Xəbər haqqında
13 Noyabr 2017 - Bazar ertəsi 10:00 68 nəfər oxuyub
 
Ermənilər bu gecə də atəşkəsi pozdular
GÜNDƏM Xəbəri
Ermənilər bu gecə də atəşkəsi pozdular

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 126 dəfə pozub.

 

 

Xeber365.com Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinə istinadla bildirir ki, Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Vazaşen, Noyemberyan rayonunun Dovex kəndlərində və adsız yüksəkliklərdə, yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Koxanəbi, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

 


Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Nəmirli, Şuraabad, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

 

Mənbə: Müəllif:
Ermənilər, bu, gecə, də, atəşkəsi, pozdular,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı