Xəbər haqqında
06 Noyabr 2017 - Bazar ertəsi 16:30 193 nəfər oxuyub
 
Evsiz və kimsəsizlər burada yaşaya biləcək
GÜNDƏM Xəbəri
Evsiz və kimsəsizlər burada yaşaya biləcək

Bakıda kimsəsiz uşaqlar və yaşayış yeri olmayanlar üçün yeni sosial sığınacaqlar fəaliyyətə başlayıb. 

 

Xeber365.com bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib. O bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaradılmış sığınacaqlar 50 yerlikdir və müasir tələblərə uyğun qəbul-qeydiyyat şöbəsi, yataq, müayinə və müalicə, stolüstü oyunlar, komputer və təmiz inventar otaqları, kitabxana, yeməkxana, camaşırxana  və s. fəaliyyət göstərir:“Məlum olduğu kimi, son illərdə qış mövsümündə qarlı-şaxtalı, çətin hava şəraitinin hökm sürdüyü vaxtlarda müəyyən yaşayış yeri olmayan, yaxud  hava şəraiti ilə əlaqədar yaşayış yerinə getməkdə çətinlik çəkən şəxslərin müvafiq təşəbbüs əsasında müvəqqəti sığınacaqla təmin olunması işləri aparılıb. Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslərin qəbulu üçün daxili işlər orqanları, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən Fonda müraciət olunur. Müraciətə əsasən şəxsin sosial xidmət müəssisəsinə yerləşdirilməsinə olan tələbatı qiymətləndirilir və onun müəssisəyə qəbul edilməsi, yaxud bundan imtina edilməsi barədə qərar qəbul olunur.

 

Sosial xidmət müəssisələrinə qəbul edilməsi barədə müraciət edilmiş şəxslər ilkin tibbi müayinədən keçirilirlər. İlkin tibbi müayinə zamanı sağlamlığı aşkar şübhə doğuran şəxslər stasionar müalicə müəssisəsinə (ixtisaslaşdırılmış müalicə müəssisəsinə) göndərilir, yoluxucu xəstəlikləri olanlar isə müəssisəyə qəbul edilmirlər. Reabilitasiya prosesi başa çatmış şəxslər müəssisədən çıxarılırlar və onların sənədləri qanunvericiliklə müəyyən olunmuş qaydada müəssisədə arxivləşdirilir. Ümumilikdə, müvafiq şəxslərin müəssisədə qalma müddəti 180 gündən çox olmamaqla müəyyən edilib, lakin şəxsin ərizəsinə əsasən və ya Sosial Sığınacağa qəbul edilmiş şəxs tərəfindən daxili nizam-intizam qaydaları pozulduqda o, müəssisənin direktorunun əmri ilə vaxtından əvvəl Sosial Sığınacaqdan çıxarıla bilər.  Saxlanma müddəti başa çatmış şəxsin əlilliyi vardırsa və ya pensiya yaşına çatmış şəxsdirsə, o öz arzusu ilə  digər ixtisaslaşdırılmış sosial xidmət müəssisəsinə göndərilə bilər. 

 

Şöbə müdiri qeyd edib ki, baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar uşaqların müəssisəyə qəbulu şəxslərin və aidiyyəti dövlət orqanlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciəti üzrə baxılır. Uşağın müəssisədə qalma müddəti 90 gün olsa da , onun müəssisəyə yerləşdirilməsi səbəbindən, onun şəxsiyyətinin müəyyənləşdirilməsi, ailəsi və qohumları haqqında məlumatların təmin edilməsi prosedurlarından asılı olaraq bu müddət 180 günədək uzadıla bilər.

 

Mənbə: Müəllif:
Evsiz, və, kimsəsizlər, burada, yaşaya, biləcək,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı