Xəbər haqqında
18 Noyabr 2017 - Şənbə 15:29 167 nəfər oxuyub
 
Dünyanın ən bahalı yığması hansıdır?
İDMAN Xəbəri
Dünyanın ən bahalı yığması hansıdır?

Braziliyanın futbol yığması oyunçuların transfer qiyməti baxımından, Rusiyada keçiriləcək “DÇ-2018”də ən bahalı iştirakçı komanda olacaq.

Xeber365.com AZƏRTAC-a istinadən məlumat verir ki, Braziliya yığmasının beşqat dünya çempionu olan futbolçularının ümumi qiyməti 671,5 milyon avrodur. İlk beşliyə, həmçinin İspaniya (643,5 milyon), Almaniya, Fransa (hər biri 636,5 milyon) və Argentina (528,5 milyon) daxildir.

Hazırda Avropa çempionu olan Portuqaliya yığması reytinqdə doqquzuncu yerdədir. “DÇ-2018”də ən ucuz komandalar Kosta-Rika (21,8 milyon), Səudiyyə Ərəbistanı (18,83 milyon) və Panama (5,25 milyon) yığmalarıdır.

Rusiya ərazisində tarixdə ilk dünya çempionatı 2018-ci il iyunun 14-dən iyulun 15-dək keçiriləcək.

Mənbə: Müəllif: XƏBƏR365
Dünyanın, ən, bahalı, yığması, hansıdır?,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı