301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
04 May 2017 - Cümə axşamı 11:10 3051 nəfər oxuyub
 
“Ermənistan bayrağı altında Azərbaycan mahnısı səslənəndə təəccüblənməyin”
Prof . Qafar Çaxmaqlı
BAXIŞ Xəbəri
“Ermənistan bayrağı altında Azərbaycan mahnısı səslənəndə təəccüblənməyin”

Bunu hər birimiz bilirik, ermənilər bizim maddi-mədəni abidələrimizə, musiqimizə sahib çxmaqda ustadırlar. Özü də bunu yalnız günümüzdə etmirlər.  Yüz illər boyunca bu rəzilliyi törətmişlər. Nə qədər ifşa edilsələr də, oğurluq üstündə tutulsalar da,  yenə bu işi davam etdirməkdədirlər.

 

Ermənilərin  Türk və Azərbaycan musiqi əsərlərini özününküləşdirməsi və onların melodiyaları və mahnı mətnləri ilə öz halal-hümmət malları kimi davaranmaları  ilə bağlı  Ermənistanda bir video yayılmışdı, orada ermənilərin özləri də etiraf edir və deyirdilər ki, Azərbaycan və Türk mahnıları erməni səhnəsini o qədər “işğal” edib ki, bütün toy və şənliklərdə  türk mahnıları oxunur. Ermənicə olan bu videoda nələr söyləndiyini, orada oxunan Türk-Azərbaycan mahnıları ilə bağlı yorumları tərcümə edərək keçən il bunu məndən xahiş edən Lalə Nəcəfova adlı xanıma  göndərdim. (qısa formasını dinləyə, izləyə bilərsiniz bilərsiniz – https://www.youtube.com/watch?v=jQ0Ro8fKzXQ )

 

 

 

Bu, ermənilərin çoxsaylı  etiraflarından yalnız biri  idi. Və aparıcı sonda bu qənaətə gəlirdi ki, zaman gələcək Ermənistan bayrağı altında beynəlxalq festivallarda Azərbaycan mahnıları səslənəcək, onda təəccüblənməyin! “Ermənistanda estrada müğənniləri olduqca azdır. Bunların qarşısı alınmasa bir gün o da ola bilər ki,  beynəlxalq səhnələrdə Ermənistan bayrağı altında Azərbaycan mahnısı səslənə bilər.  Özü də bizimkilərin ifasında”. Bunu mən demirəm, “Azdarar” saytının aparıcıları Nikolay Melikyan və  Hakop Azadyan adlı ermənilər deyir... Əlbəttə, bu videonun ortaya çıxması və özü də məhz ermənilər tərəfindən piyasaya sürülməsi Ülfət Pənahov adlı bu oğurluqlara dözməyən  vətənsevəri daha ciddi axtarışlara sövq etmişdi və onlar bir “Aman tello” adlı bir ifşa video-roliki yaymışdılar və  bilirsiniz nə qədər oğurluq aşkar etmişdilər? Yüzlərcə. Amma erməni oğurluğunun sərhədi yoxdu. Və bu filmlə kifayətlənmək olmazdı. Bunlar daha ciddi araşdırma gərəkdirirdi.  

 

Bəli, bir qrup azərbaycanlı vətənpərvər  virtual məkanda ermənilərin saxtakarlıqlarını,  onların bizim maddi mədəniyyət abidələrimizi  öz adlarına çıxmalarını, sözün müstəqim mənasında, oğurluqlarını ifşa etmək üçün birləşmişdilər.  Bu vətənsevər insanlar  həyatda  bir-birlərini tanımasalar da, “Azərbaycan teluları” adlı  virtual qrup da yaratmışdılar. Bu qrupun üzvlərindən biri də dediyim Ülfət Pənahovdu.  Ülfət bəyin və onun dostlarının nə qədər faydalı iş gördüyü, əlbəttə, məni də maraqlandırdı.  Ülfət bəylə telefonlaşıb Bakıda bir araya gəldik. Özü həkimdir, amma belə demək mümkünsə, virtual “ideoloji cəbhədə” çalışmağı hər şeydən üstün tutur, bu fəaliyyəti özünün həyat kredosuna çevirib və millətimizin haqlı davasına yardım üçün  nəsə etmək istəyir. Edir də! Mən bütün bunların fərqinə vararaq Ülfət Pənahov və arkadaşlarının nə qədər gərəkli bir yolda olduğunu gördüm və sevindim ki, millətimizin belə təmənnasız işlər görən övladları var. Mənə göndərilən və tərcüməsi istənən video-rolikdə ermənilər xalq mahnısı demir, estrada, bəstəkar əsərlərini... nə gəlir öz dillərinə çevirib oxuyur və “ermənicə şənlənirlər”. Bu videoda ermənilərin narahatlığı bir də  ondan ibarət idi ki, onların musiqi adına heç bir şeyi yoxdur, hər şey Türklərə, yəni bizlərə  aiddir.  Onlardan biri olan “Aman Tello” xalq mahnısı idi ki, onu da öz adlarına çıxmağa çaılışırdılar. Baxın bu videoda erməni oğurluğu nə səviyyədədir:  https://www.youtube.com/watch?v=KnQ4nKgpcfE

 

 

 

Bunları da, yəni bu videonun içindəkiləri   nə mən  deyirəm, nə də  Lalə xanım, Ülfət Pənahov deyirdi, bunlar Ermənistanın ən məşhur  bəstəkar və sənət adamlarının  yazdıqları və kitablara, arxivlərə keçən fikirləridir, nota alınmış xalq və bəstəkar musiqiləridir. Bir deyil, iki deyil, yüzlərcədir.  O da təsdiq edirdi ki, yalnız bu gün deyil, elə həmişə,  bütün dövrlərdə bu millətin işi-gücü oğurluq olub.

 

...Ülfət bəylə təmasda olduğumuz yay günlərinin birində hazırlamaqda olduğum “Erməni cinayətləri ermənilərin dilindən”  filminə də Ülfət Pənahov başda olmaqla bu qrup xüsusi qayğı ilə yanaşmaları məni çox məmnun etdi  və rus dilində müəllifi olduğum bu film (https://www.youtube.com/watch?v=TRPtnmbRkF0) ortaya çıxdı. İndi ermənilər yutubda bizim ünvanımıza ağızlarına gələni yazırlar: söyüşlər, təhqirlər.  Buna da normal baxdım. Çünki bütün bu erməni hücumları o demək idi ki, oxumuz hədəfə dəymişdi. Biz bu filmdə onların iki əsrdən çox bir müddətdə həyata keçirdikləri oğurluq üsullarını  heç birini tətbiq etməmişik. Ermənilərin özlərinin dilindən özlərini ifşa etmək yolunu tutmuşduq.  Əlbəttə, ermənilər filmlə bağlı özlərinin antiazərbaycan, antitürk mövqelərini ortaya qoymuşdular. Amma burada verilən fikirləri təkzib edən, onun qeyri-dəqiq olduğunu isbatlayan heç bir fakt ortaya qoya bilmədilər.  Bilməzlər də. Çünki filmdə ermənilərin, həqiqətən, cinayətkar olduğunu biz yox, özləri deyirdilər. Kaçaznuni deyirdi, Ter-Petrosyan deyirdi, Vahe Avetyan deyirdi, Georgi Vanyan deyirdi... Bu gün həmin filmə 25.000 adam baxıb. Demək, hədəfimizə ulaşmışıq.

 

Bir gün onunla Axundov kitabxanasına getdik, mənim heç vaxt təsəvvür etməyəcəyim materiallara rast gəldik. Özü də ermənilərin özlərinin öz dillərində və rusca yazdıqları kitablarda, məqalələrdə... Həmin materiallar “Azərbaycan teluları”nın indi haqqında bəhs edəcəyim ciddi bir araşdırmasının ortaya çıxmasına səbəb oldu. Budur həmin film. Artıq ortadadır. Baxın.

 

“Предыстория армянской народной музыки или очередное разоблачение армянской лжи”. (“Erməni xalq musiqisinin tarixçəsi və erməni yalanının növbəti ifşası” – http://aze.az/ocherednoe-razoblachenie-armyanskoy-lzhi-o-narodnoy.html ) Bu ifşa bizlərə aid deyil, ermənilərin özlərinə aiddir. Bu gün Ülfət Pənahov və onun virtual məkandakı dostlarının ortaya qoyduqları yeni film tədqiqati və elmi baxımdan çox dəyərlidir, başdan ayağa faktoloji materiallara əsaslanır.  Əlbəttə, mən bir yazıda bunları sıralamaq və onlardan bəhs etmək çox vaxt aparardı. Amma onlardan bir neçəsini diqqətinizə çatdırmaq gərəkliliyi duyuram. Hələ 1870-ci ildən başlayaraq erməni musiqi xadimləri Amatuni S.,  Kristofor Kara-Murza, Nikolay Tiqranyan, Armen Tiqranyan, Aram Koçaryan, Muşeğ Ağayan, Komitas və  başqaları Azərbaycan, Türk, Kürd xalq mahnılarını toplamaqla və  və 1913-cü ildən bu yana isə audio-yazı cihazlarının köməyi ilə yazdırmağa başlamışlar Bu  materiallar 1925-ci ildə artıq Sovet İttifaqı zamanlarında Yerevanda yaradılan Elm və Sənət İnstitutunda  toplanmış və xalq musiqisi və folklorunun öyrənilməsinə həsr olunmuş xüsusi bir qrup  bunları incələmişdi.

