The document has moved here.
|
||
Ermənistanda koronavirusa yoluxanların sayı Çini ötdü | ||
- Xəbəri | ||
![]() |
||
|
||
Ermənistanda daha 2 398 nəfərdə koronavirus aşkarlanıb. Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 87 432-ə yüksəlib. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı rekord sayda - 28 nəfər artaraq 1 300-ə çatıb. İndiyədək 54 316 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 31 458 aktiv koronavirus xəstəsi var. Qeyd edək ki, koronavirus infeksiyasının ilk mənbəyi olan Çində indiyədək 85 940 yoluxma faktı qeydə alınıb. |
||
|
||
Ermənistanda, koronavirusa, yoluxanların, sayı, Çini, ötdü, |
|