The document has moved here.
|
||
"Ever Given" yenidən Süveyş kanalını bağlayıb | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
"Ever Given" konteyner gəmisi yenidən Süveyş kanalını bloklayıb. Səbəb kimi axın göstərilir.
"Xəbər365"in məlumatına görə, bu barədə RİA “Novosti” öz mənbəsinə istinadən xəbər verir.
Mənbənin sözlərinə görə, gəmi bərələr vasitəsi ilə bir saat ərzində yedəyə alınacaq.
Xatırladaq ki, martın 23-də Panama bayrağı altında Çindən Rotterdama gedən və göyərtəsində 20 min konteyner olan "Ever Given" gəmisi Süveyş kanalında qum fırtınası zamanı kursu itirib və kanalın dibinə oturub. Nəticədə kanalla hərəkət bloklanıb və 100-ə gəmi öz keçidini gözləyir.
Bu gün bildirilmişdir ki, gəmi artıq saydan çıxarılıb və kanalda bloklanmanın aradan qaldırılması üzrə əməliyyat başa çatıb. Kanala gəmilərin normal qaydada hərəkət etməsinin tam bərpası bir neçə gün tələb edə bilər. |
||
|
||
"Ever, Given", yenidən, Süveyş, kanalını, bağlayıb, |
|