The document has moved here.
|
||
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur" | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Son zamanlar Azərbaycanda ictimai sektorun leksikonuna ironiya yüklü təzə bir ifadə daxil olub- “əsl islam bu deyil”. Hazırda dünyanın müxtəlif bölgələrində baş verən terror aksiyalarının ardından çıxan terrorçuların, az qala, hamısı islam dinini bayraq edənlərdir. Müxtəlif məzhəblərin, zorakılığı təbliğ edən ideologiyaların təmsilçiləri “islam naminə edirik” deyirlər. Bəs əsl islam nədi, nə deyir? Müsahibimiz ilahiyyatçı alim, dossent Şahin Əhmədoğlu ilə müsahibəmiz də bu barədədir.
- Uşaqlıq illərim Sovetlərin son dövrlərinə təsadüf edir. Mərhum babam Molla Musa bölgəmizin tanınmış və savadlı alimlərindən idi. O, Sovetlərin ən sərt vaxtlarında belə dini öyrənmiş və bu dinin təbliğatını aparmışdı. Mənim də dinlə tanışlığım balaca vaxtlarımdan babamın Quranı öyrətməsiylə başlamışdı. Heyif ki, babamdan kifayət qədər elm öyrənmədən dünyadan köçdü. Ondan sonra özüm din haqqında məlumatlar axtarmağa və oxumağa başladım. Bu ərəfədə öz-özümə suallar verir, cavablarını tapmağa çalışırdım. Məsələn soruşurdum ki niyə din var, niyə müsəlmanların onlarca məzhəbi var, bunların səbəbləri nədi? Tək bir məzhəb olsaydı, olmazdımı? O dövrlərdə xəbərlər programında - siyasi icmal qismində Qabil Hüseynli daha çox şərhlər verirdi- həmişə Orta Şərqdəki münaqişələrdən bəhs edirdi. Diqqətimi xüsusilə o çəkirdi ki, niyə Orta Şərqdə bu qədər münaqişə var? Böyüdükcə, məlumatlandıqca bunların səbəblərini daha dərindən başa düşürdüm. Ancaq suallarımın hamısına cavab tapa bilmirdim. Buna gorə də ilahiyat elmləri haqqında daha dərindən biliyə sahib olmaq istəyim hər keçən gün artırdı. Elə oldu ki, Azərbaycan Türkiyə universitetlərinə tələbə göndərməyə başladı. Həyatımın dönüm nöqtəsi də bu tarixdən başlamış oldu. Bu minvalla da 1992-ci ildə Böyük Tələbə Proyekti çərçivəsində keçirilən qəbul imtahanlarında Ankara Universiteti İlahiyat Fakultəsinə daxil oldum və bu sahədə ilk elmi biliklərə yiyələnməyə başladım. Onu da deyim ki,
"Məzhəblər modern dövrümüzün partiyalarıdır"
- Məktəbdə Qədim dünya Tarixi dərsliyində ibtidai formada dinin konkret yaranma səbəbi göstərilir- ibtdai insanın qorxuları onu məcbur eləyirdi ki, izah eləyə bilmədiyi təbiət hadisələrini fövqəl qüvvələrə şamil eləsin. Bəs necə oldu ki, dünya inkişaf edəndən, hər şeyin elmi səbəbi tapılandan sonra (ya da tapılması asanlaşanda) dinlər də böyüdülər, gücləndilər?
"Dinsiz insanlar ola bilər, ancaq dinsiz cəmiyyətlər yoxdur"
- XXI əsrdə dinin yeri hardadı? - Din həm siyasi, həm də sosial həyatımızın mərkəzində yer alır. Yuxarıda da ifadə etdiyim kimi, elm və texnologiya bu qədər inkişaf edir, ancaq insanlar dinlərindən vaz keçmirlər. Bunun bir izahı olmalı deyilmi? Bunu bəsit misallarla, ya da elmi-məntiqi izahı olmadan açıqlamaq mümkündürmü? Din insan həyatını tənzim edən bir sistemdir. Bunu dünyanın gəlmiş- keçmiş ən böyük alimləri belə etiraf edir. Bir iki nəfərin inancsız olması həqiqəti dəyişdirməz. Bir başqa ifadəylə “Günəşi palçıqla suvamaq olmaz”. İstər Qərb istər, Şərq cəmiyyətlərində dinə olan tələbat günü gündən artır. Çünki din fitridir, bu insanın yaradılışında var. Bir də dinsiz insanlar ola bilər, ancaq dinsiz cəmiyyətlər yoxdur.
