The document has moved here.
|
||
Düşmənin zenit qurğusu sıradan çıxarılıb - VİDEO | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hərbi texnikalarının sıradan çıxarılması üzrə fəaliyyətlər davam etdirilir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, noyabrın 3-də günün ikinci yarısında cəbhənin Xocavənd istiqamətindəki yüksəkliklərdən birinə çıxarılmış Ermənistan silahlı qüvvələrinin 1 ədəd “M-55” zenit qurğusu dəqiq atəşlə məhv edilib.
Qeyd edək ki, 1955-ci ildə istehsal edilmiş, yüngül zirehli çoxməqsədli transportyor üzərində quraşdırılmış 20 mm-lik 3 topdan ibarət zenit qurğusu aşağı hündürlükdə uçan hədəfləri və canlı qüvvəni məhv etmək üçün nəzərdə tutulub.
"Xəbər365" həmin videogörüntüləri təqdim edir. |
||
|
||
Düşmənin, zenit, qurğusu, sıradan, çıxarılıb, -, VİDEO, |
|