301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
04 İyun 2016 - Şənbə 00:47 2243 nəfər oxuyub
 
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Əvvəla Elçibəy çıxışında bunun səbəblərini göstərmişdi. Digər tərəfdən bu məsələni fərdlərə bağlamaq düzgün deyil. Əvvəla 1991-ci ilin 23 avqustunda Ayaz Mütəllibovun Moskvada qiyam etmiş QKÇP-çiləri dəstəkləməsi onun əleyhinə çevrildi, hakimiyyəti nüfuzdan düşüb dayaqlarını itirdi.
MÜSAHİBƏ Xəbəri

1993-cü ilin 4 iyun qiyamının növbəti ildönümü yaxınlaşır, ötən 23 ildə hadisələrin iştirakçıları bu barədə dəfələrlə danışıb, media tərəfindən debatlar təşkil olunub, hətta kitablar yazılıb, amma nələrinsə yenidən xatırlanmasına ehtiyac yaranır. Eks- prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş  Oqtay Qasımovla söhbətimizdə oxucular üçün yeni sayılacaq hətta ilk dəfə xəbər365 saytında səslənən fikrlər var.  

 

 

-    Oqtay bəy, hər bir hadisənin, istər siyasi, istərsə qeyri-siyasi olsun, səbəbləri olur. 1993-cü il 4 iyun qiyamının da təbii ki, səbəbləri var. Hansı səbəblər 4 iyun qiyamı üçün münbit şərait yaratdı?

-     Səbəblər çoxdur. İlk növbədə  AXC hakimiyyətinin müstəqil siyasət yürütməsi və müstəqillik istiqamətində ardıcıl addımlar atması 4 iyun qiyamını şərtləndirən səbəblərdən biridir. Təbii ki, Azərbaycanın müstəqil siyasət yürütməsi qonşu İran və Rusiyanın maraqlarında deyildi. Ona görə   Azərbaycandakı milliyətçi hakimiyyətin dəyişməsi üçün əllərindəki bütün imkanlardan istifadə etməyə çalışırdılar. 1992-ci ilin dekabrında Rusiyanın Azərbaycandakı səfiri Şoniya Moskvaya göndərdiyi məlumatda qeyd edirdi ki, prezident Elçibəyin yürütdüyü müstəqil siyasət bu cür davam edərsə, 2 il sonra Azərbaycan Rusiyanın nüfuz dairəsindən tamamilə uzaqlaşıb müstəqil olacaq, ona görə bunun  qarşısı alınmalıdır. Çünki Azərbaycanın müstəqil siyasət yürütməsi həm digər keçmiş SSRİ respublikaları üçün "pis nümunə" ola bilərdi, həm də Elçibəy kimi milliyətçi-demokrat bir liderin hakimiyyətdə olması Rusiya Federasiyasında yaşayan, muxtar qurumları olan Türk topluluqlarının milli- azadlıq mübarizəsinə təkan verə  və Rusiyanın bir dövlət olaraq parçalanması təhlükəsi yarana bilərdi. Bu və digər amillərə görə Rusiya  Elçibəyin hakimiyyətdə qalmasında  maraqlı deyildi. 
-    Ancaq prezident Elçibəyin ilk səfəri Rusiyaya olmuşdu...
-    Doğrudur, ona qədər  ElçibəyinTürkiyəyə qeyri-rəsmi səfəri olmuş, prezident seçkilərnidən bir həftə sonra- iyun ayında  İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Toplantısına qatılmışdı. Amma  Prezident Elçibəyin ilk rəsmi səfəri Rusiyaya oldu. 1992-ci ildə Rusiya səfərində yüksək səviyyəli görüşlər keçirilsə də,  mətbuata görünən hissədə  anlaşma şəraiti olsa da,  əslində o zaman Rusiya prezidenti Yeltsinlə Elçibəy  arasında prinsipial məsələlərlə bağlı  razılıqlar əldə olunmayıb. Bunlar Azərbaycandakı  rus ordusuna  hərbi baza statusu verilərək fəaliyyətini davam etdirməsi və Dağlıq Qarabağda münaqişə zonasına yerləşdirilməsi, sərhədlərimizin rus qoşunları tərəfindən qorunması, Qarabağ münaqişəsinin həllinə yanaşma, neft müqavilələri, Xəzərin statusu kimi prinsipial məsələlərdə Elçibəy güzəştə getmədiyindən  konkret razılaşmalar olmadı. Digər müzakirə edilən məsələlərlə bağlı təkliflərin hazırlanması isə işçi komissiyaya həvalə olunmuşdu.  Əgər xatırlayırsınızsa, prezidentlərin verdikləri bəyanatlar ümumi sözlərlə ifadə olunmuşdu. 

 

 

“Yeltsinlə Əbülfəz bəy arasında konkret məsələlərlə bağlı  razılıq əldə olunmadı”

 

-    Ancaq həmin səfərdən bir müddət sonra Rusiyanın baş naziri Qaydar Bakıya gəldi. O, Azərbaycandan xarici siyasətində bir az yumşalma istəyirdi ki, Kremlin güzəştlərinə şərait yaransın. Bu mənada Bakı bəzi güzəştlərə getsəydi Moskva sərtliyini yumşaldardımı?
-    Azərbaycan hansısa anti Rusiya siyasəti aparmırdı ki, ondan bunun yumşaltması istənilsin. Rusiyanın siyasətində imperiya düşüncəsi- ya mənə tabe olub yanımda durursan, ya da kənardasansa “düşmənimsən" düşüncəsi hakim idi. Rusiyaya  hansı güzəştlər edilməli idi- Azərbaycandakı Rus qoşunlarına hərbi baza satusu verilməsimi, Dağlıq Qarabağda münağişə zonasına sülhməramlı adı ilə yerləşdirilməsimi, sərhədlərimizin onların qorumasımı, yeni kəşf edilmiş neft yataqlarının rus şirkətləri ilə birlikdə işlənməsimi ( ən azı texnoloji baxımdan beynəlxalq standartlardan çox geridə idilər), Xəzərin statusu ilə bağlı maraqlarımıza zidd addımlar atmaqmı  tələbləri qəbul etməli idimi?
-    Məsələn, Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə üzv olması?
-    Ümumən ilk yarım ildə Azərbaycanın Rusiyayla iqtisadi,mədəni və qismən siyasi sferada  münasibətləri  normal idi. MDB ilə bağlı  bəyan edildi ki, Azərbaycan birliyə tam hüquqlu üzv olmasa da  assosiativ üzv kimi toplantılarda iştirak edəcək. Azərbaycan   bu qurumun toplantılarında müşahidəçi qismində  iştirak edirdi, hərçənd ki, iclaslar da vaxtaşırı çağrılmırdı. Digər tərəfdən, nəzərə alsaq ki, Elçibəyin  həyatı Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə həsr olunub, Azərbaycan dövlətinin taleyiylə bağlı prinsipial məsələlərdə güzəştə getməsi  mümkün deyildi. Belə güzəştləri cəmiyyət həm başa düşməz və qəbul etməzdi. Müstəqil Azərbaycanın sərhədlərinin mühafizəsini rus ordusuna həvalə etmək nə qədər doğrudur?  Yaxud Rusiya tələb edirdi ki, Xəzərdə kəşf olunmuş neft yataqları birgə işlənsin. Elçibəy buna prinsipcə etiraz etmirdi, amma deyirdi ki, Rusiyada 41 min neft quyusunun  təmir edilərək yenidən işlənməyə ehtiyacı var, əvvəl bunları həll edlsin, sonra  müzakirə aparaq. Bütün bunlara baxmayaraq Azərbaycan regionun  böyük dövləti kimi Rusiyanın da maraqları nəzərə alınaraq  mehriban qonşuluq prinsipləri əsasında siyasət aparıb. Sadəcə, Elçibəy istəyirdi ki, 200 ilə yaxın Rusiyanın əsarətində olmuş dövlət və xalq olaraq Azərbaycan toparlansın və şimal qonşumuzla normal tərəfdaşlıq əlaqələri qursun. Ancaq Rusiyanın  imperiyapərəst qüvvələrinin (Hərbi Sənaye Kompleksi, QRU, DTK və.) məqsədi o deyildi. Onlar Azərbaycanda hakimiyyəti dəyişmək üçün əllərindən imkanlardan istifadə etdilər və bunu gizlətmirdilər. Fevral ayında Müdafiə Nazirliyində olan dəyişikliklərdən sonra təhdidlər daha da artdı və müxtəlif ssenarilər işə salındı.  Məsələn Rusiyanın Qarabağ üzrə təmsilçisi, Azərbaycana düşmən münasibət bəsləyən Kazimirov Kəlbəcərin işğalından sonra bir görüşdə bizm dövlət rəsmisinə açıq və təhdidkar  şəkildə " Kəlbəcərin işğalı şokundan tez çıxa bildiniz, görək bir iç qarışıqlıq olsa nə edəcəksiniz" demişdi. Elçibəy hakimiyyətinə qarşı olan müxtəlif qüvvələrin Rusiya təmsilçilərinin iştirakı ilə Moskvada toplanıb hakimiyyətin devrilməsi planını müzakirə etməsi, kommunist deputatların imzalar toplayaraq Ali Sovetin Gəncədə sessiyasının çağrılmasına cəhdlər, Hərbi Birliyin yaradılması  bu ssenarilərin  tərkib hissələri idi. Bundan başqa  faktiki olaraq Qarabağda döyüşən bir çox erməni hərbi hissələrinin komandirləri və döyüşlərdə iştirak edən şəxsi heyətinin bir qismi  Rusiyanın Ermənistanda yerləşən 7-ci ordusunun zabitləri və əsgərləri idi  (Kəlbəcərdə əsir götürülən 13 nəfər rus əsgəri buna misaldır). Bundan başqa Rusiyanın Pskov diviziyasının xüsusu təyinatlı batalyonu da Ermənistan tərəfindən Dağlıq Qarabağda döyüşlərdə iştirak edirdi və  sonralar həmin batalyonda xidmət edənlər  bu faktı təstiqlədilər. 
-    Amma ermənilərin də iddiası olmuşdu ki, Tərtərdə Marağa kəndində döyüşdə rus zabitləri döyüşürdü...
-    Azərbaycan ordusunda  milliyətcə rus olan yüksək rütbəli  bir zabit vardı, səhv etmirəmsə soyadı Vasyak idi və özü də  Rusiya vətəndaşı deyildi. 
-    Muzdlu rus əsgəri də yox idi?
-    Azərbaycan muzdlu əsgər yardımından istifadə etməyib. Sadəcə, Azərbaycan vətəndaşları olan ruslar, yəhudilər və b.  ordumuzun sıralarında xidmət ediblər. 
-    4 iyun qiyamına şərait yaradan sadaladığınız səbəblər daha çox xarici faktorlar idi, bəs daxili, idarəetmədə hansı problemlər oldu ki, AXC hakimiyyətdən getdi?
-    Təbii ki, idarəetmədə müəyyən problemlər vardı.
-    Məsələn, “Elçibəylə 13 saatlıq söhbət” kitabında prezident Elçibəy deyir ki, Müdafiə Nazirliyinin yarıdan çoxu Rusiyanın adamıydı. Söhbət artıq kadrlardan gedir...


 

"AXC hakimiyyəti qarışıq hakimiyyət sayılmalıdır”

 

-    Gəlin məsələlərə  bu gündən baxmayaq, o dövrün şərtlərini əsas götürək. Əvvəla, Əbülfəz Elçibəy, AXC hakimiyyətə gələndə Azərbaycanda dövlətin yalnız adı vardı, strukturlar faktiki iflic durumdaydı.  

 - Bəli, büdcədə də 10 milyon olub... 