"Din insan həyatını tənzim edən bir sistemdir"
"İslam inanc sisteminin mərkəzində insan var"
- Həmin statusunuz bir müsahibəyə reaksiya idi anladığım qədərilə. Jurnalist Vüsal Məmmədov müsahibəsində dinlər, konkret İslam dini, onun kitabı haqqında çox sərt danışsa da, həqiqətləri deyib. Həqiqət necə fəsad yarada bilər? Bilirsiniz, ən sərt tənqidləri səsləndirmək olar. İnandığınızı da, inanmadığınızı da ifadə edə bilərsiniz. Ancaq bu dediklərinin cəmiyyətə hansı faydasının olub-olmadığını da düşünmək lazımdır. Məşhur bir kəlam var. “Söz ağzından çıxana qədər sən onun ağası, ağızdan çıxandan sonra onun köləsi olursan”. Dini duygular min illərdir insanların həyatlarını, məişətlərini tənzimləyir. İstər FB-dəki statuslarım, istər də köşə yazılarım, konfranslarım və dərs dediyim auditoriyada öz tənqidi fikirlərimi ardıcıllıqa davam etdirirəm. Çünkü elm adamı yanlışları müəyyən edəcək, görəcək, sonra onları dilə gətirəcək və həlli yollarını göstərəcək. Bir böyüyümüzün məşhur deyimiylə, “Əvvəlcə haqqın nə olduğunu biləcəksən, ancaq bu kifayət deyil. Sonra onu dilə gətirəcəksən, bu da kifayət deyil. Sonra da onu müdafiə edəcəksən”. Cəmiyyəti və onun dünya görüşünü tənqid edərkən də bu prizmadan yanaşmaq lazımdır. Daha dəqiq ifadə edim, yıxıcı, yaralayıcı tənqid deyil, yaradıcı, sağlamlaşdırıcı və bərpaedici tənqid ən doğru metoddur.
"Müsəlmanlar oxumursa, bunun səbəbkarının İslam və ya onun kitabı Quran olduğunu söyləyə bilərikmi?"
İslamın elmdən uzaq bir din olduğunu ifadə etmək isə cahillikdir. Çünkü Quranda onlarca ayətdə elmlə əlaqədar məlumatlar yer alır. Bunlar yer kürəsi, günəş, ay, ulduzlar, dağlar, təbiət, insan və insanın yaradalışı kimi mövzuları əhatə edir. İslamla elmin əlaqəsinin olmadığını söyləyənlər zəhmət çəkib bu ayətlərə diqqət yetirsinlər.
"İslamın elmdən uzaq bir din olduğunu ifadə etmək cahillikdir"
- Bu gün bütün dünya bir kənara, konkret Azərbaycanda din pərdəsi adı altında xalqı köləliyə, itaətə alışdırmaq istəyənlər var- özləri də elə-belə adamlar deyil. Adlarının qarşısında alim, professor titulları olan adamlar... - Tanrı insanı hürr, azad və müstəqil yaradıb. Çünkü inanmaq və hesabat vermək üçün hürriyət lazımdır. Azərbaycandakı təməl problemlərdən biri ki, -mən bu məsələni müxtəlif vasitələrlə dəfələrlə ifadə etmişəm- din sahəsindəki boşluqdur. Əhalisinin əksəriyyəti müsəlman olan bir ölkədə bir-iki fakultə xaric, din tədrisinin olmaması böyük bir problem olaraq qalmaqda davam edir. Belə olan halda insanımız din haqqındakı məlumatları necə əldə edəcək? Din sahəsində mütəxəssislərin olduğu söylənsə də, onlardan kifayət qədər istifadə edilmir. İstər Qafqaz Ruhani İdarəsi, istər Din İşləri üzrə Dövlət Komitəsinin dinin tədris edilməsi ilə əlaqədar hər hansı konseptual bir programının olduğunu söyləmək çətindir. Unutmamaq lazımdır ki, hürr insanı kölələşdirmək mümkün deyil. Kölələşdirmək üçün insanları cahil qoymaq lazımdır. Son illərdə təhsil sahəsindəki düşüşün -bunu rəsmi qurumlarımız özləri də etiraf edirlər- buna istiqamətləndiyini söyləmək mümkündür. Buna əlavə olaraq elm azad olmayandan sonra insanların adlarının qarşısında alim, professor, akademik yazılmasının heçbir mənası yoxdur. Məşhur “Qabusnamə”dən elmlə bağlı bir hissəni paylaşmaq istərdim. Bu, islam mədəniyyətində elmə verilən əhəmiyyətin dərk edilməsi nöqteyi- nəzərindən düşündürücüdür: “Oğul! .... ən böyük elm din elmidir, çünkü onun əsası Tanrı, törəməsi qoyduğu qanunlar, səmərəsi isə dünya malıdır. Deməli, ey oğul, bacardıqca din elminə də yiyələnməyə çalış. Müvəffəq olsan, əvvəlcə dinin əsaslarını öyrən, sonra isə törəmələrinə keç, çünkü əsası bilmədən törəməyə keçmək, əsli bilmədən fər’ə keçmək təqlid hesab olunur”. |
||
|
||
"Elm, azad, olmayanda, adların, qarşısında, professor,, akademik, yazılmasının, mənası, yoxdur", |
|