyac vardı?..

 

"İki - üç il öncə BMT-də keçirilən səsvermə zamanı həmsədrlərin heç biri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmədi"

 

 

KİM DAHA ÇOX TAB GƏTİRSƏ...

Hazırda münaqişənin çözümü üzücü siyasi və iqtisadi yarışa, kimin bu yükə daha çox davam gətirə bilməsinə qalıb. Bu yarış illərdir davam edir... Amma təəssüf ki, o da nəticə vermir – Azərbaycan hərbi büdcəsini hər il artırır, hətta onu Ermənistanın total büdcəsi səviyyəsinə qaldırmağa cəhd edir. Fəqət bu da nəticə vermir və ifrat optimist politoloqlardan fərqli olaraq razılaşmalı olursan ki, hətta zamanın kimin xeyrinə işləməsi də çox mübahisəli məqamdır. Ən azı ona görə ki, vaxt uzandıqca hamı, xüsusən də elə beynəlxalq institutlar vəziyyətə alışır və daha ləng tərpənirlər. Nahaq yerə deməyiblər ki, zaman acıları unutdurur və yaraları “sağaldır”...
Azərbaycan bütün sahələrdə Ermənistanı qabaqlamağa çalışır, onu böyük və kiçik layihələrdən kənarda qoymağa cəhd edir. Digər məsələlər bir tərəfə, bu günlərdə İran və Rusiya ilə dəmiryolu xətlərinin birləşdirilməsi haqqındakı razılaşmalar Ermənistanda əsl narahatlıq yaradıb. Ona görə ki, bu ölkənin də öz dəmiryolu xətlərini İranla birləşdirmək planları vardı və hətta həmin planla Avrasiya İttifaqını şirnikləndirmək istəyirdi. Çünki özünə qalsa, heç vaxt belə bir planı reallaşdıra bilməz. Ona görə ki, bunun üçün milyardlarla ölçülən sərmayə lazımdır...
Amma başqa nüans da var. Rusiyanın silah almaq üçün Ermənistana 200 milyon dollarlıq kredit ayırması elə Azərbaycanda da az təşviş və narahatlıq yaratmadı – Azərbaycanın valyuta ilə aldığı silahları Rusiya Ermənistana daha ucuz və daha güzəştli şərtlərlə verir.
Ona görə də insanlar “Bu məsələnin bir sonu olacaqmı? Biz pulla alacağıq, onlar da havayı!.. Doğrudanmı, elə belə də davam edəcək?” – deyə soruşurlar.       

 

SONU GÖRÜNMƏYƏN TUNELDƏ...

Fəqət başqa yol da görünmür. Bu, sonu görünməyən tunelə bənzəyir. Belə bir vəziyyətdə fatalist olmayasan, nə edəsən?..
Bəs nə etməli? Bu münaqişələr həm də əsəb yarışıdır. Kimin əsəbləri daha davamlı olacaqsa, o da axırda önə çıxacaq...
Nə qədər qəribə olsa da, Türkiyədə uzun illərdir ki, baş verən proseslər şəxsən məni Qarabağ münaqişəsinə daha sakit və hətta daha müdrik (əgər belə demək mümkündürsə!) yanaşmağı öyrətdi. Əvvəllər “Daha bir əsgərimiz şəhid oldu!” sözlərini sakit eşidə və özümə yer tapa bilmirdim. Amma indi bunu sakit qəbul edirəm. Bəli, 22 il bundan əvvəl atəşkəs haqda razılıq əldə edilsə də, çox təəssüf ki, sülh bərqərar olmadı, münaqişənin siyasi həlli tapılmadı, hələ də müharibə gedir. Müharibədə isə əsgərlər ölür...
Deyə bilərlər ki, bu, da çıxış yolu deyil, axı nə qədər gözləmək olar? Elə buna görə bir az əvvəldə dedim ki, münaqişənin sülh yolu ilə həll üçün Azərbaycan bütün mümkün siyasi modelləri təklif edib. Əgər ATƏT-ə və yaxud da Minsk Qrupuna başqa bir model məlumdursa, onu da eşitmək olar. Amma varmı belə model? Məsələ də ondadır ki, yoxdur...
Əgər ATƏT-in, hətta BMT-nin sülhə məcburetmə imkanları varsa, qoy, onda onu da tətbiq etsinlər. Amma varmı bu?.. 
ATƏT bir tərəfə, BMT TŞ-nın üç daimi üzvü Minsk Qrupunda təmsil olunub. Məsələnin təkrar BMT-yə qayıdacağı və ya digər sıravi BMT üzvlərinin nəsə etməyə çalışacağı təqdirdə onlar buna əngəl törətməyəcəklərmi?
Gördüyünüz kimi, hətta formal məntiq də dalana aparıb çıxarır... Sanki bizi qapalı bir dairə boyunca qovurlar. Şərt də budur ki, dayanmamalısan! Lap elə bir filmdə deyildiyi kimi: “əhədi kəsilmiş atları güllələyirlər!”...

Mənbə: (XƏBƏR365) - Xəbər365 Analitik İnformasiya Mərkəzi Müəllif: XƏBƏR365
Dünyada, muxtariyyat, modeli, qalmayıb,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Bizə sülh(məramlılar) lazımdırmı?
"Biz heç vaxt torpaqlarımızdan vaz keçməyəcəyik"
Türkiyəli ekspertlər: Beynəlxalq qurumlar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına qanunsuz yerləşdirməsini şiddətlə qınamalıdır
Azərbaycanlılar öz xalqı və dövləti üçün nə vaxt yaşamağa başlayacaq?
Sıradan çıxan əyləc
Ramiz Mehdiyev tək günahkardırmı?
Hacıbala Abutalıbov Ramiz Mehdiyevi xəyanətdə suçladı
15 sutkalıq bumeranqlar
Dərslər necə keçirilməlidir?
Tramp Ərdoğanı, Putini, Tzinpini və Kim Çen Inı “dünya səviyyəli şahmatçı” adlandırıb
Növbədənkənar prezident seçkisinə nədən ehtiyac yarandı? - EKSPERT
Rəsulzadənin Çağdaş Azərbaycan Tarixi əsərinin təhlili
Rəsulzadə həyatla vidalaşdı, amma inam onu tərk etmədi - Elçin Əfəndiyev
Dilimiz təkcə Azərbaycan Respublikasının yox, 50 milyonluq Azərbaycan xalqının milli dilidir - Arif Rəhimoğlu
Afrinin əhəmiyyəti nədən ibarətdir?
20 Yanvar - Türkün dirilişidir!
Tofiq Zülfüqarov: Rusiya seçim etməlidir, ya Azərbaycan, ya da Ermənistan
Dilçi alim AMEA-nın orfoqrafik səhvlərini üzə çıxartdı
Rusiya o qədər irəliyə gedib ki...
İranda ərəb baharı?
Manatın devalvasiyası kimə sərf edir? - ŞƏRH
Kimsə iki dövlət qurumunu üz-üzə qoymaq istəyir - Ekologiya və Təbii Sərvətlər Nazirliyi
FHN alpinistlərin axtarışını tamamilə öz nəzarətinə alsın - Təklif
O taylı-bu taylı millətin birləşmək istəyinin nişanı - Həmrəylik Günü
Hər ilin öz oyun qaydaları var – Bəs it ilinin qaydaları?
Bizə ilk addımda həmrəylik gərək - Elçibəyin Azərbaycan türkünə müraciəti
İndi hansı bank bağlanacaq?
Ərəb ölkələri Türkiyəyə qarşı birləşərsə, regionu nə gözləyir? - ŞƏRH
Minimum əmək haqqı - Bir saatı 81 qəpiyə işləyəcəyik?
Nazirlər Kabinetinin son qərarı benzinin qiymətini artıracaqmı?
“ƏMƏK” ordenlərinin görünməyən qəhrəmanları
Saytların daldan atdığı daş - Bu, medianın özünə vurduğu zərbə deyilmi?
Dünya Bankının qərarı Azərbaycandakı layihələrinə mənfi təsir göstərməyəcək- ŞƏRH
Doğrudanmı, ən pis azərbaycanlı Əkrəm Əylislidir? - Fazil Mustafa
Yazdığım statusun Müsavata heç bir dəxli yoxdur - Alya Yaqublu
Rusiya Ermənistana Naxçıvandan zərbə vura bilər - Ermənilər narahatlıq içində
Manat FED-in qərarından sığortalana bilməyəcək
İkitaylı Azərbaycanın bütövlüyü üçün ən böyük şans o gün yaranmışdı – 21 Azər
Azərbaycan Qüds məsələsində kimin yanında dayanmalıdır?
Heydər Əliyev ömrünü Türkiyə sevdalısı olaraq keçirmiş liderdir
Tehrandan Xankəndinə yol gedirmi?
Yaxın Şərq ölkələri hədəfdə - Amma əvvəlcə İran...
Bu günə toxunmaq ədəbsizliyinə kimsədə cürət olardımı? - Üzeyir Hacıbəylinin məqaləsi
Nazir təyinatı: Hökumətdaxili yerdəyişmə, yoxsa seçkiyə hazırlıq?
Özünü damdan atmaq da olar, yandırmaq da... Hikmət Hacızadə
Kamal Abdulla, Məleykə Abbaszadə, Hamlet İsaxanlı... - Yeni təhsil naziri kim olsun?
Türk generallarının Bakıya səfərləri nə ilə bağlıdır? - ŞƏRH
Saakaşvili taleyi ilə barışmalıdır - ŞƏRH
Gürcüstana gedən xəstələr ağır fəsadlarla qayıdır - ŞƏRH
Avropa xilafəti: müsəlmanların sayı 3 dəfə artacaq
Zərrabın etirafları Türkiyə-ABŞ münasibətlərini hara aparır? - ŞƏRH
Dövlətlər bitkoindən niyə qorxur? - SƏBƏB
Qarabağda karyerası sona qədər uğurlu olan varmı?
Bu nazirliklər öhdəlikləri yerinə yetirə bilmədi - EKSPERT
Ermənistan Rusiyanın təsir dairəsindən çıxmayacaq - Sazişin Detalları
Əflatun Amaşovun təklifinə reaksiya: Hərə yorğanı öz üstünə çəkəcək
Maliyyə naziri və baş bankir büdcə prosesinə təsir etmək gücündə deyil - ŞƏRH
Türkiyəni müstəmləkəçi ölkəyə çevirmək istəyirlər - AÇIQLAMA
Lavrovunku söz oyunu idi: Həsən keçəl, ya keçəl Həsən...
Qarabağda ermənilərin gözlədiyi Qızıl Ordunun ayaq səsləri
Prezidentin bu barədə sərəncamı olsa da, Milli Məclisin hələ də qərarı yoxdur
Çökdürülmüş ekspert institutunun səviyyəsi medianın səviyyəsindən yuxarıdır - Rövşən Ağayev
ABŞ Rusiyanı necə zərərsizləşdirəcəyini açıqladı
İnsanlarımız niyə ələ baxmalıdır ki? - Sosial yardım tamamilə dayandırılmayacaq
Azərbaycanda milyonlarla insanın həyatını dəyişdirən sistem - 25 illik miras
"Azpetrol"un proqnozu təəccüb doğurur - Yanacaq bahalaşmalıdırmı?
Siyasi partiyaların büdcəsi niyə artırılmalıdır? - MÜZAKİRƏ
Tikintiylə bağlı bizə çox müraciət olunub, ancaq... - Metropolitendən açıqlama
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin rolunu necə yüksəltməli?-ŞƏRH
Divarlardan Moskva əleyhinə döyüş cəbhəsi yaradılacağına şübhəniz olmasın - Zahid Oruc
Mətbuat Şurasının xəbərdarlığı və Eynulla Fətullayevin Lotu Quliylə fotosu
Bu, niyə Bakıda alınır Yerevanda yox? - TƏHLİL
Onları Azərbaycan bayrağı deyil, Sovet nostalgiyası riqqətə gətirir... - SORĞU
Qarsa gedən "sülh və müharibə qatarı" - TƏHLİL
2 milyardlıq Bakı-Tbilisi-Qars layihəsi hələ ki, xərclərini ödəyə bilməyəcək - SƏBƏB
Tehran görüşü Azərbaycanı hara aparır: İran, Rusiya, yoxsa Avropaya?
İlham Əliyevin Tehrana getməsi Avropadan üz döndərməsi demək deyil
Qarabağın azad edilməsində ən ciddi maneə budur - Qubad İbadoğlu
Neftin qiyməti düşərsə, manatı qorumaq olmayacaq - Açıqlama
Çovdarovun cəzası cinayətinə uyğun deyil - Cəmiyyətdə narazılıq
Bu layihə neft gəlirlərini əvəz edəcəkmi?-ŞƏRH
Bakı-Tbilisi-Qars dəmir yolu xətti açılır: Azərbaycan bundan necə faydalanacaq?
Zahid Oruc: "Madrid yalnız iqtisadi yollarla yerdə sürünən suverenliyini qoruya bilməyəcək"
Delta Telekomun vətəndaşları internetsiz qoyması yolverilməzdir – Osman Gündüz
Türkiyənin dəmir ledisi Meral Akşener – BİOQRAFİYASI + FOTOLAR
Tofiq Zülfüqarov: “Niyə həmsədrlər açıq-aşkar görmürlər?”
Ermənistan 93-cü ilin Azərbaycanına çox oxşayır - Zahid Oruc
Rusiya ilə Azərbaycan hansısa məxfi danışıq aparıb razılığa gəlsə... - Hikmət Hacızadə
Qubad İbadoğlu: “DYP-nin topladığı cərimələr dövlət büdcəsinə daxil olmur”
Nazirlik rəhbərliyinin erməni saytlarının yazdığından xəbəri oldumu? - Sabir Rüstəmxanlı
Ünüvar: “CHP-li millət vəkillərinin Azərbaycanın əleyhinə səs verməzi üzücüdür”
Buna deyərlər, Allahın evlərini döyüşdürmək - Zahid Oruc
Azərbaycan regional enerji mərkəzinə çevrilir - Yeni plan
Kredit borcları qırmızı xətti keçdi: nəticəsi nə olacaq?
Müstəqilliyin əleyhinə səs verim deyə mənə də təzyiq olunmuşdu - Millət vəkili
Fazil Mustafa: Türkmənlərin əsas düşməni İraq hökumətidir
İsa Yaşar Tezel - KƏRKÜK
Əliyev və Sarkisyan görüşündə hansı razılıq əldə olunub? - Açıqlama
Əliyev-Sarkisyan görüşü: sonra nə olacaq?
Azərbaycan hücuma keçə və bu mövqeləri qaytara bilər – Qışda müharibə planı
Azərbaycan və Rusiyanın yeni sətirdən - qardaşlıqdan başlaması hər iki dövlətin xeyrinədir- Zahid Oruc
Dünya Kataloniyaya göstərdiyi münasibəti Qarabağa niyə göstərmir?
Belə getsə, Azərbaycan böhrandan çıxa bilməyəcək - Qubad İbadoğlu
Emmanuel Makron iranlı həmkarını dəstəklədi
Azərbaycan yenə iki od arasında - Moskvayla Tehran iş başındadır
Ərdoğan: “ABŞ Türkiyəyə silah satmır, amma PKK-nın Suriya qanadını pulsuz silahlandırır”
Azərbaycan Avropa Şurasından çıxa bilərmi? - ŞƏRH
Nə üçün Tramp Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir?
Dərslik məsələsində tarixçilərimiz belə söyüşdən o tərəfə keçmədilər – Qafar Çaxmaqlı
Bütün dünya niyə rus S-400-ünü almaq üçün növbəyə durub? - Sirri açıldı
Dərsliyin müəllifini vətən xaini adlandırmaq düzgün deyil – Aqil Abbas
Kürdlər və katalonlar çox hiyləgər gediş etdi- Elxan Şahinoğlu
Türkiyə-ABŞ qarşıdurmasının təsiri ciddi şəkildə olunacaq - Qubad İbadoğlu
Nizami haqda həqiqəti yazıblar, siz nədən küsmüsünüz? - Fazil Mustafa
Azərbaycan torpaqlarını qaytarmaq üçün kiminlə savaşacaq: Ermənistan, yoxsa Rusiyayla?
Rusiya Xəzərdə qəfil hərbi təlimlərə başladı - Həyəcan siqnalı
Tarix dərsliyindəki xəritə skandalı ciddi araşdırılmalıdır – Qubad İbadoğlu
Millət vəkili NATO-da Ermənistanın işğalçı siyasətindən danışdı
ABŞ Sudan üzərindən iqtisadi sanksiyaları qaldıracaq
Mətbuat Şurası mitinqdə monitorinq apardı - jurnalistləri qınadı
Vəziyyətin mürəkkəbliyini heç kəs dana bilməz - Zahid Oruc
İlham Əliyevdən anons: Avropa İttifaqı ilə yeni bir səhifənin açılışını edəcəyik
Ermənilər Cəbrayılda kilsə açdı - Rəsmi Bakıdan etiraz
İlham Əliyevdən Avropaya mesaj: Bununla həyatımızda heç nə dəyişməyəcək
Putin Qarabağla bağlı çağırış etdi - Ermənistana ciddi mesaj
Bu hotellərə görə Azərbaycan ilk 5-liyə düşdü - Lider isə İsraildir
İraqda yaşananlar neftin qiymətini oynadır - Bəs sonra nə olacaq?
“Kərkükə siyasi və iqtisadi yardımlar etməliyik” – Qənirə Paşayeva
Qarabağa qanunsuz gedən türkdən özəl açıqlama: Onlar ermənilərlə nə danışıblar?
Azərbaycandakı Kürdüstan aşiqləri – onlar nə dərəcədə təhlükəlidir?
"Onların Avropa siyasətinə təsiri olmayacaq" - Merkel
Azərbaycan üçün hazırlanmış tor – Ermənistanın gizli planı
Azərbaycan hökuməti Kərkük məsələsiylə bağlı bəyanat verməlidir - Açıqlama
Azərbaycanda PKK-nı təbliğ edən qəzet fəaliyyət göstərir - İDDİA
“Bu qərar BMT-də təsdiqlənib, dəyişmək olmaz” - LAVROV
Onlar Putinin yox, İlham Əliyevin sözüylə hərəkət edirdilər - Açıqlama
Bakıda erməni kəşfiyyatına işlədiyimi etiraf etməyimi istəyirdilər
Rusiya bu yolla Azərbaycan hakimiyyətindəki tərəfdarlarına dəstək verir - Açıqlama
Azərbaycan hökuməti:Nalbandyanın təklifini qəbul etmirik - ÖZƏL
Bəxtəvər Dədə Ədalətin başına!
Qəbul imtahanlarında minimum bal 280 olmalıdır
Kürdlərin layihəsi İslam dünyasının parçalanmasına xidmət edir - AÇIQLAMA
"Surinamın Azərbaycanda maraqları var" - NAZİR
İŞİD-ə qoşulan azərbaycanlının şikayətini təmin etmədi
Həbsxanada uşaq dünyaya gətirən ana barəsində məhkəmə qərar verdi
Türkiyəli millət vəkili Nəcdət Ünüvardan Bakıya təbrik
Tofiq Zülfüqarov: 7 rayonumuzu qoyub, qapalı kafedən danışırsınız...
"Əsrin müqaviləsi"nin şərtləri niyə dəyişdirildi?
Ermənilər Ağdamı özününküləşdirir, bəs Əbülfəs Qarayev nə edir?
Sükanı belə saxlayın, cənab Prezident! - Tofiq Zülfüqarov
Lütfi Zadənin ölümü ilə bağlı xəbəri hələ dəqiqləşdirməmişəm - Vəkil
Bakı-Tbilisi-Qars dəmiryolunu gecikdirən Rusiya oldu - Ancaq maneələr dəf edildi
Azərbaycan KİV-ləri Qərbin Rusiya haqda bu cür materiallarını dərc eləmir, Rusiya isə...
26 restoranının sahibindən Dilavər Əzimliyə etiraz: Onda 26 saylı məktəbi də bağlayaq
OCCRP-nin mənbəsiz araşdırması - Nə dərəcədə əsaslı sayıla bilər?
Ermənistanın NATO təlimlərindən imtinasında Rusiya və Azərbaycan izi - Açıqlama
Türkiyə və Almaniya nəyi bölə bilmir? - TƏHLİL
Test üsulunun taleyi insanımızın, gələcəyimizin taleyidir - Mehriban Vəzir yazır
Erməni lobbisi Rusiyaya qarşı yenə “döyüş yolu”nu seçdi
Səninçün yenə yanağımdan süzüləcək iki damla yaş tapılar...- Elnur Astanbəyli
Qorbaçovun Əliyevə etdikləri alçaqlıq idi
Seçki sandığı məzarınıza çevriləcək - Əməkdar müəllim
Rusiya və ABŞ əməkdaşlığı qurulacaqmı? - PROQNOZ
3 milyon manatlıq avtomobil kolleksiyası - Cinayətə aparan yol
Sabiq Ermənistan prezidentindən tarixi bəyanat: İşğal etdiyimiz torpaqları qaytarmalıyıq
Ermənistanı daha nədə üstələyə bilərik? - Hüseynbala Səlimov yazır
Hər şey torpaq olacaq bir gün... - Ömər Xəyyam
İki erməni liderinin etirafları: Ona görə qırğınlar törətdik ki...
Banklarda böhranın ikinci fazası başlaya bilər?
Manat niyə möhkəmlənib? - 8 AMİL
Tibbi arayış satışından 3-5 milyon manat əldə edilir - Bu pullar hara gedir?
Allahın özü də erməni və qarabağlıdır - Zori Balayan
Dürüst və namuslu qalmaq - Rüşvəti yox etməyin yolu
Ermənilərin “Böyük Ermənistan” yaratmaq planları necə pozuldu?
Öz-özünüzü xoşbəxt edə biləcəyiniz 6 üsul
“Ermənistan bayrağı altında Azərbaycan mahnısı səslənəndə təəccüblənməyin”
Ermənilərə təklif: 24 apreli soyqırımı yox, bayram günü kimi qeyd edin
Şevarnadze göstəriş veribmiş ki, İlham Əliyevi institutdan çıxarsınlar - Teleaparıcı
İSLAMOFOBİYA: Avropa Birliyinin yeni meyarı – TƏHLİL
Trampı devirmək istəyən gizli xidmətlər var - TƏHLİL
ƏRDOĞAN "MİLLƏT" DEYƏNDƏ NƏYİ NƏZƏRDƏ TUTUR?
Ermənistanda seçkilər: onlar Qarabağı itirmək üzrədirlər?
Ruslar yenə də arzularına çatdılar – TƏHLİL
Qarabağı azad etmək üçüb tarixi fürsət yetişib? – TƏHLİL
Xanlar Vəliyevin diqqətinə: Yuri Zarviqorovu niyə həbs etmirsiniz?
Azərbaycan 25 ildir, nəyi gözləyir? - TƏHLİL
Trampın arxasında İsrail lobbisi dayanıb – TƏHLİL
AKP-nin arqumentləri ancaq siyasi spekulyasiyadır – TƏHLİL
Nazarbayev yolun sonuna gəlib, yoxsa?
Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
Əvvəlcə Receb İvedik və lotu qulilər, sonra təhsil və elm
İSTƏMƏSƏLƏR BELƏ, VİTSE–PREZİDENTLİK OLACAQ...
2017-ci il belə gəlib beləmi gedəcək? – İqtisadi təhlil
SEÇKİYLƏ BAĞLI SON AKKORDLAR...
Qərb üçün demokratiya Qərb üçündür
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
2016-cı ilin uğurlu filmi: “Pərdə”?
Bob Dilan İsveç Akademiyasını barmağına doladı, bəs Salam Sarvanla Şəhriyar del Gerani?
2016-cı il: mediamızda kim uduzdu, kim uddu?
2016-cı il hansı ölkələr terrorun qurbanına çevrildi? – STATİSTİKA
Üçüncü devalvasiya artıq başlayıb...
Mediada qeyri-peşəkarlıq. Səbəbkarlar kimdir?
KQB, “Qadın öpüşü” və “bolqar çətiri”
4 milyard alınacaq ya alınmayacaq?
"Ölkə dağıdıcı tufan ərəfəsində"
Səudiyyə Ərəbistanı, yoxsa İran
Mişel Uelbek: Avropanın islamlaşmasında günahkar kimdir?
Rusiyanın Türkiyə ilə savaşmamalı olduğunun səkkiz səbəbi
Gizli xidmət şefinin sonu: qəfil və gözlənilmədən
Prezident hökuməti fövqəladə rejimə keçirir
Haber Yazılımı