Xəbər haqqında
11 Yanvar 2018 - Cümə axşamı 15:38 94 nəfər oxuyub
 
Ermənistan sabiq nazirinə təzminat ödəyəcək
DÜNYA Xəbəri
Ermənistan sabiq nazirinə təzminat ödəyəcək

Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın keçmiş xarici işlər naziri Aleksandr Arzumanyanın  lehinə qərar çıxarıb.

 

Xeber365.com “RİA Novosti”yə istinadla yazır ki, "Vətəndaş itaətsizliyi" siyasi hərəkatının lideri Arzumanyanın işi üzrə hökm çıxarıb. Hökmə əsasən, rəsmi Yerevan sabiq nazirə 2500 avro məbləğində təzminat ödəməli və eyni zamanda məhkəmə xərclərini çəkməli olacaq.

 

Xatırladaq ki, sabiq nazir 2007-ci ilin mayında həbs olunub. Hakimlər cinayətin ağırlığına və Aleksandrın istintaqdan qaça biləcəyi riskinə əsaslanıb onun həbs edilməsinə dair hökm çıxarıb.

 

Avropa məhkəməsi isə Arzumanyanın qaldırdığı iddia əsasında onun 2007-ci ilin may ayında həbs edilməsi üçün kifayət qədər əsas olmadığı qənaətinə gəlib.

 

 

Mənbə: Müəllif:
Ermənistan, sabiq, nazirinə, təzminat, ödəyəcək,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı