The document has moved here.
|
||
Ermənilərdən gülünc iddia | ||
- Xəbəri | ||
![]() |
||
|
||
Dünya miqyasında tanınan “The lancet” tibb jurnalında ermənilərin ağlasığmaz iddiasına həsr olunmuş məqalə dərc edilib.
“Xəbər365”in məlumatına görə, 4 erməninin müəllifi olduğu məqalədə Azərbaycana qarşı gülünc iddia irəli sürülüb. Qeyd edilib ki, Ermənistanda ilk COVID-19 hadisəsi 2020-ci il martın əvvəlində qeydə alındı və 16 martda ölkə fövqəladə vəziyyət elan edilib. II Qarabağ müharibəsi başlayanadək virusun yayılmasını nəzarətdə saxlamaq mümkün olub. Sentyabrın 26-da ölkə üzrə 328 yoluxma qeydə alınıb. Ermənilər iddia edir ki, savaş başlayandan sonra virusun yayılması da nəzarətdən çıxıb. Müharibə başlayandan indiyədək yoluxanların sayı 8 dəfə artıb.
Məqalədə Qarabağın da tarixən ermənilərin (?) yaşadığı bölgə olduğuna diqqət çəkilib.
Qeyd edək ki, Azərbaycan Yüksəliş Partiyası Təşəbbüs Qrupunun üzvü Anar Əsədli bununla bağlı özünün “Facebook” səhifəsində paylaşım edib.
“Bu məqalə yüksək səviyyəli beynəlxalq tibb jurnalında çap olunub.
Məqalədə ermənilər Azərbaycan tərəfini Ermənistanda COVID-19-un sürətlə yayılmasında günahkar bilirlər. Var gücləriylə bütün ağlagəlməz sahələrdə bizə qarşı mübarizə aparırlar. Biz əsgərimizin igidliyi və canı bahasına döyüş meydanında qazandığı qalibiyyəti ilə iftixar hissi keçiririk. Lakin bu, o demək deyil ki, erməniləri xəfifə almalıyıq. Qətiyyən elə düşünməyək ki, darmadağın olmuş mənfur düşmən sakit durur. Ona görə də yollar axtarmalıyıq, nüfuzlu beynəlxalq jurnallarda, verilişlərdə , konfranslarda ciddi, tutarlı faktlarla çıxış etməliyik, ölkəmizə, işğaldan azad olunmuş şəhərlərə qarşı edilmiş vandalizm, soyqırımı, maddi və mənəvi ziyan haqqında geniş təbliğat aparmalıyıq. Meydan boş qala bilməz...”
https://www.thelancet.com/journals/langlo/article/PIIS2214-109X(20)30510-6/fulltext?fbclid=IwAR2OtME-CyhETMHNgVrCnrbQA8-yIMDX-RPFaO4THcNP2rS9kzWOLvYJYzI |
||
|
||
Ermənilərdən, gülünc, iddia, |
|