Xəbər haqqında
06 Dekabr 2017 - Çərşənbə 20:09 89 nəfər oxuyub
 
Elmar Məmmədyarovun Vyanada həmsədrlərlə görüşü başlayıb
DÜNYA Xəbəri
Elmar Məmmədyarovun Vyanada həmsədrlərlə görüşü başlayıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Vyanada həmsədrlərlə görüşü başlayıb.


 
Xeber365.com bildirir i, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.


 
Görüşə ATƏT-in Minsk qrupu həmsədrləri - amerikalı Endryu Şofer, fransalı Stefan Viskonti, rusiyalı İqor Popov və ATƏT-in fəaliyyətə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də qatılıb.


 
Nazir həmsədrlərlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edir.  H.Hacıyev bildirib ki, Azərbaycan substantiv danışıqlar vasitəsi ilə ATƏT-in Minsk qrupu həmsədrləri ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcək.


 
Bu gün E. Məmmədyarovun Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla da görüşü nəzərdə tutulur.

 

Mənbə: Müəllif: XƏBƏR365
Elmar, Məmmədyarovun, Vyanada, həmsədrlərlə, görüşü, başlayıb, , ,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı