301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
25 May 2017 - Cümə axşamı 18:30 2027 nəfər oxuyub
 
Dürüst və namuslu qalmaq - Rüşvəti yox etməyin yolu
BAXIŞ Xəbəri
Dürüst və namuslu qalmaq - Rüşvəti yox etməyin yolu

«Yerli jarqonda korrupsiyaya nə ad verilir-verilsin –“faiz”, “mükafat”, “bəxşiş”, “əl çirki” – o, Asiya həyat tərzinə xas xüsusiyyətlərdən biridi. Nazirlər və vəzifəli şəxslər öz maaşları ilə tutduqları mövqenin tələb etdiyi şəkildə yaşaya bilmirlər. Vəzifələri nə qədər böyükdüsə, evləri də o qədər böyük, arvadları, sevgililəri o qədər çox olur, onları öz nüfuzları və vəzifələrinə uyğun şəkildə daş-qaşlarla bəzəyirlər. Belə ölkələrdə bizneslə məşğul olan sinqapurlular ayıq-sayıq olmalıdılar, o vərdişləri evə gətirməməlidilər”

 

Sinqapur Respublikasının mərhum baş naziri Li Kuan Yu

 


 

Əgər keçmiş sovet məkanında korrupsiya ilə effektiv mübarizədən danışanda ilk yada düşən ölkə Gürcüstandırsa, bir az geniş miqyasda, daha konkret desək, Asiya bölgəsində Sinqapurdu. Əgər Gürcüstanda korrupsiyanın qarşısının alınması, ölkəni dərin böhrandan çıxaran islahatlar keçmiş prezident Mixail Saakaşvilinin adı ilə bağlıdısa, “Sinqapur möcüzəsi”nin yaradıcısı yarım əsrdən çox ölkənin baş naziri olmuş mərhum Li Kuan Yudu.

 

NƏ İDİ “SİNQAPUR MÖCÜZƏSİ”?   

 

Təxminən, bir əsrə yaxın, 1867-ci ildən Böyük Britaniya imperiyasının müstəmləkəsi olan Sinqapur 1959-cu ildə BB-nın tərkibində avtonom dövlət statusu alıb və Xalq Hərəkatı Partiyasının lideri, çinli mühacir ailəsində doğulmuş, Kembric Universitetini hüquq və iqtisadiyyat üzrə iki qırmızı diplomla bitirmiş  Lİ Kuan Yu baş nazir seçilib. 1965-ci il avqustun 9-da ölkə öz müstəqilliyini elan edib.

 

Həmin anda Sinqapur hətta içməli su ehtiyatını belə qonşu Malaziyadan idxal eləyən  balaca və həddindən artıq yoxsul ölkə idi.

 

Ancaq cəmi 40 ilə bu balaca respublika iqtisadi, siyasi problemlərinin əksəriyyətini aradan qaldırdı və üçüncü dünya ölkəsindən yüksək həyat şəraiti olan inkişafetmiş məmləkətə çevrildi.

 

KORRUPSİYA İLƏ MÜBARİZƏ STRATEGİYASI

 

Müstəqilliyini əldə etməsinin ilk illərində Sinqapurun qonşuları ilə münasibəti yaxşı deyildi, əhali arasında sosialist ideyalar  populyar idi. Korrupsiya adi bir hala çevrilmiş və cəmiyyətin bütün təbəqələrinə nüfuz eləmişdi.

 

 

Yeni hökumət korrupsiya ilə mübarizəyə başlamağa çalışanda bir neçə problemlə üzləşmişdi. Bu mübarizəni tənzimləyən qanun həddindən artıq zəif idi, korrupsiya cinayətlərinin əksəriyyəti qanunun fəaliyyət dairəsindən kənarda qalırdı, qanunverici orqanların əməkdaşlarının isə öz işlərini  effektiv görə bilmələri üçün kifayət qədər səlahiyyətləri yox idi. Üstəlik məmurların böyük qisminin korrupsiyada əli olduğundan cinayətlərini sübut edəcək dəlillər tapmaq da həddindən artıq çətin idi.

 

Son dərəcə az maaş alan dövlət məmurları öz vəzifələrindən şəxsi məqsədlərlə istifadə eləyirdilər. Əhalinin təhsil və hüquq mədəniyyəti səviyyəsi çox aşağı idi. Bütün bunların nəticəsində rüşvət maddi gəlir əldə etməyin yeganə üsuluna çevrilmişdi. Vaxtilə  britaniyalılar tərəfindən yaradılmış korrupsiya hallarını araşdıran Büronun əməkdaşlarının əksəriyyəti yerli polislər idilər və psixoloji baxımdan ciddi mübarizəyə, fəaliyyətə hazır deyildilər.

 

“Gömrük məmurları qadağan olunmuş malları daşıyan nəqliyyat vasitələrinin yoxlanışını sürətləndirməkdən ötrü rüşvət alırdılar. Mərkəzi Təminat idarəsinin əməkdaşları tenderlərə daxil olan müraciətlərlə maraqlananlara müəyyən məbləğ qarşılığında məlumat ötürürdülər. İdxal-ixrac departamentinin məmurları lisenziyaların verilməsini rüşvət qarşılığında sürətləndirirdilər. Mağaza sahibləri, sakinlər İctimai Səhiyyə Departamentinə zibilin toplanmasına görə pul ödəyirdilər. Məktəb direktorları, müəllimlər dəftərxana ləvazimatları şirkətlərindən faiz götürürdülər.  Söhbət hakimiyyətin şəxsi maraqlar üçün istifadəsindən gedəndə insan fantaziyası, demək olar ki, sərhəd tanımır”.

 

Ölkənin böhran vəziyyətində olduğunu anlayan yeni hökumət cəmiyyətdə korrupsiyanı sosial yasaq halına gətirən aşkarlıq və dürüstlük mühiti yaratmaq qərarına gəlir və bu işə “dürüst və namuslu qalmaq” şüarı ilə başlayır.  Təklif olunan strategiyanın müəllifləri inanırdılar ki, milli inkişaf üçün korrupsiyanı nəzarətə almaq həddindən artıq vacibdi.

 

 

İslahatların ideoloqu, baş nazir Li Kuan Yu  özünü və tərəfdarlarını “ingilislərdən liderlik təhsili almış bir qrup burjua” adlandırırdı: “Biz əmin idik ki, hökumətin tərkibində işləməsək də, özümüzü maddi cəhətdən təmin eləyə bilərik. Mən və mənim kimi peşəkarlar buna qadir idik. Əksəriyyətimizin həyat yoldaşları işləyirdi, əgər biz tutulsaydıq və ya ölkədə olmasaydıq, ailəni onlar saxlaya bilərdilər”.

 

Li Kuan Yunun qurduğu hökumət Sinqapuru Cənub-Şərqi Asiyanın maliyyə və ticarət mərkəzinə çevirməyi, ölkəyə xarici investorları cəlb etməyi qarşısına məqsəd qoymuşdu və buna liderlərinin siyasi iradəsi, korrupsiya əleyhinə savadlı hazırlanmış qanunvericilik sayəsində nail oldu.

İlk növbədə korrupsiya fəaliyyətinə şərait yaradan imkanlar azaldıldı. 1960-cı ildə korrupsiya ilə mübarizə strategiyası “korrupsiyanın qarşısının alınması və korrupsiya üzrə araşdırmalar Bürosuna yeni səlahiyyətlər verilməsi” haqqında qanunla təsdiqləndi.

 

 

Qərar qəbulu ilə bağlı prosedurlar sadələşdirildi, qanunlarda fərqli yozumlara imkan verən bəndlər sadə və aydın yazılmış qaydalarla əvəz edildi.

 

Müstəqil Büro hökumətin ən yüksək təbəqəsində korrupsiya ilə mübarizəyə start verdi. Hətta Li Kuan Yunun ən yaxın qohumları belə istintaqa cəlb olundular. Korrupsiyaya qarışdığı üzə çıxan bir neçə nazir ya həbs cəzası aldı, ya intihar etdi, ya da ölkədən qaçdı. Onların arasında baş nazirin silahdaşları da var idi.

 

“Vi Tun Bun 1975-ci ildə ailəsi ilə birlikdə İndoneziyaya səyahət eləyəndə Ətraf Mühitin Qorunması Nazirliyində nazir idi. Səyahət xərcləri nazirin, dövlət məmurları qarşısında maraqlarını təmsil elədiyi mənzil-tikinti podratçısı tərəfindən ödənilmişdi. Vi Tun Bun həmin podratçıdan 500 min Sinqapur dolları dəyərində malikanə, həmçinin fond bazarında spekulyasiya edilməsi məqsədilə atasının adına ümumi məbləği 300 min Sinqapur dolları olan iki kredit almışdı. Vi Tun Bun 50-ci illərdən etibarən kommunizmdən uzaq, sadiq lider olmuşdu. Buna görə də onun qarşısında dayanmaq  və öz günahsızlığını sübut eləməkdən ötrü göstərdiyi əsassız cəhdləri görmək  mənə ağır idi. O mühakimə olundu və 4 il 6 ay həbs cəzası aldı. Vi Tun Bun hökmdən şikayət elədi, ancaq ittiham qüvvədə qaldı, hərçənd cəza müddəti 18 aya qədər azaldıldı”, – mərhum baş nazir deyirdi.

 

Lu Kuan Yu öz xatirələrində qanunun aliliyini, öz qohumları və yüksək vəzifəli məmurlar da daxil olmaqla hər kəsin qanun qarşısında bərabərliyi prinsipini daima tətbiq etdiyini vurğulayırdı: “Yüksək əxlaqi prinsiplər, sərt əqidə, korrupsiyanın kökünü kəsmək kimi xoş niyyətlər haqqında moizə oxumaqla başlamaq asandı. Ancaq həmin xoş niyyətlərə uyğun yaşamaq çətindi. Bundan ötrü güclü liderlər və istisnasız bütün qanunpozanlarla mübarizə aparmaq üçün qətiyyət lazımdı. Büro əməkdaşları qorxusuz və qanuna uyğun şəkildə hərəkət edə bilməkdən ötrü siyasi rəhbərliyin tam dəstəyinə malik olmalıydılar”.

 

 

Hakimlərin əmək haqları xeyli artırılaraq ildə bir neçə yüz min dollara çatdırıldı (90-cı illərdə isə bir milyondan çox), ən yaxşı vəkillər məhkəmədə vəzifələrə cəlb olundu. Mafioz qrupların fəaliyyəti amansızlıqla xətm edildi. Məsul vəzifələri tutan dövlət məmurlarının maaşları özəl şirkətlərin top-menecerlərinə xas məbləğə qədər qaldırıldı.