- 10 milyon rubl, bunun da ekvalenti 1 milyon dollar idi. Belə bir vəziyyətdə hakimiyyətə gəlmiş komanda üçün işləmək çox çətin idi. İkinci, hərəkatdan gələn insanların bir çoxunun dövlət idarəetməsi təcrübəsi az idi. Amma  bu insanların istəkləri səmimi idi və ölkələrinin müstəqilliyini, azadlığını, inkişaf etməsini istəyirdilər. Keçmişdən qalan məmurların əksəriyyəti  təşəbbüskarlıqdan uzaq,  müstəqil işləmək iqtidarında olmayan, yalnız göstərişlə işləyə bilən şəxslər idi. Onların çoxu Azərbaycanın müstəqilliyini və hərəkatdan gəlmiş insanların hakimiyyətini həzm edə bilmirdilər. Hərəkatçıların idarəetmə təcrübəsinin az olması təbii idi, zamanla bunlar  yoluna qoyulurdu. Amma br məqamı unutmaq olmaz ki, o zaman  həm də müharibə  aparılırdı. AXC hakimiyyətə gələn ərəfədə Müdafiə Nazirliyində rəsmi olaraq 156 əsgər qeydiyyatdan keçmişdi. Bu barədə 1992-ci ilin mayında  Milli Məclisdə faktlar səsləndirilmişdi.  Bunları sadalamaqda məqsədim odur ki, belə ağır şərtlərlə hakimiyətə gəlmiş AXC-nin hakimiyyətdən getməsinin səbəbləri çoxdu, yalnız idarəetmədəki təcrübəsizliklə bağlı deyildi. Gələk kadr potensialına, o zaman Prezident Administrasiyasında işləyən Arif Yunusun  apardığı hesablamalara görə AXC-yə ən azı 5 min nəfər peşəkar kadr lazım idi ki, bütün postlara yerləşdirsin. Bunlar isə yox idi...

- Gələk kadr potensialına, o zaman Prezident Administrasiyasında işləyən Arif Yunusun apardığı hesablamalara görə AXC-yə ən azı 5 min nəfər peşəkar kadr lazım idi ki, bütün postlara yerləşdirsin. Bunlar isə yox idi...

-    Peşəkar kadrlara ehtiyac hər zaman olub və olacaq. AXC hakimiyəti üçün də bu məsələ istisna deyildi. Bu gün də Azərbaycan dövlətinin  peşəkar kadrlara ciddi ehtiyacı var. Yəni kadr məsələsi həmişə həllinə ehtiyac duyulan problemdir. Digər tərəfdən AXC qarşısına  məqsəd qoymamışdı ki, hakimiyyətə gələndən sonra bütün vəzifələri cəbhəçilərə verəcək. Əslində, AXC hakimiyyəti qarışıq hakimiyyət sayılmalıdır.Nazirlər Kabinetinin  tam əksəriyyəti təsərrüfat sahəsində təcrübəsi olan, AXC-yə aidiyyatı olmayan şəxslərdən- o zamanın deyimiylə- kommunustlərdən ibarət idi: Baş nazir Rəhim Hüseynov, o cümlədən, müavinləri Vahid Əhmədov (Ali Sovetdə Azərbaycanın müstəqilliyinə səs verənlərdən biri  olan Vahid müəllim bacarıqlı təsərrüfatçı idi),  Əsgər Məmmədov (rayon rəhbəri işləmişdi), Abbas Abbasov və b. Nazirlər Kabineti  məmurlarının mütləq əksəriyyətinə toxunulmamışdı. Çox maraqlı vəziyyət yaranmışdı, bir qism insanlar AXC-ni ittiham edir ki, hakimiyyətə gələn kimi peşəkarları vəzifələrdən uzaqlaşdırıb hər şeyi təcrübəsiz cəbhəçilərə həvalə etdilər. Digər qisim isə hakimiyyətin kommunistlərdə qaldığın deyir. 
-    Bu məsələlərə qayıdacagıq, mən Əbülfəz Elçibəyin 1992-ci ilin mart ayında Ali Sovetdəki çıxışı xatırlatmaq istərdim, o, deyirdi ki, bugün alqışlarla seçdiyiniz prezidenti 1 ildən sonra istefaya göndərəcəksiniz. Elçibəy bunu dediyi halda niyə hakimiyyətə gəlirdi, onu zamanmı, şəraitmi gətirdi, yoxsa ətrafındakılar...? Çünki İsa Qəmbərlə Pənah Hüseynin Elçibəyin prezidentliyə namizədliyini təkidlə  irəli sürməsini deyənlər də var...
-    Əvvəla Elçibəy çıxışında bunun səbəblərini göstərmişdi. Digər tərəfdən bu məsələni fərdlərə bağlamaq düzgün deyil. Əvvəla 1991-ci ilin 23 avqustunda  Ayaz Mütəllibovun Moskvada qiyam etmiş QKÇP-çiləri dəstəkləməsi onun  əleyhinə çevrildi, hakimiyyəti nüfuzdan düşüb dayaqlarını itirdi. İkincisi 1991-ci il 8 sentyabr prezident  seçkilərini AXC boykot etdi, Naxçıvan Ali Məclisinin qərarı ilə  Muxtar Respublikada seçkilər keçirilmədi.  Rəqibi kimi çıxış edən Zərdüşt Əlizadə  son anda namizədliyini geri götürdüyündən  Mütəllibov  alternativsiz seçkiyə getdi. Seçki günü AXC-nin Azadlıq meydanındakı mitinqinə seçkidən imtina edənlərin yüzminlərlə bildirişlərinin toplandığı çuvallar gətirilməsi və Naxçıvanın baykota qoşulması Mütəllibovun legitimliyini şübhə altına aldı. Belə zəif hakimiyyətin uzun sürməyəcəyi məlum idi. Xüsusilə 20 noyabr 1991-ci ildəki vertolyot qəzası (çox güman ki, bu, Rusiyanın təxribatıydı) nəticəsində Azərbaycanın dövlət rəhbərlərinin əksəriyyətinin  həyatını itirəndən sonra hakimiyyətdə yaranan boşluğu nə Mütəllibov, nə də yeni komandası  doldurub ölkəyə nəzarəti təmin edə bilmədi. 1992-ci ilin martın 6-da Mütəllibov istefa verəndən sonra isə  ölkədə daha ciddi hakimiyyət boşluğu yarandı və şərtlər istər-istəməz AXC-nin bu boşluğu doldurmasının diqtə edirdi. Çünki siyasi səhnədə mütəşəkkil siyasi qüvvə kimi yalnız AXC qalmışdı. Ölkənin taleyinə məsuliyyət daşıyan təşkilat olaraq AXC bundan qaça bilməzdi və seçkilərə getməyə məcbur oldu. Baxmayaraq ki, AXC  Mütəllibovun istefasından sonra ölkəni vəziyyətdən çıxarmaq üçün Milli Etimad Hökumətinin yaranması təklifini irəli sürsə də hakimiyyətdə olanlar bunu qəbul etmədi. 
-    Bəs Etibar Məmmədov necə?

-  ARDI VAR...

Mənbə: Müəllif: XƏBƏR365
"Elçibəy, prezident, seçiləndə, dövlətin, yalnız, adı,, 156, əsgəri,, 10, milyon, rublu, vardı",
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Anar Əsədli: “Azərbaycanda uzun illərdir, gözü, qulağı Kremldə olanların...” - MÜSAHİBƏ
Divə qulluq edən cırtdanlar
Putin dedi ya xalqa atəş açacaqsan, ya hakimiyyəti itirəcəksən...
Rəqibimiz Yeni Azərbaycan Partiyasıdır – Anar Əsədli
Prezident İlham Əliyev İspaniyanın El Pais qəzetinə müsahibə verib - TAM MƏTN
"Paşinyan Azərbaycanla sülh müvaqiləsi bağlamaq üçün tələsməlidir" - Ay Partiyanın başqan müavini
Bu hiylələrə uymaq olmaz - AY Partiya Başqanı
“O torpaqlarda hələ də Azərbaycan bayrağı dalğalanmırsa...”
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı