Xəbər haqqında
15 Noyabr 2017 - Çərşənbə 11:00 250 nəfər oxuyub
 
Ermənistan qalmaqallı "əsgərlik qanunu" qəbul edildi
DÜNYA Xəbəri
Ermənistan qalmaqallı

Ermənistan Parlamenti “Hərbi xidmət və hərbçilərin statusu” haqda qanun layihəsini ikinci oxunuşda qəbul edib.

 

Xeber365.com erməni mətbuatına istinadla yazır ki, noyabrın 15-də Ermənistan Milli Məclisi 86 millət vəkili lehinə, 6 millət vəkili əleyhinə olmaqla qanunu qəbul edib. Səsvermə başlayana qədər “Çıxış” siyasi blokunun lideri Ararat Mirzoyan həmkarlarına 4 tələbənin aclıq aksiyasını davam etdirdiklərini, 120 elmi işçinin də tələbələrin etirazına qoşulduğunu deyib. Mirzoyan millət vəkillərini qanun layihəsinin əleyhinə səs verməyə çağırsa da çağırışları nəticəsiz qalıb.

 

Xatırladaq ki, qanun layihəsi ali təhsil zamanı tələbəyə əsgərlikdən möhlət hüququnun verilməsini ləğv edir. Buna görə də artıq bir həftədən çoxdur ki, erməni tələbələr dərsə girməkdən imtina edir, oturaq aksiyalar keçirirlər.

Mənbə: Müəllif:
Ermənistan, qalmaqallı, "əsgərlik, qanunu", qəbul, edildi,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı