Xəbər haqqında
12 Noyabr 2017 - Bazar 15:25 161 nəfər oxuyub
 
Erməni millət vəkilləri Bakıya niyə gəlir?
GÜNDƏM Xəbəri
Erməni millət vəkilləri Bakıya niyə gəlir?

2018-ci ilin martında Bakıda AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin iclası keçiriləcək.

 

Virtualaz.org-un məlumatına görə, iclasa Ermənistandan olan nümayəndə heyəti də qatılacaq. Daha dəqiq desək, iclasda Ermənistanı bu ölkənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri və parlamentin vitse-prezidenti Arpine Hovhannisyan və Avropa İnteqrasiya məsələləri üzrə komissiyanın sədri Naira Zohrabyan təmsil edəcəklər.

 

Xatırladaq ki, bu, erməni millət vəkillərinin Bakıya ilk gəlişi deyil. Belə ki, Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və millət vəkili Mane Tandilyan da iki ay əvvəl Azərbaycan paytaxtında olmuşdular. Onlar Bakıda keçirilən "Avronest" Parlament Assambleyasının iclasında iştirak etmişdilər.

Mənbə: Müəllif:
Erməni, millət, vəkilləri, Bakıya, niyə, gəlir?,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı