Xəbər haqqında
14 Noyabr 2017 - Çərşənbə axşamı 13:47 124 nəfər oxuyub
 
Ermənistanda indi də satıcılar ayağa qalxdı - ETİRAZ
DÜNYA Xəbəri
Ermənistanda indi də satıcılar ayağa qalxdı - ETİRAZ

Bu, ticarət işçilərinin parlament binası qarşısında keçirdiyi ikinci aksiyadır.

 

Xeber365.com erməni mətbuatına istinadla yazır ki, “Arinç mall” ticarət mərkəzinin işçiləri Ermənistan Milli Məclisinin binası qarşısında toplaşıblar. Dünəndən etibarən imza toplamağa başlayan satıcılar parlamentdə təmsil olunan dörd siyasi partiyaya müraciət etməyə hazırlaşır.

 

“İstəyirik ki, millət vəkilləri bizim problemimizə diqqət ayırsın. Özlərini bizim – adi insanların yerinə qoysunlar. Biz sakit və rahat işləmək, yaşamaq istəyirik. İndi buna da hüququmuz çatmır? Kim deyib ki, dövlət büdcəsini vətəndaşları incitməklə ya da zorakılıq tətbiq etməklə artırmaq olar?” deyə jurnalistlərə açıqlamasında “Həmrəylik” ictimai birliyinin sədri Armen Nersisyan bildirib.

 

Xatırladaq ki, “Arinç mall” başda olmaq bir neçə ticarət mərkəzi və yarmarka satıcıları süründürməçiliyə və əlavə vergi ödənmələri tələbinə etiraz edirlər. “Arinç mall” ticarət mərkəzi “Sarukyan” siyasi blokunun lideri Qaqik Sarukyana məxsusdur.

Mənbə: Müəllif:
Ermənistanda, indi, də, satıcılar, ayağa, qalxdı, -, ETİRAZ,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı
kaçak iddaa