The document has moved here.
|
||
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır” | ||
709 saylı hərbi hissə Müdafiə Nazirliyinə tabe edilməlidir. Bu, yekdil fikir olub. Prezident çıxışında deyib ki, Azərbaycan dövlətinə qarşı çıxan qardaşım olsa belə, cəzalanmalıdır. | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
(əvvəli bu linkdə: "Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı")
1993-cü il 4 iyun qiyamının növbəti ildönümüdür, ötən 23 ildə hadisələrin iştirakçıları bu barədə dəfələrlə danışıb, media tərəfindən debatlar təşkil olunub, hətta kitablar yazılıb, amma nələrinsə yenidən xatırlanmasına ehtiyac yaranır. Eks-prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımovla söhbətimizdə oxucular üçün yeni sayılacaq, hətta ilk dəfə xəbər365 saytında səslənən fikrlər var.
- Bəs Etibar Məmmədov necə? - O zaman Etibar Məmmədovun partiyası formalaşma mərhələsindəydi. - Bu sualın birbaşa cavabını danışıqlarda iştirak edən şəxslər verə bilər. Bağlayıcı hissə ondan ibarətdir ki, Etibar Məmmədov baş nazirin səlahiyyətlərinin yüksək olmasını, faktiki xalq tərəfindən seçilən prezidentin səlahiyyətlərinin mühüm hissəsinin ona verilməsini istəyirdi. Bu baxımdan uzlaşma olmadığından Etibar Məmmədovla koalisiya alınmadı.
“Elçibəy parlament seçkisinin keçirilməsini istəyirdi”
- Oqtay bəy, “Elçibəylə 13 saatlıq söhbət” kitabından məlum olur ki, 1993-cü ilin yaz, ən uzağı, payız aylarında parlament seçkiləri keçirilməliydi. Sizə elə gəlmir ki, seçkilərin keçirilməməsi də 4 iyuna gətirən amillərdən biri idi? Çünki sonda həmin Ali Sovet, yaxud Milli Məclis Elçibəy hakimiyyətinin qatilinə çevrildi... - Məsələ Müsavat partiyasının formalaşma məsələsi deyildi. Reytinqi və imkanları digərlərindən daha yüksək olan AXC-nin təşkilat olaraq seçkiyə qatılmaq imkanı vardı və seçkini qazana bilərdi. Sadəcə, o zaman bir qisim düşünürdü ki, vəziyyət hələlik nəzarətdədir, müharibə gedir, belə bir zamanda əlavə seçki keçirməyə ehtiyac yoxdur. Bu baxımdan seçkinin sonraya saxlanması düşünülürdü. - Xeyr, bildiyim qədər Elçibəy parlament seçkisinin keçirilməsini istəyirdi. - Bəs bir qism kimlər idi? - Məsələ komanda daxilində müzakirə olunub və bir müddət gözləmək barədə fikirlərin daha çox tərəfdarı vardı. Yəni dövlət olaraq Azərbaycanın toparlanması, müharibədə müəyyən nəticələrin əldə olunması, iqtisadi islahatların aparılması və s. məsələləri vardı. Qeyd etmək lazımdır ki, 1990-cı ildə formalaşan Milli Məclis bütün nöqsanlara baxmayaraq həmin 1 ildə kifayət qədər məhsuldar işləyib, 100-dən artıq qanun qəbul olunub. Bu, Azərbaycan parlamentinin ən işlək dövrlərindən olub. Təbii ki, tərkibi keçmiş sovet kadrlarından ibarət qüvvələrdən təşkil olunduğundan ilk fürsət yaranan kimi öz işini gördü. - Demokratik cəmiyyətlərdə bu normaldır. O zaman demokratik cəmiyyətin əsası qoyulur, demokratik idarəçiliyə keçilirdi. Demokratik idarəetmə çətindir, çünki fikir müxtəlifliyini nəzərə alıb buna uyğun qərarlar qəbul etməlisən. Bunun müsbət və mənfi cəhətləri vardı. Biz məsələyə bu gündən baxırıq, amma o dövrün şərtləri fərqliydi. Yəni hakimiyyətə gəlirsiniz, komandanız yeni formalaşmağa başlayır, güc strukturları nəzarətinizdə deyil və s.. Bütün bunlar ciddi məsələlərdir və zamanla bu problemləri həll etməlisiniz. - Əvvəla, Atatürk peşəsi etibarıyla hərbçi olduğundan və hərbi sistemdə yetişdiyindən sərt addımlar ata bilirdi. İkinci, Atatürkün doğulub böyüdüyü mühit 800 illik tarixi olan Səlcuklu və Osmanlı dövlətçilik mühitiydi. Üçüncü, Atatürkün əmrində Osmanlı imperiyasından qalan, dünya müharibəsində iştirak etmiş 600 minlik ordu, peşəkar, vətənpərvər və idealist zabit heyəti vardı. Elçibəyin durumu tam əksi idi. Hətta Elçibəy Atatürkçülük etmək istəsəydi belə - təbii ki, onu etmək də istəyirdi - o əmrləri yerinə yetirəcək qüvvənin formalaşması başa çatmamışdı.
“Kadrların 45-i dəyişdiriləcəkdi. Bu, köklü dəyişiklik demək idi”
- Yenə gəlib kadr məsələsinə çıxırıq. Bu mənada AXC ilə vəzifəyə təyin olunanlar arasında uçurum yarandığını demək olarmı? Mən yerli icra hakimiyyətləriylə AXC-nin rayon şöbələri arasındakı problemləri nəzərdə tuturam... - Təbii ki, problem var idi... - Və bu da AXC-nin hakimiyyətdən getməsinə səbəb ola bilərmi? - Dediyiniz səbəblər sırasında sonunculardan idi, ciddi problem yaradacaq məsələlərdən deyildi. Bəzi rayon şöbələri vardı ki, özlərinin icra başçısı vəzifəsinə təklif etdiyi şəxslə münasibətlərində problemlər yaranırdı. Səbəbi ictimai-siyasi fəaliyyətlə dövlət idarəçiliyindəki fəaliyyət fərqliliyindədir. Dövlət vəzifəsi tutan insan, üzərində daha çox məsuliyyət hiss edir. Çünki o, artıq təşkilata yox, rayona məsuliyyət daşıyır. O baxımdan icra başçısının addımlarının təşkilatda kimlərinsə xoşuna gəlməməsindən doğan problemlər özünü göstərirdi. Eyni zamanda AXC demokratik təşkilat olduğu üçün əmr, komanda qaydasında idarə olunmurdu. Hərəkatdan yaranan təşkilat olduğundan sizin, bizim istəyimizdən asılı olmayaraq oraya müxtəlif insanlar üzv olmuşdular. Bir anda onların üstündən xətt çəkib kənarda qoymaq mümkün deyildi. Bu məsələlər tədricən yoluna qoyulurdu. Amma kadrların hansının etimadı doğrultması, hansının doğrultmaması başqa məsələdir. Özünü doğrultmayan kadrlarla bağlı zaman-zaman tədbirlər görülürdü. - Onlar çox idimi, bunun statistikası aparılırdımı? - İcra hakimiyyətlərilə birbaşa işləyən ərazi idarəetmə şöbəsi vardı və detallı məlumat-statistika onlarda idi. Yaxşı işləyənlər kifayət qədər idi və onlar özlərini doğrultdular. Baxmayaraq ki, həmin adamların bir çoxu AXC hakimiyyətə gələnə qədər dövlət vəzifələrində olmamışdılar. Abşeron da daxil olmaqla Bakıda 11 rayon vardı, o rayonların əksəriyyətinin icra başçıları normal işləyirdi və öz yerlərindəydi. - Başqa bir misal: Ali Məhkəmənin sabiq sədri Tahir Kərimli, onun Milli Məclisdəki məşhur çıxışı hələ də unudulmayıb. Onun sonradan Elçibəyə qarşı sərt çıxışları nədən qaynaqlanırdı? Tahir Kərimli Kələkidə olubmu? - Tahir Kərimli 1994-cü ilin qışında Kələkidə olub, Əbülfəz bəylə görüşüb, Ali Məhkəmənin sədri kimi fəaliyyətilə bağlı tənqidi fikirlər də deyilib. AXC-nin 1 illik hakimiyyəti zamanı ən zəif nöqtələrindən biri məhkəmə sistemiydi. Təəssüf ki, Tahir Kərimli öz vəzifəsinin öhdəsindən lazımi səviyyədə gələ bilmədi. Məhkəmələr vəzifədən çıxarılmış, səhv etmirəmsə, 60-a yaxın şəxsi yenidən işinə bərpa etmişdi. Maraqlıdır ki, əksəriyyətini Yasamal Rayon Məhkəməsi həyata keçirmişdi. Tahir Kərimliyə olan iradlardan ən ciddisi bu idi. Bu gün Elçibəyi qərəzli tənqid, hətta təhqir edənlərin əksəriyyəti Elçibəy hakimiyyəti dövründə onlara həvalə olunmuş vəzifədə özlərini doğrultmayan uğursuzlardır. Kim ki, vəzifəsinin öhdəsindən normal gəlib onların Elçibəyə xüsusi iradı və tənqidi olmayıb. Birincilər bilirdi ki, ciddi kadr islahatına gediləcəyi planlaşdırılıb və onların əksəriyyəti dəyişdiriləcək kadrların siyahısındaydı. Bir çoxlarına konkret şəkildə komandada olmayacağı deyilmişdi. İcra başçılarından başlayaraq yuxarıya qədər nazirlər daxil olmaqla kadrların, təxminən, 45-i dəyişdiriləcəkdi. Bu, köklü dəyişiklik demək idi.
- Bugünlərdə Nemət Pənahlının növbəti çıxışından sonra sual verdiniz ki, 1996-cı ilin payızında Kələkiyə elçi göndərib Elçibəyin liderliyini etiraf və əməkdaşlıq təklifi edən kim idi? Amma sualı açıq qoydunuz. Bəlkə indi cavablandırasınız? - Yox, özü cavablandırsın. - Nemət Pənahlı Kələkiyə adam göndərmişdi? - Onun adından gələn vardı, sifarişini gətirmişdi. - 3 il əvvəl Elçibəyi təhqir edən Pənahlı onun liderliyini qəbul edirdi? - Bilirsiniz, tarixi şərtlər və zaman çox məsələləri yerinə qoyur. Elçibəyi qəbul etməyən xeyli adamlar vardı ki, Kələkidən dönəndən sonra onunla görüşdülər və komandasında təmsil olunmağa hazır olduqlarını bildirdilər. Hər kəs bilməlidir ki, obyektiv tənqid, şəxsiyyətə toxunmayan fikirlərə hörmət ediləcək. Amma təhqirə, böhtana, qərəzə, şantaja əl atılacaqsa, cavabı sərt olacaq. Dünyasını dəyişmiş adamı təhqir etmək millətimizin əxlaqına yaddır. Bunu edənlər millətin əxlaqını pozmaqla məşğuldur və qarşısı alınmalıdır. Siyasətlə məşğul olan hər kəs mədəni davranmalı, etik ifadələr seçməlidir, millətin əxlaqını pozmağa cəhd etməməlidir.
- Bu məsələnin üzərində ona görə dayanıram ki, 1993-cü ilin fevralında AXC İcraiyyə Komitəsi Surət Hüseynovu xəyanətkar adlandıran bəyanat yaydı. Bundan dərhal sonra dövlət müşaviri Arif Hacıyev və prezident Elçibəy həmin bəyanatı təkzib edən açıqlamalar verdilər. İcraiyyə Komitəsinin funksiyası nədən ibarət idi ki, müharibə zamanı bu cür bəyanat verirdi? - İcraiyyə Komitəsi təşkilatı idarə edən qurum idi. Bəyanat müəyyən həqiqətləri əks etdirsə də, zamanı doğru seçilməmişdi. Zaman və məkan doğru seçilməyəndə nəticələr əks-effekt verir. - Və əks-effekt verdi də...? - Əvvəla, bəyanatın verildiyi zaman yanlış seçilmişdi. Çünki həmin vaxt prezident Ağdərə istiqamətində yaranmış durumla bağlı Gəncədə hərbi müşavirə keçirirdi. Bəyanatın nəticəsində prezidentin təyyarəsinin vurulacağı, sui-qəsd təşkil ediləcəyinə qədər məsələlər yaşanıb. Bəyanatda Surət Hüseynovla bağlı müəyyən məqamlar vardı.
"Surət Hüseynovun tabeliyində olan hərbi hissələrin Ağdərə istiqamətindən geri çəkməsiylə bağlı verdiyi əmr xəyanət idi"
- Xəyanət vardımı? - Xəyanət hələ Gəncə qiyamından öncə başlamışdı, Surət Hüseynovun 23 yanvar 1993-cü il tarixində tabeliyində olan hərbi hissələrin Ağdərə istiqamətindən geri çəkilməsiylə bağlı verdiyi əmr xəyanət idi. Qoşunların Sərsəng istiqamətindən geri çəkilməsi nəticəsində mövqelərimiz zəiflədi və bəzi ərazilər itirildi. Bəyanata gəldikdə, bu, dövlət rəhbərliyiylə müzakirə olunmalı və onların razılığıyla verilməliydi. Bəyanat Elçibəylə, yaxud Milli Məclisin sədriylə razılaşdırılmamışdı. - Siz bəyanatı təxribat hesab etmirsiniz? - Deməzdim təxribatdır, hər halda zamanı yanlış seçildiyindən problem yaratdı. Adı çəkilən şəxslərlə onsuz da problemlər vardı, o ziddiyyətlər bir az da dərinləşdi, müəyyən addımların atılmasında problemlər yaratdı.
“Heydər Əliyev Surət Hüseynova 15, Rövşən Cavadova 23 ay dözdü”
- Bugünlərdə keçmiş MTN zabiti İlham İsmayılın 90-cı illərlə bağlı gündəlikləri dərc olundu. Oxuduqca elə təəssürat yaranır ki, hakimiyyət daxilində proseslərə yanaşmada koordinasiya olmayıb. Bu barədə nə deyə bilərsiniz? - Tam şəkildə əlaqəsizlik vardı fikriylə razılaşmıram. Ancaq hakimiyyətə gələn qüvvə kimi AXC uzun zaman ərzində Azərbaycan ordusunda nəzarəti tam bərpa etməkdə çətinliklər yaşadı. Müdafiə Nazirliyində Rusiya təhsilli, həm də meylli zabitlər çoxluq təşkil edirdi, sabotajlar kifayət qədər idi. Bugündən həmin hadisələrə çox rahat baxmaq olur. Təbii ki, nöqsanlar vardı və mən bunun əksini iddia etməmişəm. Gəlin, bir şeyi nəzərə alaq, Azərbaycanda son 50 ilin ən təcrübəli dövlət adamı kim hesab edilir? - Heydər Əliyev. - Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrü xatırlayın. O, Surət Hüseynov və Rövşən Cavadovla nə qədər işlədi? 15 ay Surət Hüseynovla, 21 ay Rövşən Cavadovla işləmək məcburiyətində qaldı. Çünki bir sıra məsələlərin həllinə, öz gücünü toparlamağa və qüvvələr nisbətini dəyişməsi üçün zamana ehtiyacı vardı. Ona görə səbrlə dözdü və qarşısındakı əngəlləri aşdı. Amma AXC-yə zaman tanınmadı. İkinci, Heydər Əliyev həmin məsələləri nə zaman həll etdi? O zaman ki, atəşkəs sazişi imzalandı, müharibə dayandı, sabitlik yarandı, nəticədə hakimiyyətin diqqəti müharibəyə yox, daxili siyasətə yönəldi. - Ancaq AXC hakimiyyətinə, prezident Elçibəyə də atəşkəs sazişi barədə təkliflər olmuşdu. Məsələn, sizin xatırladığınız hadisə zamanı - ordumuz Xankəndinin 12 kilometrliyində olduğu vaxt atəşkəs təklif edildi, prezident isə rədd etdi... - O zaman atəşkəslə bağlı konkret təkliflər olmayıb, müəyyən müzakirələr olub. Ordumuz Xankəndinin 12 kilometrliyində olanda Ermənistan, yaxud Rusiya tərəfindən atəşi dayandırmaq təklif edilməyib. Sadəcə, müəyyən məqamlarda diplomatik kanallarla təklif olunub ki, bəlkə sülh danışıqları intensivləşsin? Güc strukturları isə təklif edib ki, yox, daha irəli gedək, mövqe üstünlüyü qazanaq.
- Tam da elə deyildi. Prezident nəzarət edirdi, amma güc strukturlarının mövqeyinin nədən ibərət olduğunu dedim. Orduya tam şəkildə nəzarət prosesi başa çatmamışdı. - Bəs kimin nəzarətindəydi? - Müdafiə Naziri Rəhim Qazıyevin nəzarətindəydi. - Sonra Rəhim Qazıyevin yerinə Dadaş Rzayev təyin edildi, o isə 4 iyun qiyamında hakimiyyətə qarşı çıxdı... - Dadaş Rzayev çox tənqid olunsa da, nazir kimi zəif görünsə də, ən azı, üzdə də olsa, əmrlərə tabe olan şəxs idi (qabiliyyəti və 4 iyun qiyamı zamanı mövqeyi ayrı müzakirə predmetidir). Ümumən, nazirlikdə qayda-qanun yaradılması prosesi gedirdi. Mart, aprel və may aylarında ordunun siyasi hakimiyyətə tabeçiliyi istiqamətində bir sıra addımlar atılmışdı. Dadaş Rzayevin zamanı fərqliydi, onda diplomatiya sahəsində addımlar intensivləşirdi. Həm BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbulu ilə bağlı intensiv iş aparılır, həm də Amerika, Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan formatı çərçivəsində sülh danışıqları gedirdi. 1993-cü ilin aprelindən diplomatiya fəaliyyəti intensivləşmişdi. Tofiq Qasımov müəyyən cəhdlər göstərirdi, amma Azərbaycan ordusu tam formalaşmış və bu gün gördüyümüz ordu deyildi. Ordunun böyük bir qismi könüllülərdən ibarət idi və bəzilərinin Müdafiə Nazirliyinə tabe etdirilməsi prosesi başa çatdırılmamışdı. Bu işlərin hamısı zaman aparırdı. Məsələ düyməni basmaqla həll olunmurdu. İnsan amili önəmliydi, xüsusilə hərəkatdan gəlmiş bir çox insanların silahlı qüvvələrdə nüfuzları vardı. Söhbət Etibar Məmmədovdan, Rəhim Qazıyevdən, İsgəndər Həmidovdan gedir. Döyüşə meylli, radikal dünyagörüşlü insanlar onlara simpatiya bəslədiyindən dəstəkləri daha çox idi. O zaman keçirilən rəy sorğularında Əbülfəz Elçibət 4, ya 5-ci yerdə olurdu. Sərt siyasətin tərəfdarları daha populyar idi. Siyasətdə bunlar nəzərə alınmalıdır. - Həmin formatda danışıqlar haqqında eşitmişəm, sadəcə detallarla tanış deyiləm. Bu haqda yalnız görüş iştirakçıları məlumat verə bilərlər. - Məsələ ondadır ki, iştirakçıların hər biri fərqli şeylər danışır... - Surət Hüseynov dəfələrlə prezidentlə görüşüb. Hətta AXC-nin məlum bəyanatından sonra da o, Bakıya gəlib prezidentlə görüşüb. - Elə o zaman qəti qərar qəbul edilə bilməzdimi? - Nə cür? - Etmək olardı. Gəncəyə onsuz da qüvvələr göndərilmişdi də.
“Prezidentin Surət Hüseynov barədə konkret göstərişi olub”
- 4 iyun qiyamından əvvəl İsgəndər Həmidov S.Hüseynovun yanına getmişdi. Ayağının altında qoyun kəsliib, barışıq elan olundu, bəs sonra nə oldu...? - O məsələni İsgəndər Həmidovdan soruşarsınız. Ancaq o, Surət Hüseynovu həbs etməyə getməmişdi. Bu, tamam başqa mövzudur. Konkret Surət Hüseynov haqda qərarı soruşursunuzsa, bu qərar 26 may 1993-cü ildə Müdafiə Komitəsinin toplantısında verilib. Yəni prezidentin konkret mövqeyi olub. - Əmr imzalanıb? - Müdafiə Komitəsində əmr, yaxud sərəncam verilmirdi. Orada alınan qərarlarda prezidentin Ali Baş Komandan kimi mövqeyi əsas götürülürdü. 1993-cü ilin aprel-may aylarında dövlət komissiyası Müdafiə Nazirliyinin hərbi hissələrində yoxlamalar apardı. Komissiya kifayət qədər yaxşı raport hazırlamışdı və Dövlət Katibi Əli Kərimovun həm Müdafiə Komitəsində, həm də prezident yanında keçirilən müşavirədə bununla bağlı geniş məruzəsi oldu. Komissiyanın yoxlamalarının nəticəsi göstərdi ki, iki hərbi hissə Müdafiə Nazirliyinə tabe olmaq istəmir. Birincisi Füzuli rayonunda “Yapon” ləqəbli şəxsin batalyonu idi (o məsələ çox qısa müddətdə həll olundu), ikincisi də Gəncədə Eldar Əliyevin komandiri olduğu və Surət Hüseynova bağlı 709 saylı hərbi hissəydi. Müdafiə Komitəsində bu məsələnin müzakirəsi zamanı müxtəlif fikirlər səslənib, amma ümumi qərar belə olub ki, məsələ bitməlidir. - Necə bitməlidir? - 709 saylı hərbi hissə Müdafiə Nazirliyinə tabe edilməlidir. Bu, yekdil fikir olub. Prezident çıxışında deyib ki, Azərbaycan dövlətinə qarşı çıxan qardaşım olsa belə, cəzalanmalıdır. Surət Hüseynov və ona tabe olan hərbi hissə Azərbaycan dövlətinə tabe olmayacaqsa, ya həbs, ya da məhv edilməlidir. Konkret göstəriş olub. - Artıq 4 iyun qiyamının ildönümüdür, siz də söhbəti o istiqamətə yönəltdiniz. Son cümlənizdən çıxış edib soruşuram: prezident göstərişin yerinə yetirilməsini kimə tapşırdı? - Problem Müdafiə Nazirliyinin strukturlarında olduğu üçün bunu onlar həll etməli idi. Digər qüvvələrin bu prosesə cəlb edilməsi və s. məsələlər haqqında işin içində birbaşa olanlar daha ətraflı məlumat verə bilərlər. Fövqəladə vəziyyət rejiminə uyğun olaraq may ayından Gəncədə polis qüvvələrinin sayı artırılmışdı, asayişin bərpası istiqamətində müəyyən addımlar atılırdı. Sadəcə 4 iyunda əməliyyat uğursuz aparıldı. - Əməliyyata kim rəhbərlik edirdi?
(əvvəli bu linkdə: "Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı") |
||
|
||
“Elçibəyi, tənqid, edənlərin, əksəriyyəti, vəzifədə, özlərini, doğrultmayan, uğursuzlardır”, |
|