Xəbər haqqında
14 Noyabr 2017 - Çərşənbə axşamı 11:09 59 nəfər oxuyub
 
Ermənistanda tələbələr aclıq elan etdi
GÜNDƏM Xəbəri
Ermənistanda tələbələr aclıq elan etdi

Paytaxt Yerevanda əsgərlikdən möhlət hüququn ləğvinə etiraz edən tələbələrin aksiyası bu gün də davam edir.

 

***  Yerevan Dövlət Universitetinin ətrafına toplaşan tələbələrin sayı hər an artır. Tələbələr bu gün aclıq aksiyasına başlayan etirazçılara dəstək üçün buradadırlar. Universitetin təhlükəsizlik xidmətinin əməkdaşları jurnalistlərin binaya girişinə qadağa qoyub. Mühafizəçilər bunu dərs prosesini pozmamaq üçün etdiklərini deyiblər.

 

*** Xeber365.com Ermənistan mətbuatına istinadla yazır ki, etirazçı tələbələrdən beşi noyabrın 14-də aclıq aksiyası elan edib. Bu barədə jurnalistlərə “Elmin inkişafı naminə” hərəkatının üzvü və özü də aclıq aksiyasına qoşulan David Petrosyan məlumat verib.

 

“Aclığa qoşulan beş nəfərdən dördü həqiqi hərbi xidmətdə olub. Aclığa başlamamıza səbəb isə cəmiyyətin mövlət hüququn ləğviylə bağlı qəbul edilən qanun layihəsinə göstərdiyi etinasızlıqla mübarizə aparmaqdır” deyə Petrosyan əlavə edib.

 

Tələbələr Yerevan Dövlət Universitetin İnformatika və Tətbiqi riyaziyyat fakültəsinin auditoriyalarının birində aclığa başladılarını elan ediblər. Feysbuk sosial şəbəkəsində canlı yayımla qoşulan və açıqlama vern tələbələr “qapını qırmammağı və mübahisə aparmamağı” xahiş ediblər.

Mənbə: Müəllif:
Ermənistanda, tələbələr, aclıq, elan, etdi,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı