Xəbər haqqında
04 Sentyabr 2017 - Bazar ertəsi 16:31 2914 nəfər oxuyub
 
Ermənistanın NATO təlimlərindən imtinasında Rusiya və Azərbaycan izi - Açıqlama
BAXIŞ Xəbəri
Ermənistanın NATO təlimlərindən imtinasında Rusiya və Azərbaycan izi - Açıqlama

Dünən NATO-nun Gürcüstanda başlayan çoxmillətli "Agile Spirit 2017" ("Çevik ruh – 2017") çoxmillətli hərbi təlimlərinə Ermənistan qoşulmadı. Ermənistanın bu təlimlərə qoşulmaq haqqında əvvəlcə qərar verməsi və son anda bu qərardan daşınması Rusiya və Ermənistan KİV-lərində geniş müzakirə olunub.

 

Politoloq Sülhəddin Əkbər Xeber365.com-a bildirib ki, rəsmi İrəvanın Qərblə yaxınlaşma istiqamətində son vaxtlar atdığı addımlar Rusiyanın qıcıqlandırmaq məqsədi daşıyır:

 

“Ermənistan bütövlükdə Rusiyanın strateji nəzarətindədir. Sadəcə olaraq, son dövrlərdə rəsmi Bakının Moskva ilə yaxınlaşması, Rusiyanın da öz növbəsində silahlarını satması üçün Azərbaycana müəyyən müsbət yanaşmaları Ermənistanı Qərbə doğru reveranslar etməyə məcbur etdi. Ermənistan bu gedişi Rusiyanı qıcıqlandırmaq üçün etmişdi. Görünür, rəsmi İrəvan artıq, istədiyinə nail olub. Ermənistan NATO ilə əlaqələrindən dolayı rəsmi Moskvadan sərt xəbərdarlığını aldı. Bu da onu göstərir ki, Rusiya nə vaxt, necə istəsə Ermənistan o cür hərəkət edir. Bundan əvvəl NATO-nun Gürcüstanda keçirilən təlimlərində Ermənistan iştirak etmişdi. İndiki təlimlər çevik qüvvələrin təlimləridir və ermənilərin sıx yaşadığı ərazidə keçirilir. Bu təlimlər rəsmi Moskvanı çox qıcıqlandırır. Bütün bunlar göstərir ki, Ermənistanın təlimlərlə qatılmamaq qərarı rəsmi Moskvanın sərt xəbərdarlığı ilə əlaqədardır”.

 

Politoloq hesab edir ki, Abropa Birliyi və NATO-ya üzdə yaxınlaşmaqda Sarkisyan hökumətinin başqa məqsədləri də var:

 

“Təbii ki, hansısa addım atılanda bir çox yollar düşünülür. Qeyd etdiyim kimi, Ermənistan tamamilə Rusiyanın strateji nəzarətindədir və Qafqazdakı forpostudur. Rusiya nə qər yol versə, Ermənistan bir o qədər “suverenlik”, “müstəqilik” göstərə bilər. Digər tərəfdən də, Ermənistan daxilində aktiv müxalifər var. Bu muxalifət də əsasən Qərb yönümlüdür.  Bundan əlavə, aktiv kilsə və erməni lobbisi mövcuddur. Ermənistan rəhbərliyi də zaman-zaman bu cür Qərbə doğru reveranslar etməklə onlara Qərb yönümlü siyasətlərinin olduğunu göstərməyə çalışır. Hazırkı dönəmdə hər üç faktor – kilsə, lobbi və müxalifət Ermənistan hakimiyyətini Qərbə doğru addımlar atmağa məcbur edir. Məhz bu səbəbdən Sarkisyan hakimiyyəti öz ağlınca balans yaratmağa çalışır. Lakin bu yolla balans yaratmaq mümkün deyil. Kollektiv Təhlükəsizlik Təşkilatının üzvü və Rusiyanın Qafqazda hərfi mənada forpostu olaraq Qərblə əməkdaşlıq heç bir zaman Qərbdə ciddi qəbul edilə bilməz”.

 

Bir çox ekspertlər hesab edir ki, Ermənistan Qərb üçün xarici geosiyasi strategiyada yalnız regionun sabitliyini pozmaq məqsədilə lazım ola bilər. Son zamanlar NATO və Ermənistan arasında əhəmiyyətli dərəcədə tez-tez keçirilən diplomatik görüşlər də məhz bununla əlaqələndirilir. Rəsmi Moskva isə Sarkisyan hökumətinin bu gedişlərini daxili siyasətə hesablanan gedişlər kimi yox, “xəyanət” kimi qiymətləndirir.

 

Analitiklərin fikrincə, yaxın gələcəkdə, daha dəqiq desək, bu ilin sonuna kimi İrəvan NATO və Qərb ölkələri ilə lazım olan məsafədə uzaqlaşmasa, Ermənistanda hakimiyyət dəyişikliyi qaçılmaz olacaq.

Mənbə: Müəllif: XƏBƏR365
Ermənistanın, NATO, təlimlərindən, imtinasında, Rusiya, və, Azərbaycan, izi, -, Açıqlama,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı

antalya escort bayan escort izmir bursa escort bursa escort bayan ataşehir escort izmir escort Türk ifşa beylikdüzü escort