The document has moved here.
|
||
Ermənistan müdafiə nazirinin daha bir müavini istefa verib | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
Ermənistan müdafiə nazirinin müavini Makar Qambaryan istefa verib.
“Xəbər365” xəbər verir ki, bu barədə “Mediaport Telegramm” məlumat yayıb.
O, 2018-ci ilin may ayının 29-da bu vəzifəyə təyin edilib. Onun keçmiş müdafiə naziri David Tonoyan tərəfindən hazırlanıb, reallaşdırılan korrupsiya sistemində birbaşa iştirak etdiyi bildirilir.
Qeyd edək ki, M.Qambaryan bundan əvvəl Ermənistan hökumətinin administrasiyasında maliyyə-iqtisad idarənin rəisi olub. Bundan sonra beynəlxalq iqtisadi inteqrasiya və islahatlar üzrə nazir müavini işləyib. 2018-ci ilin aprelində bu qurum ləğv edilib.
Xatırladaq ki, ötən gün Ermənistan müdafiə nazirinin digər müavini Qabriel Balayan vəzifəsindən azad edilib. |
||
|
||
Ermənistan, müdafiə, nazirinin, daha, bir, müavini, istefa, verib, |
|