 

Əvvəlcə ermənilər Azərbaycan mahnılarını orijinaldan  ifa etməyə başlamışlar. Zaman içərisində onları "Erməni xalq mahnıları" adlı  kitabda toplamışlar, daha sonra "Erməni xalq rəqsləri"adı altında nota almışlar, sonra öz kitablarına daxil etmişlər. Onu da deyək ki, bu oğurluqlar içərisində kürd və fars musiqi örnəkləri də var.

 

Sovet hakimiyyətinin ilk illərində ermənilərin əsas məqsədi indiki Ermənistan torpaqlarında oxunan xalq mahnıları və qədim rəqs musiqisini öyrənmək idi. Başqa sözlə, bu dəyərli əsərləri erməniləşdirmək idi. Bunlara başçılıq edən şəxs erməni klassik musiqisinin banisi Komitasın şagirdi Spirodon Melikyan idi. Özü də bir yazısında etiraf edir ki, erməni xalqı olaraq bizim heç nəyimiz yoxdur. Amma bunların çox zəngin xalq sənəti var. Belə çıxır ki, onları çırpışdırıb ermənilərə aid etmək olar. Maraqlıdır ki, bu erməni kültürəl vandalizminə Sovet hökuməti tərəfindən heç bir reaksiya olmamışdı. Bəs Azərbaycandan necə? Sənət adamlarının tək-tük etirazlarını nəzərə almasaq, reaksiya sıfırdır.

 

Ülfət Pənahov və onun dostlarının dəyəri ondadır ki son 100-150 il boyunca heç bir reaksiya vermədiyimiz məsələlərə diqqət çəkilmiş və erməni vandalizmi ifşa edilmişdi. Dəlillərlə, faktlarla, sənədlərlə, ermənilərin yazdıqları kitablardan alıntılarla.  Bu erməni etiraflarından bir neçəsini diqqətinizə çatdırmaq istəyirəm.

 

 “... Lakin bizim melodiyalar ən çox türklərin musiqisindən  götürülüb. Mən ermənilərin yaşadıqları çox yerlərdə oldum. Həmişə mən sırf ermənilərdən bir şey eşitməyə çalışırdım. Təəssüf ki, bu günə qədər belə bir şeyi  eşitmək mənə müyəssər olmadı!” – Mikael Nalbandyan (erməni yazıçı və tənqidçisi). «О древних стихах и напевах». Полн. собр. соч., 1 т. (“ Qədim şeirlər və melodiyalar haqqında”  Əsərlərinin Tam külliyyatı. cit. 1).

 

Ts.G.Brutyanın “Komitasın estetik düşüncəsinin xarakteristikası” məqaləsi “Ermənistan SSR Elmlər Akademiyasının  Xəbərləri”nin 10 sayında 1953-də dərc olunub.  “Komitas kürdcə, türkcə və digər xalq mahnılarını yazırdı və  bu da sübut edirdi ki, o,  bu xalqların  yaradıcılığını dərindən  öyrənir və onları  yüksək qiymətləndirirdi”. Daha sonra məlum olacaqdı ki, əsərlərini də bu musiqilərin “təsiri altında” bəstələyirdi.

Filmdə oğurluq tarixçəsi XIX əsrrin ortalarından başlanan bu cinayətin bəzi məqamları  ilə bağlı önəmli mənbələr verilib.

 

Məsələn, rus tarixçi Nikolay Dubrovin özünün  1871-ci ildə yazdığı    “Qafqazda yaşayan və məskunlaşan xalqlarla bağlı oçerklər”əsərində erməni toyunu təsvir edir: “Yerə döşənmiş xalçaların üstünə ayaqlarını uzadaraq musiqiyə qulaq asırdılar. İki müğənni və skripkaçı  fasiləsiz tatar və fars mahnılarını ifa edirdilər”.

 

Daha bir erməni toyu. Bu dəfə Elizavetpol quberniyasında. Ermənilər yenə Azərbaycan və fars mahnıları oxuyur, Azərbaycan rəqsi “Qarabağ”ı və ləzginkanı oynayırdılar (Dubrovin N. F. "Кавказский календарь"( “Qafqaz təqvimi”) 1953- səh.363).

 

Erməni aşıq Arşak Sarkisyan və bəstəkar Aram Koçaryan və Muşeğ Ağayan Azərbaycan və Türkiyə mahnılarının toplanıb nota alınması işində mühüm rol oynadıqlarını qeyd edilməkdədir. Erməni alimi Srpuhi Lisitsiyan 1958-ci ildə çap etdirdiyi “Qədim rəqslər və erməni xalqının teatr tamaşaları” kitabında, Arşak Sarkisyan Türkiyə ərazisində Azərbaycanlıların, qarapapaqların, Ahıska Türklərini yaşadığı Eleşkirtdə  Azərbaycan və türk mahnıları toplanıb.  O yazır ki, Aram Koçaryan və Muşeğ Ağayan onlara  nota almışdır. Azərbaycan mahnıları – “Uzun Boylu qazax gəlin”, “Dəydi sinəmə Sevdiyim”, “Dəvələr qatar gələr”, “Müslüm oğlan”, “Yenə lal oldum”, “Tənzərə”.  Bu Azərbaycan xalq mahnıları və rəqsləri erməniləşdirilir...

 

Bu çalışmada yüzlərcə belə fakt var. Baxın, yayın! Erməni saxtakarlıqlarını ifşa edin...

 

Erməni oğurluğu  bu gün də davam edir, onların aşkara çıxarılması da göstərir ki, bu cinayətlər genetikdir, ənənəvi hal alıb. Hazırlanan bu filmdə olduqca bol material var ki, erməniləri özlərinin yazdıqları ilə ifşa etmək mümkündür.  Bu çalışma gərgin əməyin, yuxusuz gecələrin və Vətənin təəssübü üçün döyünən ürəklərin nəticəsidir. Bu oğrunu cinayət başında yaxalamaq qədər əhəmiyyətlidir.

 

 

 

 

