The document has moved here.
|
||
Ermənistanın Qarabağda döyüşlərə cəlb etdiyi xarici vətəndaş barəsində həbs qərarı verilib | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş daha bir şəxs barəsində cinayət işi başlanıb.
"Xəbər365"in məlumatına görə, Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviçə Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.
Səbail rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə E. Dubakov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimat baxılıb. Məhkəmə istintaq orqanın təqdimatını təmin edərək, E. Dubakov barəsində həbs qətimkan tədbiri seçib. |
||
|
||
Ermənistanın, Qarabağda, döyüşlərə, cəlb, etdiyi, xarici, vətəndaş, barəsində, həbs, qərarı, verilib, |
|