 

Li Kuan Yu əmin idi ki, siyasi liderlərə ən böyük maaş verilməlidi, çünki onlar dürüst və namuslu hökumətin simasıdılar. Əgər onlara az maaş verilsə, yoldan çıxıb korrupsiyaya aludə ola bilərlər. Odur ki, Sinqapurda “beyin axınının özəl sektora yönəlməsinin” qarşısını almaq məqsədilə dövlət işçilərinin məvacibləri davamlı artırılırdı.

 

1984-1994-cü illər arasındakı zamana baxsaq, yüksək vəzifəli dövlət işçilərinin məvacibləri o qədər artırılmışdı ki, onlar dünyada ən çox əmək haqqı alan məmurlara çevrilmişdilər. Ancaq bu o demək deyildi ki, əmək haqları hər il avtomatik artırdı. Sözügedən artım özəl sektorun gəlirlərindən asılı idi. Məsələn, 1995-ci ildə özəl sektorun gəlirləri azalanda bütün nazir və yüksək vəzifəli şəxslərin maaşları da azaldılmışdı.

 

 

Sinqapur rəhbərliyi inanırdı ki, seçki kampaniyalarına böyük məbləğlər xərcləmək bir çox Asiya ölkələrinin lənətidi. Halbuki seçkilərə böyük pullar sərf eləyən qaliblər nəinki xərclənən vəsaiti geri qaytarmalıdılar, həmçinin növbəti seçkilər üçün də maliyyə toplamalıdılar: “Biz iş yerləri yaradaraq, məktəblər, xəstəxanalar, ictimai mərkəzlər tikərək insanların təkrar-təkrar bizə səs vermələrinə nail olduq. Bu sosial uğurlar insanların həyatını dəyişdi və onları övladlarının Xalq Hərəkatı Partiyası ilə bir gələcəyə sahib olacağına inandırdı. Müxalif partiyaların da pula ehtiyacı yox idi. Onlar bizim deputatlara qalib gəlirdilər, çünki seçicilər parlamentdə müxalifətin iqtidara təzyiq etməsini istəyirdilər”.

 

KORRUPSİYA HALLARININ ARAŞDIRILMASI ÜZRƏ BÜRO

 

Korrupsiya əleyhinə qanunların praktikada icrasında korrupsiya hallarının araşdırılması üzrə Büro böyük rol oynayır. Dövlət və özəl sektorda korrupsiya hallarını üzə çıxardan və araşdıran bu dövlət agentliyi Britaniya müstəmləkə hökuməti tərəfindən 1952-ci ildə yaradılmışdı. 1960-cı ildə qüvvəyə minən korrupsiyanın qarşısının alınması haqqında qanun isə  Büroya araşdırmalar zamani geniş səlahiyyətlər verdi. Sinqapur hökuməti başa düşürdü ki, əgər qanunlar effektiv şəkildə tətbiq olunmazsa, nəzərdə tutulan ağır cəzalar da bir işə yaramayacaq. Məhz, buna görə də hökumət Büronu korrupsiya əleyhinə universal agentliyə çevirdi. Agentliyin əsas funksiyası korrupsiya hallarının araşdırılması olsa da, sözügedən halla bağlı digər cinayət işləri üzrə də istintaq aparmaq səlahiyyətinə malikdi. Büro avtoritar metodlarla işləyir. Onun, korrupsiyada şübhəli bilinən şəxsləri qanuni əsaslar olduğu halda  məhkəmə qərarı olmadan tutmaq və axtarış aparmaq ixtiyarı var. Büro sədəcə şübhəli şəxsi yox, onun qohumlarını, himayədarlarını da istintaqa cəlb edə,  onların istənilən bank hesablarını, maliyyə yazışmaları və s. yoxlaya, şahidləri istintaqa çağıra, istintaq zamanı üzə çıxan istənilən qanun pozuntusunu araşdıra, statusundan, inancından, vəzifəsindən asılı olmayaraq istənilən vətəndaşı məhkəməyə verə bilər və bu zaman yüksək rütbəli dövlət məmurlarına da  güzəşt edilmir. Qanunu icra edən orqanların əməkdaşlarına və potensial korrupsiya imkanları ilə fərqlənən iş sahiblərinə xüsusi nəzarət olunur. Məsələn, 2006-cı ildə belə iş sahiblərindən biri- Sinqapurda qalma müddətini uzatmağa çalışan əcnəbilərdən rüşvət alan polis zabiti haqqında cinayət işi açılıb. Rüşvətxor zabit əcnəbilərin şahid qismində polisə lazım olduğunu söyləyərək immiqrasiya xidmətini aldadırmış. İstintaq zamanı polis məmurunun Sinqapurda qalma müddətlərini qeyri-qanuni uzatmaq istəyən 53 əcnəbiyə kömək etdiyi müəyyənləşdirilmiş, o, 4 il həbs və 26,5 min dollar cərimə cəzasına məhkum edilmiş, cinayətə qarışmış əcnəbilərin hamısı ökədən deportasiya olunmuşdu.

 

 

Biznes mühitindən şəffaflığın qorunması məqsədilə Büro özəl sektorda da korrupsiya, rüşvət və maliyyə fırıldaqları (el dilində “otkat”) hallarını araşdırır. Təchizatçıdan mal ala bilməkdən ötrü rüşvət və ya “hörmət” təklif eləyən, verən, yaxud da götürən istənilən şəxs cərimələnə, ya da həbs cəzası ala bilər. Həmçinin bu kimi hallarda məhkəmə alınan rüşvətin məbləğina uyğun cərimə təyin eləyir.

 

Baş nazirin ofisinə bağlı olan Büroya birbaşa dövlət başçısına tabe olan direktor rəhbərlik edir. Beləcə, agentlik polis və digər hökumət  orqanlarından ayrı fəaliyyət göstərir, nazirlər və yüksək vəzifəli digər məmurlar da daxil olmaqla bütün bürokratiyadan siyasi və funksional şəkildə azaddı. Mahiyyətcə, Büro Sinqapur baş nazirinin administrasiyasının bir şöbəsi kimidi və özü də üç şöbədən ibarətdi: istintaq, sorğu-məlumat və yardımçı şöbə.

 

SİYASİ İRADƏ

 

Sinqapur 1965-ci ildə müstəqilliyini elan edəndən sonra ölkənin siyasi liderləri bütün məmurlar üçün nümunə olmaq qərarına gəlirlər və öz sərvətləti, gəlirləri, kommersiya maraqları, maliyyə əməliyyatları barədə bütün məlumatları şəfafflaşdırırlar.

 

 

Sinqapurun baş naziri Li Kuan Yu “Yalnız nazirlər və rəhbər vəzifələri tutan məmurlar dürüst və kvalifikasiyalı olduğu halda Sinqapur yaşaya biləcək. Sinqapurlulara gərgin əmək və qarşılığında alınan yüksək mükafat arasındakı əlaqəni göstərmək lazımdı. Yalnız o zaman insanlar – əcnəbilər və ölkə əhalisi Sinqapura sərmayə qoymağa başlayacaqlar. Yalnız o zaman sinqapurlular hansısa əlaqələr arzulayıb, nüfuzlu qohumlarından, dostlarından hədiyyələr gözləmək əvəzinə  məqsədyönlü şəkildə işləyəcək və özlərini, övladlarını yaxşı təhsillə təmin eləyəcəklər”, deyə bildirir.

 

Sonrakı hadisələr Sinqapur hökumətinin öz planlarını həyata keçirməkdən ötrü kifayət qədər siyasi iradəyə sahib olduğunu göstərir.

 

 

Əksər ölkələrin qanunvericiliyində korrupsiya ilə mübarizənin vacibliyi qeyd olunur, lakin sadəcə bəzi ölkələr bu məqsədlə Sinqapurdakı kimi sərt və ardıcıl tədbirlər həyata keçirirlər. Sinqapurda yüksək vəzifəli şəxslər arasında korrupsiya halları xüsusi sərtlik və amansızlıqla  cəzalandırılır.

 

Cinayətkarların qanundakı boşluqlardan yararlanaraq məsuliyyətdən qaçmalarına imkan verməməkdən ötrü Sinqapur Respublikasının korrupsiya əleyhinə qanunları davamlı olaraq yenilənir.

 

Məmurlarla, xüsusilə də icraçı orqanların əməkdaşları ilə daima korrupsiya tələləri haqqında söhbətlər aparılır, onlara təsadüfən də olsa, belə cinayətlərə qarışmamağın yolları barədə məsləhətlər verilir, Büro əməkdaşları kolleclərdə gənclərə korrupsiyanın həm onlar, həm də cəmiyyət üçün təhlükələri haqqında mühazirələr oxuyurlar. Ölkədə korrupsiya hallarının yaranması riskini azaltmaq məqsədilə müxtəlif profilaktik tədbirlər görülür,  mürəkkəb prosedurlar yüngülləşdirilir.

 

Dövlət işçiləri hər il borclarının olmadığı barədə deklarasiyalar təqdim etməlidilər. Hesab edilir ki,  borc içində üzən məmur  öz vəzifə öhdəliklərini şəxsi məqsədlərinə qurban verməyə tez hazır olur. Borc deklarasiyalarında yanlış məlumat verən məmurlar dövlət işindən uzaqlaşdırılır. Həmçinin hər bir məmur həm işə yeni qəbul olunanda, həm də işlədiyi müddətdə hər il özünün və həyat yoldaşının, övladlarının əmlakı, biznes investisiyaları barədə məlumat verməlidir. Göstərilən maddi və daşınmaz əmlakın dəyəri ilə aldığı əmək haqqı arasında uyğunsuzluqlar olanda məmur barəsində araşdırma aparılır.

 

Məmurların, işgüzar münasibətləri olan insanlardan pul və ya başqa formada hər hansı hədiyyə alması qadağandı. Əgər məmur hədiyyədən imtina edə bilmirsə (məsələn, əcnəbi nümayəndələrin səfər protokoluna uyğun olaraq), onu qəbul edə bilər, amma dərhal öz rəhbərliyinə təhvil verməlidi. O, yalnız bir halda nəsə götürə bilər: əgər götürdüyü əşya və ya hədiyyənin pulunu ödəyibsə.

 

 ***

 

Sinqapurun korrupsiya ilə mübarizə sahəsindəki uğurlarına heyrətlənməmək qeyri-mümkündü. Hökumət avtoritar metodların köməyilə bürokratiyanı nəzarətdə saxlayır və bir çox hallarda, məhz, bunun sayəsində Sinqapurda investisiya üçün normal mühitin olmasını təmin edir.

 

Hazırda Sinqapur sərt avtoritar dövlətdi, korrupsiyanın yoxluğu, iqtisadi azadlıq və inkişaf səviyyəsinə görə dünya reytinqlərinə başçılıq edir.

Sinqapurda avtoritar metodlar, əsasən, ölkənin siyasi rəhbərliyini korrupsiyanın kökünü kəsmək arzusu sayəsində effektiv işləyir. Sinqapur hökumətinin üzvləri açıq-aşkar sadə həyat sürürlər. Bank hesabındakı məbləğin həcmindən, cəmiyyətdəki nüfuzundan asılı olmayaraq, korrupsiyada iştirakı isbat edilmiş istənilən şəxs cəzasını alır.

 

Əslində elə belə də olmalıdı. Əks halda korrupsiya ilə mübarizə yalnız görüntü xarakteri daşıyardı. 

 

 

http://communitarian.ru/publikacii/strategicheskoe_upravlenie/opyt-borby-s-korrupciej-v-singapure-lechenie-zaraznoj-zhadnosti_13032017

 

 

Mənbə: Müəllif: Aygün Aslanlı
Dürüst, və, namuslu, qalmaq, -, Rüşvəti, yox, etməyin, yolu,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Bizə sülh(məramlılar) lazımdırmı?
"Biz heç vaxt torpaqlarımızdan vaz keçməyəcəyik"
Türkiyəli ekspertlər: Beynəlxalq qurumlar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına qanunsuz yerləşdirməsini şiddətlə qınamalıdır
Azərbaycanlılar öz xalqı və dövləti üçün nə vaxt yaşamağa başlayacaq?
Sıradan çıxan əyləc
Ramiz Mehdiyev tək günahkardırmı?
Hacıbala Abutalıbov Ramiz Mehdiyevi xəyanətdə suçladı
15 sutkalıq bumeranqlar
Dərslər necə keçirilməlidir?
Tramp Ərdoğanı, Putini, Tzinpini və Kim Çen Inı “dünya səviyyəli şahmatçı” adlandırıb
Növbədənkənar prezident seçkisinə nədən ehtiyac yarandı? - EKSPERT
Rəsulzadənin Çağdaş Azərbaycan Tarixi əsərinin təhlili
Rəsulzadə həyatla vidalaşdı, amma inam onu tərk etmədi - Elçin Əfəndiyev
Dilimiz təkcə Azərbaycan Respublikasının yox, 50 milyonluq Azərbaycan xalqının milli dilidir - Arif Rəhimoğlu
Afrinin əhəmiyyəti nədən ibarətdir?
20 Yanvar - Türkün dirilişidir!
Tofiq Zülfüqarov: Rusiya seçim etməlidir, ya Azərbaycan, ya da Ermənistan
Dilçi alim AMEA-nın orfoqrafik səhvlərini üzə çıxartdı
Rusiya o qədər irəliyə gedib ki...
İranda ərəb baharı?
Manatın devalvasiyası kimə sərf edir? - ŞƏRH
Kimsə iki dövlət qurumunu üz-üzə qoymaq istəyir - Ekologiya və Təbii Sərvətlər Nazirliyi
FHN alpinistlərin axtarışını tamamilə öz nəzarətinə alsın - Təklif
O taylı-bu taylı millətin birləşmək istəyinin nişanı - Həmrəylik Günü
Hər ilin öz oyun qaydaları var – Bəs it ilinin qaydaları?
Bizə ilk addımda həmrəylik gərək - Elçibəyin Azərbaycan türkünə müraciəti
İndi hansı bank bağlanacaq?
Ərəb ölkələri Türkiyəyə qarşı birləşərsə, regionu nə gözləyir? - ŞƏRH
Minimum əmək haqqı - Bir saatı 81 qəpiyə işləyəcəyik?
Nazirlər Kabinetinin son qərarı benzinin qiymətini artıracaqmı?
“ƏMƏK” ordenlərinin görünməyən qəhrəmanları
Saytların daldan atdığı daş - Bu, medianın özünə vurduğu zərbə deyilmi?
Dünya Bankının qərarı Azərbaycandakı layihələrinə mənfi təsir göstərməyəcək- ŞƏRH
Doğrudanmı, ən pis azərbaycanlı Əkrəm Əylislidir? - Fazil Mustafa
Yazdığım statusun Müsavata heç bir dəxli yoxdur - Alya Yaqublu
Rusiya Ermənistana Naxçıvandan zərbə vura bilər - Ermənilər narahatlıq içində
Manat FED-in qərarından sığortalana bilməyəcək
İkitaylı Azərbaycanın bütövlüyü üçün ən böyük şans o gün yaranmışdı – 21 Azər
Azərbaycan Qüds məsələsində kimin yanında dayanmalıdır?
Heydər Əliyev ömrünü Türkiyə sevdalısı olaraq keçirmiş liderdir
Tehrandan Xankəndinə yol gedirmi?
Yaxın Şərq ölkələri hədəfdə - Amma əvvəlcə İran...
Bu günə toxunmaq ədəbsizliyinə kimsədə cürət olardımı? - Üzeyir Hacıbəylinin məqaləsi
Nazir təyinatı: Hökumətdaxili yerdəyişmə, yoxsa seçkiyə hazırlıq?
Özünü damdan atmaq da olar, yandırmaq da... Hikmət Hacızadə
Kamal Abdulla, Məleykə Abbaszadə, Hamlet İsaxanlı... - Yeni təhsil naziri kim olsun?
Türk generallarının Bakıya səfərləri nə ilə bağlıdır? - ŞƏRH
Saakaşvili taleyi ilə barışmalıdır - ŞƏRH
Gürcüstana gedən xəstələr ağır fəsadlarla qayıdır - ŞƏRH
Avropa xilafəti: müsəlmanların sayı 3 dəfə artacaq
Zərrabın etirafları Türkiyə-ABŞ münasibətlərini hara aparır? - ŞƏRH
Dövlətlər bitkoindən niyə qorxur? - SƏBƏB
Qarabağda karyerası sona qədər uğurlu olan varmı?
Bu nazirliklər öhdəlikləri yerinə yetirə bilmədi - EKSPERT
Ermənistan Rusiyanın təsir dairəsindən çıxmayacaq - Sazişin Detalları
Əflatun Amaşovun təklifinə reaksiya: Hərə yorğanı öz üstünə çəkəcək
Maliyyə naziri və baş bankir büdcə prosesinə təsir etmək gücündə deyil - ŞƏRH
Türkiyəni müstəmləkəçi ölkəyə çevirmək istəyirlər - AÇIQLAMA
Lavrovunku söz oyunu idi: Həsən keçəl, ya keçəl Həsən...
Qarabağda ermənilərin gözlədiyi Qızıl Ordunun ayaq səsləri
Prezidentin bu barədə sərəncamı olsa da, Milli Məclisin hələ də qərarı yoxdur
Çökdürülmüş ekspert institutunun səviyyəsi medianın səviyyəsindən yuxarıdır - Rövşən Ağayev
ABŞ Rusiyanı necə zərərsizləşdirəcəyini açıqladı
İnsanlarımız niyə ələ baxmalıdır ki? - Sosial yardım tamamilə dayandırılmayacaq
Azərbaycanda milyonlarla insanın həyatını dəyişdirən sistem - 25 illik miras
"Azpetrol"un proqnozu təəccüb doğurur - Yanacaq bahalaşmalıdırmı?
Siyasi partiyaların büdcəsi niyə artırılmalıdır? - MÜZAKİRƏ
Tikintiylə bağlı bizə çox müraciət olunub, ancaq... - Metropolitendən açıqlama
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin rolunu necə yüksəltməli?-ŞƏRH
Divarlardan Moskva əleyhinə döyüş cəbhəsi yaradılacağına şübhəniz olmasın - Zahid Oruc
Mətbuat Şurasının xəbərdarlığı və Eynulla Fətullayevin Lotu Quliylə fotosu
Bu, niyə Bakıda alınır Yerevanda yox? - TƏHLİL
Onları Azərbaycan bayrağı deyil, Sovet nostalgiyası riqqətə gətirir... - SORĞU
Qarsa gedən "sülh və müharibə qatarı" - TƏHLİL
2 milyardlıq Bakı-Tbilisi-Qars layihəsi hələ ki, xərclərini ödəyə bilməyəcək - SƏBƏB
Tehran görüşü Azərbaycanı hara aparır: İran, Rusiya, yoxsa Avropaya?
İlham Əliyevin Tehrana getməsi Avropadan üz döndərməsi demək deyil
Qarabağın azad edilməsində ən ciddi maneə budur - Qubad İbadoğlu
Neftin qiyməti düşərsə, manatı qorumaq olmayacaq - Açıqlama
Çovdarovun cəzası cinayətinə uyğun deyil - Cəmiyyətdə narazılıq
Bu layihə neft gəlirlərini əvəz edəcəkmi?-ŞƏRH
Bakı-Tbilisi-Qars dəmir yolu xətti açılır: Azərbaycan bundan necə faydalanacaq?
Zahid Oruc: "Madrid yalnız iqtisadi yollarla yerdə sürünən suverenliyini qoruya bilməyəcək"
Delta Telekomun vətəndaşları internetsiz qoyması yolverilməzdir – Osman Gündüz
Türkiyənin dəmir ledisi Meral Akşener – BİOQRAFİYASI + FOTOLAR
Tofiq Zülfüqarov: “Niyə həmsədrlər açıq-aşkar görmürlər?”
Ermənistan 93-cü ilin Azərbaycanına çox oxşayır - Zahid Oruc
Rusiya ilə Azərbaycan hansısa məxfi danışıq aparıb razılığa gəlsə... - Hikmət Hacızadə
Qubad İbadoğlu: “DYP-nin topladığı cərimələr dövlət büdcəsinə daxil olmur”
Nazirlik rəhbərliyinin erməni saytlarının yazdığından xəbəri oldumu? - Sabir Rüstəmxanlı
Ünüvar: “CHP-li millət vəkillərinin Azərbaycanın əleyhinə səs verməzi üzücüdür”
Buna deyərlər, Allahın evlərini döyüşdürmək - Zahid Oruc
Azərbaycan regional enerji mərkəzinə çevrilir - Yeni plan
Kredit borcları qırmızı xətti keçdi: nəticəsi nə olacaq?
Müstəqilliyin əleyhinə səs verim deyə mənə də təzyiq olunmuşdu - Millət vəkili
Fazil Mustafa: Türkmənlərin əsas düşməni İraq hökumətidir
İsa Yaşar Tezel - KƏRKÜK
Əliyev və Sarkisyan görüşündə hansı razılıq əldə olunub? - Açıqlama
Əliyev-Sarkisyan görüşü: sonra nə olacaq?
Azərbaycan hücuma keçə və bu mövqeləri qaytara bilər – Qışda müharibə planı
Azərbaycan və Rusiyanın yeni sətirdən - qardaşlıqdan başlaması hər iki dövlətin xeyrinədir- Zahid Oruc
Dünya Kataloniyaya göstərdiyi münasibəti Qarabağa niyə göstərmir?
Belə getsə, Azərbaycan böhrandan çıxa bilməyəcək - Qubad İbadoğlu
Emmanuel Makron iranlı həmkarını dəstəklədi
Azərbaycan yenə iki od arasında - Moskvayla Tehran iş başındadır
Ərdoğan: “ABŞ Türkiyəyə silah satmır, amma PKK-nın Suriya qanadını pulsuz silahlandırır”
Azərbaycan Avropa Şurasından çıxa bilərmi? - ŞƏRH
Nə üçün Tramp Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir?
Dərslik məsələsində tarixçilərimiz belə söyüşdən o tərəfə keçmədilər – Qafar Çaxmaqlı
Bütün dünya niyə rus S-400-ünü almaq üçün növbəyə durub? - Sirri açıldı
Dərsliyin müəllifini vətən xaini adlandırmaq düzgün deyil – Aqil Abbas
Kürdlər və katalonlar çox hiyləgər gediş etdi- Elxan Şahinoğlu
Türkiyə-ABŞ qarşıdurmasının təsiri ciddi şəkildə olunacaq - Qubad İbadoğlu
Nizami haqda həqiqəti yazıblar, siz nədən küsmüsünüz? - Fazil Mustafa
Azərbaycan torpaqlarını qaytarmaq üçün kiminlə savaşacaq: Ermənistan, yoxsa Rusiyayla?
Rusiya Xəzərdə qəfil hərbi təlimlərə başladı - Həyəcan siqnalı
Tarix dərsliyindəki xəritə skandalı ciddi araşdırılmalıdır – Qubad İbadoğlu
Millət vəkili NATO-da Ermənistanın işğalçı siyasətindən danışdı
ABŞ Sudan üzərindən iqtisadi sanksiyaları qaldıracaq
Mətbuat Şurası mitinqdə monitorinq apardı - jurnalistləri qınadı
Vəziyyətin mürəkkəbliyini heç kəs dana bilməz - Zahid Oruc
İlham Əliyevdən anons: Avropa İttifaqı ilə yeni bir səhifənin açılışını edəcəyik
Ermənilər Cəbrayılda kilsə açdı - Rəsmi Bakıdan etiraz
İlham Əliyevdən Avropaya mesaj: Bununla həyatımızda heç nə dəyişməyəcək
Putin Qarabağla bağlı çağırış etdi - Ermənistana ciddi mesaj
Bu hotellərə görə Azərbaycan ilk 5-liyə düşdü - Lider isə İsraildir
İraqda yaşananlar neftin qiymətini oynadır - Bəs sonra nə olacaq?
“Kərkükə siyasi və iqtisadi yardımlar etməliyik” – Qənirə Paşayeva
Qarabağa qanunsuz gedən türkdən özəl açıqlama: Onlar ermənilərlə nə danışıblar?
Azərbaycandakı Kürdüstan aşiqləri – onlar nə dərəcədə təhlükəlidir?
"Onların Avropa siyasətinə təsiri olmayacaq" - Merkel
Azərbaycan üçün hazırlanmış tor – Ermənistanın gizli planı
Azərbaycan hökuməti Kərkük məsələsiylə bağlı bəyanat verməlidir - Açıqlama
Azərbaycanda PKK-nı təbliğ edən qəzet fəaliyyət göstərir - İDDİA
“Bu qərar BMT-də təsdiqlənib, dəyişmək olmaz” - LAVROV
Onlar Putinin yox, İlham Əliyevin sözüylə hərəkət edirdilər - Açıqlama
Bakıda erməni kəşfiyyatına işlədiyimi etiraf etməyimi istəyirdilər
Rusiya bu yolla Azərbaycan hakimiyyətindəki tərəfdarlarına dəstək verir - Açıqlama
Azərbaycan hökuməti:Nalbandyanın təklifini qəbul etmirik - ÖZƏL
Bəxtəvər Dədə Ədalətin başına!
Qəbul imtahanlarında minimum bal 280 olmalıdır
Kürdlərin layihəsi İslam dünyasının parçalanmasına xidmət edir - AÇIQLAMA
"Surinamın Azərbaycanda maraqları var" - NAZİR
İŞİD-ə qoşulan azərbaycanlının şikayətini təmin etmədi
Həbsxanada uşaq dünyaya gətirən ana barəsində məhkəmə qərar verdi
Türkiyəli millət vəkili Nəcdət Ünüvardan Bakıya təbrik
Tofiq Zülfüqarov: 7 rayonumuzu qoyub, qapalı kafedən danışırsınız...
"Əsrin müqaviləsi"nin şərtləri niyə dəyişdirildi?
Ermənilər Ağdamı özününküləşdirir, bəs Əbülfəs Qarayev nə edir?
Sükanı belə saxlayın, cənab Prezident! - Tofiq Zülfüqarov
Lütfi Zadənin ölümü ilə bağlı xəbəri hələ dəqiqləşdirməmişəm - Vəkil
Bakı-Tbilisi-Qars dəmiryolunu gecikdirən Rusiya oldu - Ancaq maneələr dəf edildi
Azərbaycan KİV-ləri Qərbin Rusiya haqda bu cür materiallarını dərc eləmir, Rusiya isə...
26 restoranının sahibindən Dilavər Əzimliyə etiraz: Onda 26 saylı məktəbi də bağlayaq
OCCRP-nin mənbəsiz araşdırması - Nə dərəcədə əsaslı sayıla bilər?
Ermənistanın NATO təlimlərindən imtinasında Rusiya və Azərbaycan izi - Açıqlama
Türkiyə və Almaniya nəyi bölə bilmir? - TƏHLİL
Test üsulunun taleyi insanımızın, gələcəyimizin taleyidir - Mehriban Vəzir yazır
Erməni lobbisi Rusiyaya qarşı yenə “döyüş yolu”nu seçdi
Səninçün yenə yanağımdan süzüləcək iki damla yaş tapılar...- Elnur Astanbəyli
Qorbaçovun Əliyevə etdikləri alçaqlıq idi
Seçki sandığı məzarınıza çevriləcək - Əməkdar müəllim
Rusiya və ABŞ əməkdaşlığı qurulacaqmı? - PROQNOZ
3 milyon manatlıq avtomobil kolleksiyası - Cinayətə aparan yol
Sabiq Ermənistan prezidentindən tarixi bəyanat: İşğal etdiyimiz torpaqları qaytarmalıyıq
Ermənistanı daha nədə üstələyə bilərik? - Hüseynbala Səlimov yazır
Hər şey torpaq olacaq bir gün... - Ömər Xəyyam
İki erməni liderinin etirafları: Ona görə qırğınlar törətdik ki...
Banklarda böhranın ikinci fazası başlaya bilər?
Manat niyə möhkəmlənib? - 8 AMİL
Tibbi arayış satışından 3-5 milyon manat əldə edilir - Bu pullar hara gedir?
Allahın özü də erməni və qarabağlıdır - Zori Balayan
Ermənilərin “Böyük Ermənistan” yaratmaq planları necə pozuldu?
Öz-özünüzü xoşbəxt edə biləcəyiniz 6 üsul
“Ermənistan bayrağı altında Azərbaycan mahnısı səslənəndə təəccüblənməyin”
Ermənilərə təklif: 24 apreli soyqırımı yox, bayram günü kimi qeyd edin
Şevarnadze göstəriş veribmiş ki, İlham Əliyevi institutdan çıxarsınlar - Teleaparıcı
İSLAMOFOBİYA: Avropa Birliyinin yeni meyarı – TƏHLİL
Trampı devirmək istəyən gizli xidmətlər var - TƏHLİL
ƏRDOĞAN "MİLLƏT" DEYƏNDƏ NƏYİ NƏZƏRDƏ TUTUR?
Ermənistanda seçkilər: onlar Qarabağı itirmək üzrədirlər?
Ruslar yenə də arzularına çatdılar – TƏHLİL
Qarabağı azad etmək üçüb tarixi fürsət yetişib? – TƏHLİL
Xanlar Vəliyevin diqqətinə: Yuri Zarviqorovu niyə həbs etmirsiniz?
Azərbaycan 25 ildir, nəyi gözləyir? - TƏHLİL
Trampın arxasında İsrail lobbisi dayanıb – TƏHLİL
AKP-nin arqumentləri ancaq siyasi spekulyasiyadır – TƏHLİL
Nazarbayev yolun sonuna gəlib, yoxsa?
Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
Əvvəlcə Receb İvedik və lotu qulilər, sonra təhsil və elm
İSTƏMƏSƏLƏR BELƏ, VİTSE–PREZİDENTLİK OLACAQ...
2017-ci il belə gəlib beləmi gedəcək? – İqtisadi təhlil
SEÇKİYLƏ BAĞLI SON AKKORDLAR...
Qərb üçün demokratiya Qərb üçündür
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
2016-cı ilin uğurlu filmi: “Pərdə”?
Bob Dilan İsveç Akademiyasını barmağına doladı, bəs Salam Sarvanla Şəhriyar del Gerani?
2016-cı il: mediamızda kim uduzdu, kim uddu?
2016-cı il hansı ölkələr terrorun qurbanına çevrildi? – STATİSTİKA
Üçüncü devalvasiya artıq başlayıb...
Dünyada muxtariyyat modeli qalmayıb
Mediada qeyri-peşəkarlıq. Səbəbkarlar kimdir?
KQB, “Qadın öpüşü” və “bolqar çətiri”
4 milyard alınacaq ya alınmayacaq?
"Ölkə dağıdıcı tufan ərəfəsində"
Səudiyyə Ərəbistanı, yoxsa İran
Mişel Uelbek: Avropanın islamlaşmasında günahkar kimdir?
Rusiyanın Türkiyə ilə savaşmamalı olduğunun səkkiz səbəbi
Gizli xidmət şefinin sonu: qəfil və gözlənilmədən
Prezident hökuməti fövqəladə rejimə keçirir
Haber Yazılımı