The document has moved here.
|
||
Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində mövqelərimizi atəşə tutub | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
Yanvarın 8-də saat 13:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətindən AQS və iriçaplı silahlardan istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərini atəşə tutub.
Bu barədə Xəbər365-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Şəxsi heyət və texnikamızda itki yoxdur.
Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. |
||
|
||
Ermənistan, silahlı, qüvvələri, Kəlbəcər, rayonu, istiqamətində, mövqelərimizi, atəşə, tutub, |
|