Mənbə: Müəllif:
“Ermənistan, bayrağı, altında, Azərbaycan, mahnısı, səslənəndə, təəccüblənməyin”,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
“Qərb mediası Azərbaycan daxilində adam axtarır ki, hakimiyyəti söysün"
Anar Əsədli: “Danışıqlardan ciddi heç nə gözləmirəm”
Bizə sülh(məramlılar) lazımdırmı?
"Biz heç vaxt torpaqlarımızdan vaz keçməyəcəyik"
Türkiyəli ekspertlər: Beynəlxalq qurumlar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına qanunsuz yerləşdirməsini şiddətlə qınamalıdır
Azərbaycanlılar öz xalqı və dövləti üçün nə vaxt yaşamağa başlayacaq?
Sıradan çıxan əyləc
Ramiz Mehdiyev tək günahkardırmı?
Hacıbala Abutalıbov Ramiz Mehdiyevi xəyanətdə suçladı
15 sutkalıq bumeranqlar
Dərslər necə keçirilməlidir?
Tramp Ərdoğanı, Putini, Tzinpini və Kim Çen Inı “dünya səviyyəli şahmatçı” adlandırıb
Növbədənkənar prezident seçkisinə nədən ehtiyac yarandı? - EKSPERT
Rəsulzadənin Çağdaş Azərbaycan Tarixi əsərinin təhlili
Rəsulzadə həyatla vidalaşdı, amma inam onu tərk etmədi - Elçin Əfəndiyev
Dilimiz təkcə Azərbaycan Respublikasının yox, 50 milyonluq Azərbaycan xalqının milli dilidir - Arif Rəhimoğlu
Afrinin əhəmiyyəti nədən ibarətdir?
20 Yanvar - Türkün dirilişidir!
Tofiq Zülfüqarov: Rusiya seçim etməlidir, ya Azərbaycan, ya da Ermənistan
Dilçi alim AMEA-nın orfoqrafik səhvlərini üzə çıxartdı
Rusiya o qədər irəliyə gedib ki...
İranda ərəb baharı?
Manatın devalvasiyası kimə sərf edir? - ŞƏRH
Kimsə iki dövlət qurumunu üz-üzə qoymaq istəyir - Ekologiya və Təbii Sərvətlər Nazirliyi
FHN alpinistlərin axtarışını tamamilə öz nəzarətinə alsın - Təklif
O taylı-bu taylı millətin birləşmək istəyinin nişanı - Həmrəylik Günü
Hər ilin öz oyun qaydaları var – Bəs it ilinin qaydaları?
Bizə ilk addımda həmrəylik gərək - Elçibəyin Azərbaycan türkünə müraciəti
İndi hansı bank bağlanacaq?
Ərəb ölkələri Türkiyəyə qarşı birləşərsə, regionu nə gözləyir? - ŞƏRH
Minimum əmək haqqı - Bir saatı 81 qəpiyə işləyəcəyik?
Nazirlər Kabinetinin son qərarı benzinin qiymətini artıracaqmı?
“ƏMƏK” ordenlərinin görünməyən qəhrəmanları
Saytların daldan atdığı daş - Bu, medianın özünə vurduğu zərbə deyilmi?
Dünya Bankının qərarı Azərbaycandakı layihələrinə mənfi təsir göstərməyəcək- ŞƏRH
Doğrudanmı, ən pis azərbaycanlı Əkrəm Əylislidir? - Fazil Mustafa
Yazdığım statusun Müsavata heç bir dəxli yoxdur - Alya Yaqublu
Rusiya Ermənistana Naxçıvandan zərbə vura bilər - Ermənilər narahatlıq içində
Manat FED-in qərarından sığortalana bilməyəcək
İkitaylı Azərbaycanın bütövlüyü üçün ən böyük şans o gün yaranmışdı – 21 Azər
Azərbaycan Qüds məsələsində kimin yanında dayanmalıdır?
Heydər Əliyev ömrünü Türkiyə sevdalısı olaraq keçirmiş liderdir
Tehrandan Xankəndinə yol gedirmi?
Yaxın Şərq ölkələri hədəfdə - Amma əvvəlcə İran...
Bu günə toxunmaq ədəbsizliyinə kimsədə cürət olardımı? - Üzeyir Hacıbəylinin məqaləsi
Nazir təyinatı: Hökumətdaxili yerdəyişmə, yoxsa seçkiyə hazırlıq?
Özünü damdan atmaq da olar, yandırmaq da... Hikmət Hacızadə
Kamal Abdulla, Məleykə Abbaszadə, Hamlet İsaxanlı... - Yeni təhsil naziri kim olsun?
Türk generallarının Bakıya səfərləri nə ilə bağlıdır? - ŞƏRH
Saakaşvili taleyi ilə barışmalıdır - ŞƏRH
Gürcüstana gedən xəstələr ağır fəsadlarla qayıdır - ŞƏRH
Avropa xilafəti: müsəlmanların sayı 3 dəfə artacaq
Zərrabın etirafları Türkiyə-ABŞ münasibətlərini hara aparır? - ŞƏRH
Dövlətlər bitkoindən niyə qorxur? - SƏBƏB
Qarabağda karyerası sona qədər uğurlu olan varmı?
Bu nazirliklər öhdəlikləri yerinə yetirə bilmədi - EKSPERT
Ermənistan Rusiyanın təsir dairəsindən çıxmayacaq - Sazişin Detalları
Əflatun Amaşovun təklifinə reaksiya: Hərə yorğanı öz üstünə çəkəcək
Maliyyə naziri və baş bankir büdcə prosesinə təsir etmək gücündə deyil - ŞƏRH
Türkiyəni müstəmləkəçi ölkəyə çevirmək istəyirlər - AÇIQLAMA
Lavrovunku söz oyunu idi: Həsən keçəl, ya keçəl Həsən...
Qarabağda ermənilərin gözlədiyi Qızıl Ordunun ayaq səsləri
Prezidentin bu barədə sərəncamı olsa da, Milli Məclisin hələ də qərarı yoxdur
Çökdürülmüş ekspert institutunun səviyyəsi medianın səviyyəsindən yuxarıdır - Rövşən Ağayev
ABŞ Rusiyanı necə zərərsizləşdirəcəyini açıqladı
İnsanlarımız niyə ələ baxmalıdır ki? - Sosial yardım tamamilə dayandırılmayacaq
Azərbaycanda milyonlarla insanın həyatını dəyişdirən sistem - 25 illik miras
"Azpetrol"un proqnozu təəccüb doğurur - Yanacaq bahalaşmalıdırmı?
Siyasi partiyaların büdcəsi niyə artırılmalıdır? - MÜZAKİRƏ
Tikintiylə bağlı bizə çox müraciət olunub, ancaq... - Metropolitendən açıqlama
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin rolunu necə yüksəltməli?-ŞƏRH
Divarlardan Moskva əleyhinə döyüş cəbhəsi yaradılacağına şübhəniz olmasın - Zahid Oruc
Mətbuat Şurasının xəbərdarlığı və Eynulla Fətullayevin Lotu Quliylə fotosu
Bu, niyə Bakıda alınır Yerevanda yox? - TƏHLİL
Onları Azərbaycan bayrağı deyil, Sovet nostalgiyası riqqətə gətirir... - SORĞU
Qarsa gedən "sülh və müharibə qatarı" - TƏHLİL
2 milyardlıq Bakı-Tbilisi-Qars layihəsi hələ ki, xərclərini ödəyə bilməyəcək - SƏBƏB
Tehran görüşü Azərbaycanı hara aparır: İran, Rusiya, yoxsa Avropaya?
İlham Əliyevin Tehrana getməsi Avropadan üz döndərməsi demək deyil
Qarabağın azad edilməsində ən ciddi maneə budur - Qubad İbadoğlu
Neftin qiyməti düşərsə, manatı qorumaq olmayacaq - Açıqlama
Çovdarovun cəzası cinayətinə uyğun deyil - Cəmiyyətdə narazılıq
Bu layihə neft gəlirlərini əvəz edəcəkmi?-ŞƏRH
Bakı-Tbilisi-Qars dəmir yolu xətti açılır: Azərbaycan bundan necə faydalanacaq?
Zahid Oruc: "Madrid yalnız iqtisadi yollarla yerdə sürünən suverenliyini qoruya bilməyəcək"
Delta Telekomun vətəndaşları internetsiz qoyması yolverilməzdir – Osman Gündüz
Türkiyənin dəmir ledisi Meral Akşener – BİOQRAFİYASI + FOTOLAR
Tofiq Zülfüqarov: “Niyə həmsədrlər açıq-aşkar görmürlər?”
Ermənistan 93-cü ilin Azərbaycanına çox oxşayır - Zahid Oruc
Rusiya ilə Azərbaycan hansısa məxfi danışıq aparıb razılığa gəlsə... - Hikmət Hacızadə
Qubad İbadoğlu: “DYP-nin topladığı cərimələr dövlət büdcəsinə daxil olmur”
Nazirlik rəhbərliyinin erməni saytlarının yazdığından xəbəri oldumu? - Sabir Rüstəmxanlı
Ünüvar: “CHP-li millət vəkillərinin Azərbaycanın əleyhinə səs verməzi üzücüdür”
Buna deyərlər, Allahın evlərini döyüşdürmək - Zahid Oruc
Azərbaycan regional enerji mərkəzinə çevrilir - Yeni plan
Kredit borcları qırmızı xətti keçdi: nəticəsi nə olacaq?
Müstəqilliyin əleyhinə səs verim deyə mənə də təzyiq olunmuşdu - Millət vəkili
Fazil Mustafa: Türkmənlərin əsas düşməni İraq hökumətidir
İsa Yaşar Tezel - KƏRKÜK
Əliyev və Sarkisyan görüşündə hansı razılıq əldə olunub? - Açıqlama
Əliyev-Sarkisyan görüşü: sonra nə olacaq?
Azərbaycan hücuma keçə və bu mövqeləri qaytara bilər – Qışda müharibə planı
Azərbaycan və Rusiyanın yeni sətirdən - qardaşlıqdan başlaması hər iki dövlətin xeyrinədir- Zahid Oruc
Dünya Kataloniyaya göstərdiyi münasibəti Qarabağa niyə göstərmir?
Belə getsə, Azərbaycan böhrandan çıxa bilməyəcək - Qubad İbadoğlu
Emmanuel Makron iranlı həmkarını dəstəklədi
Azərbaycan yenə iki od arasında - Moskvayla Tehran iş başındadır
Ərdoğan: “ABŞ Türkiyəyə silah satmır, amma PKK-nın Suriya qanadını pulsuz silahlandırır”
Azərbaycan Avropa Şurasından çıxa bilərmi? - ŞƏRH
Nə üçün Tramp Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir?
Dərslik məsələsində tarixçilərimiz belə söyüşdən o tərəfə keçmədilər – Qafar Çaxmaqlı
Bütün dünya niyə rus S-400-ünü almaq üçün növbəyə durub? - Sirri açıldı
Dərsliyin müəllifini vətən xaini adlandırmaq düzgün deyil – Aqil Abbas
Kürdlər və katalonlar çox hiyləgər gediş etdi- Elxan Şahinoğlu
Türkiyə-ABŞ qarşıdurmasının təsiri ciddi şəkildə olunacaq - Qubad İbadoğlu
Nizami haqda həqiqəti yazıblar, siz nədən küsmüsünüz? - Fazil Mustafa
Azərbaycan torpaqlarını qaytarmaq üçün kiminlə savaşacaq: Ermənistan, yoxsa Rusiyayla?
Rusiya Xəzərdə qəfil hərbi təlimlərə başladı - Həyəcan siqnalı
Tarix dərsliyindəki xəritə skandalı ciddi araşdırılmalıdır – Qubad İbadoğlu
Millət vəkili NATO-da Ermənistanın işğalçı siyasətindən danışdı
ABŞ Sudan üzərindən iqtisadi sanksiyaları qaldıracaq
Mətbuat Şurası mitinqdə monitorinq apardı - jurnalistləri qınadı
Vəziyyətin mürəkkəbliyini heç kəs dana bilməz - Zahid Oruc
İlham Əliyevdən anons: Avropa İttifaqı ilə yeni bir səhifənin açılışını edəcəyik
Ermənilər Cəbrayılda kilsə açdı - Rəsmi Bakıdan etiraz
İlham Əliyevdən Avropaya mesaj: Bununla həyatımızda heç nə dəyişməyəcək
Putin Qarabağla bağlı çağırış etdi - Ermənistana ciddi mesaj
Bu hotellərə görə Azərbaycan ilk 5-liyə düşdü - Lider isə İsraildir
İraqda yaşananlar neftin qiymətini oynadır - Bəs sonra nə olacaq?
“Kərkükə siyasi və iqtisadi yardımlar etməliyik” – Qənirə Paşayeva
Qarabağa qanunsuz gedən türkdən özəl açıqlama: Onlar ermənilərlə nə danışıblar?
Azərbaycandakı Kürdüstan aşiqləri – onlar nə dərəcədə təhlükəlidir?
"Onların Avropa siyasətinə təsiri olmayacaq" - Merkel
Azərbaycan üçün hazırlanmış tor – Ermənistanın gizli planı
Azərbaycan hökuməti Kərkük məsələsiylə bağlı bəyanat verməlidir - Açıqlama
Azərbaycanda PKK-nı təbliğ edən qəzet fəaliyyət göstərir - İDDİA
“Bu qərar BMT-də təsdiqlənib, dəyişmək olmaz” - LAVROV
Onlar Putinin yox, İlham Əliyevin sözüylə hərəkət edirdilər - Açıqlama
Bakıda erməni kəşfiyyatına işlədiyimi etiraf etməyimi istəyirdilər
Rusiya bu yolla Azərbaycan hakimiyyətindəki tərəfdarlarına dəstək verir - Açıqlama
Azərbaycan hökuməti:Nalbandyanın təklifini qəbul etmirik - ÖZƏL
Bəxtəvər Dədə Ədalətin başına!
Qəbul imtahanlarında minimum bal 280 olmalıdır
Kürdlərin layihəsi İslam dünyasının parçalanmasına xidmət edir - AÇIQLAMA
"Surinamın Azərbaycanda maraqları var" - NAZİR
İŞİD-ə qoşulan azərbaycanlının şikayətini təmin etmədi
Həbsxanada uşaq dünyaya gətirən ana barəsində məhkəmə qərar verdi
Türkiyəli millət vəkili Nəcdət Ünüvardan Bakıya təbrik
Tofiq Zülfüqarov: 7 rayonumuzu qoyub, qapalı kafedən danışırsınız...
"Əsrin müqaviləsi"nin şərtləri niyə dəyişdirildi?
Ermənilər Ağdamı özününküləşdirir, bəs Əbülfəs Qarayev nə edir?
Sükanı belə saxlayın, cənab Prezident! - Tofiq Zülfüqarov
Lütfi Zadənin ölümü ilə bağlı xəbəri hələ dəqiqləşdirməmişəm - Vəkil
Bakı-Tbilisi-Qars dəmiryolunu gecikdirən Rusiya oldu - Ancaq maneələr dəf edildi
Azərbaycan KİV-ləri Qərbin Rusiya haqda bu cür materiallarını dərc eləmir, Rusiya isə...
26 restoranının sahibindən Dilavər Əzimliyə etiraz: Onda 26 saylı məktəbi də bağlayaq
OCCRP-nin mənbəsiz araşdırması - Nə dərəcədə əsaslı sayıla bilər?
Ermənistanın NATO təlimlərindən imtinasında Rusiya və Azərbaycan izi - Açıqlama
Türkiyə və Almaniya nəyi bölə bilmir? - TƏHLİL
Test üsulunun taleyi insanımızın, gələcəyimizin taleyidir - Mehriban Vəzir yazır
Erməni lobbisi Rusiyaya qarşı yenə “döyüş yolu”nu seçdi
Səninçün yenə yanağımdan süzüləcək iki damla yaş tapılar...- Elnur Astanbəyli
Qorbaçovun Əliyevə etdikləri alçaqlıq idi
Seçki sandığı məzarınıza çevriləcək - Əməkdar müəllim
Rusiya və ABŞ əməkdaşlığı qurulacaqmı? - PROQNOZ
3 milyon manatlıq avtomobil kolleksiyası - Cinayətə aparan yol
Sabiq Ermənistan prezidentindən tarixi bəyanat: İşğal etdiyimiz torpaqları qaytarmalıyıq
Ermənistanı daha nədə üstələyə bilərik? - Hüseynbala Səlimov yazır
Hər şey torpaq olacaq bir gün... - Ömər Xəyyam
İki erməni liderinin etirafları: Ona görə qırğınlar törətdik ki...
Banklarda böhranın ikinci fazası başlaya bilər?
Manat niyə möhkəmlənib? - 8 AMİL
Tibbi arayış satışından 3-5 milyon manat əldə edilir - Bu pullar hara gedir?
Allahın özü də erməni və qarabağlıdır - Zori Balayan
Dürüst və namuslu qalmaq - Rüşvəti yox etməyin yolu
Ermənilərin “Böyük Ermənistan” yaratmaq planları necə pozuldu?
Öz-özünüzü xoşbəxt edə biləcəyiniz 6 üsul
Ermənilərə təklif: 24 apreli soyqırımı yox, bayram günü kimi qeyd edin
Şevarnadze göstəriş veribmiş ki, İlham Əliyevi institutdan çıxarsınlar - Teleaparıcı
İSLAMOFOBİYA: Avropa Birliyinin yeni meyarı – TƏHLİL
Trampı devirmək istəyən gizli xidmətlər var - TƏHLİL
ƏRDOĞAN "MİLLƏT" DEYƏNDƏ NƏYİ NƏZƏRDƏ TUTUR?
Ermənistanda seçkilər: onlar Qarabağı itirmək üzrədirlər?
Ruslar yenə də arzularına çatdılar – TƏHLİL
Qarabağı azad etmək üçüb tarixi fürsət yetişib? – TƏHLİL
Xanlar Vəliyevin diqqətinə: Yuri Zarviqorovu niyə həbs etmirsiniz?
Azərbaycan 25 ildir, nəyi gözləyir? - TƏHLİL
Trampın arxasında İsrail lobbisi dayanıb – TƏHLİL
AKP-nin arqumentləri ancaq siyasi spekulyasiyadır – TƏHLİL
Nazarbayev yolun sonuna gəlib, yoxsa?
Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
Əvvəlcə Receb İvedik və lotu qulilər, sonra təhsil və elm
İSTƏMƏSƏLƏR BELƏ, VİTSE–PREZİDENTLİK OLACAQ...
2017-ci il belə gəlib beləmi gedəcək? – İqtisadi təhlil
SEÇKİYLƏ BAĞLI SON AKKORDLAR...
Qərb üçün demokratiya Qərb üçündür
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
2016-cı ilin uğurlu filmi: “Pərdə”?
Bob Dilan İsveç Akademiyasını barmağına doladı, bəs Salam Sarvanla Şəhriyar del Gerani?
2016-cı il: mediamızda kim uduzdu, kim uddu?
2016-cı il hansı ölkələr terrorun qurbanına çevrildi? – STATİSTİKA
Üçüncü devalvasiya artıq başlayıb...
Dünyada muxtariyyat modeli qalmayıb
Mediada qeyri-peşəkarlıq. Səbəbkarlar kimdir?
KQB, “Qadın öpüşü” və “bolqar çətiri”
4 milyard alınacaq ya alınmayacaq?
"Ölkə dağıdıcı tufan ərəfəsində"
Səudiyyə Ərəbistanı, yoxsa İran
Mişel Uelbek: Avropanın islamlaşmasında günahkar kimdir?
Rusiyanın Türkiyə ilə savaşmamalı olduğunun səkkiz səbəbi
Gizli xidmət şefinin sonu: qəfil və gözlənilmədən
Prezident hökuməti fövqəladə rejimə keçirir
Haber Yazılımı