The document has moved here.
|
||
ESTİS-in fəaliyyət prinsipləri açıqlanıb | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
“Elektron su təsərrüfatı” informasiya sisteminin (ESTİS) fəaliyyət prinsipləri açıqlanıb.
"Xəbər365"in məlumatına görə, bu, Prezident İlham Əliyevin “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərmanında öz əksini tapıb.
Qeyd edilib ki, ESTİS - istifadə rahatlığı – ESTİS-dən istifadənin və məlumat mübadiləsinin rahat, əlavə əməliyyatlar aparılmadan təmin edilməsi; fasiləsizlik – ESTİS-də aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmayaraq, fəaliyyətin fasiləsiz həyata keçirilməsi; funksionallıq və davamlı inkişaf – ESTİS-in inkişaf etdirilməsi imkanını təmin edən proqram-texniki komponentlərin olması və ən son texnologiyalardan istifadə edilməklə ESTİS-in daim təkmilləşdirilməsi; operativlik – ESTİS-də məlumatların yaradılması, toplanılması, işlənilməsi, saxlanılması və axtarışı işlərinin surətli şəkildə həyata keçirilməsi; sərbəstlik – ESTİS-in fəaliyyətinin onda aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmaması; şəffaflıq – ESTİS-in fəaliyyətində aşkarlığın və hesabatlılığın təmin edilməsi, həyata keçirilən prosedurların və onların nəticələrinin izlənilməsi imkanının mövcudluğu prinsiplər əsasında formalaşdırılır. |
||
|
||
ESTİS-in, fəaliyyət, prinsipləri, açıqlanıb, |
|