The document has moved here.
|
||
Ermənistan Oxçuçayı hələ də çirkləndirir | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
2020-ci il dekabrın 25-dən başlayaraq işğaldan azad edilmiş ərazilərdə yerləşən su obyektlərində suyun keyfiyyətini müəyyənləşdirmək məqsədilə mütəmadi olaraq monitorinqlər aparılır. Analız üçün su və dib çöküntüsü nümunələri götürülür.
Xeber365.com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Zəngilana təşkil olunan səfər zamanı bildirib.
Xidmət rəisinin sözlərinə görə, 2021-ci il və 2022-ci ilin I rübü ərzində Oxçuçayın Zəngilan rayonu ərazisindən keçən hissəsində çayın yuxarı, orta və aşağı axınlarını əhatə etməklə hər dekadada - ümumilikdə 58 dəfə monitorinq keçirilib, 158 su nümunəsi, 184 dib çöküntüsü nümunəsi götürülüb, müvafiq fiziki-kimyəvi analizlər aparılıb.
Çayda ən çox çirklənmə halları yanvar-mart və iyun-avqust ayları, əsasən azsuluq dövrlərdə müəyyən edilib.
Oxçuçayda çirkləndirici maddələrin yüksək qatılıqları əsasən yuxarı axında Ermənistanla sərhədə yaxın seçilmiş nöqtədə müəyyən edilib.
Orta illik nəticələrə əsasən: yuxarı axında (Bürünlü kəndi) -ammonium 3.4 dəfə, manqan 3.1 dəfə, dəmir 1.5 dəfə, nikel 5.5 dəfə, kadmium 3.4 dəfə, molibden 1.9 dəfə normadan çox olub.
Yuxarı axında müxtəlif dərinliklərdən (səth, 10 santimetr, 20 santimetr) götürülmüş dib çöküntüləri nümunələrində metalların qatılığı orta və aşağı axına nisbətən daha yüksək olduğu müəyyən edilib.
Qeyd etmək lazımdır ki, çayın çirklənməsinə səbəb Ermənistan ərazisində fəaliyyət göstərən Qafan və Qacaran mis- molibden kombinatlarından atılan tullantı sularıdır. Tullantı suları təmizlənmədən birbaşa çaya axıdılır, bu da çayın ağır metallarla çirklənməsinə gətirib çıxarır.
Çayın ağır metallarla yüksək səviyyədə çirklənməsi çayın ekosisteminin pozulmasına və orada yaşayan bioresursların məhvinə səbəb olur. |
||
|
||
Ermənistan, Oxçuçayı, hələ, də, çirkləndirir, |
|