The document has moved here.
|
||
E.F.E. kursları şəhid və qazi övladlarına ödənişsiz təhsil verir | ||
- Xəbəri | ||
![]() |
||
|
||
E.F.E. kursları şəhid və qazi övladlarına ödənişsiz təhsil kampaniyasına başlayıb.
Bu barədə “Xəbər365”ə E.F.E.-dən məlumat verilib.
Bildirilib ki, “VƏTƏN ƏMANƏTİ AKSİYASI” adlanan kampaniya çərçivəsində qruplara qeydiyyata bu gündən başlayıb. Qruplar tamamlandığı andan etibarən fənlərin tədrisinə başlanacaq.
“Fənn limiti yoxdur və hər fənn həftədə 1 dəfə 1 saat şəklində keçiriləcək. Aksiyadan yararlanmaq istəyənlərin öhdəlikləri yalnız aşağıda qeyd olunan məlumatları bizə göndərməkdən ibarət olacaq:
1. Həyat yoldaşınızın Şəhidlik və ya Qazilik haqqında olan sənədlərin surətini, 2. Övladınızın adını, soyadını, sinfini, hansı bölmə üzrə təhsil aldığını və kursumuza hansı fənn üçün müraciət etdiyini (070) 633 85 84 nömrəmizin WhatsApp hesabına göndərməniz xahiş olunur.
Aksiya iştirakçılarına, E.F.E. kurslarının müəllim kollektivinə götürdükləri öhdəlikdən ötrü dərin minnətdarlığımızı bildiririk və bu Aksiyada Könüllü şəkildə iştirak etmək istəyən müəllimlərə kursumuzun qapılarını sona qədər açır, onları da bizimlə əməkdaşlıq etməyə dəvət edirik. Bizə qatılmaq istəyən könüllü müəllimlərimizin yuxarıda qeyd olunan nömrə ilə əlaqə saxlamalarını rica edirik”, - məlumatda bildirilib.
|
||
|
||
E.F.E., kursları, şəhid, və, qazi, övladlarına, ödənişsiz, təhsil, verir, |
|