Xəbər haqqında
07 Yanvar 2018 - Bazar 20:59 448 nəfər oxuyub
 
Ey mənim aramım, ey səbrü-qərarım, hardasan?! - VİDEO
YARADICI Xəbəri
Ey mənim aramım, ey səbrü-qərarım, hardasan?! - VİDEO

Xeber365.com ənənəsinə sadiq qalaraq bu bazar gecəsi də sizə bir şeir ərmağan edir. Bu dəfə sizi İmadəddin Nəsiminin (1370-141) "Hardasan" qəzəlini oxumağa dəvət edirik. 

 

Canımı yandırdı hicrin, ey Nigarım, hardasan?!
Gözlərim nuru, iki aləmdə varım, hardasan?!

 

Bağrımı qan eylədi acı fərağın, gəl, yetiş!
Ey ləbi vəslət, şərabı-xoşgüvarım, hardasan?!

 

Səbrimi yəğmalədi şövqün, qərarım qalmadı,
Ey mənim aramım, ey səbrü-qərarım, hardasan?!

 

Eylədi eşqin məni qalxan məlamət pirinə,
Ey qaşı-gözü yelənli şəhriyarım, hardasan?!

 

Ay üzün şəmindən iraq düşmüşəm pərvanətək,
Yanıram leylü-nəhar, ey nuri-narım, hardasan?!

 

Bad ilən göndər saçın buyin mənə hər sübhdən,
Sanki yandı, keçdi həddən intizarım, hardasan?!

 

Səndən özgə könlümə yoxdur vəfalı yari-dust,
Ey cəfasız, hüsnü-kamil yadigarım, hardasan?!

 

Yar üçün hər guşədə min div olur düşmən mənə,
Ey səvadü-əzəmü möhkəm hasarım, hardasan?!

 

Çün Nəsimidir bu gün əyyami-eşqin sərvəri,
Ey şəkər-ləb, yari-şirin ruzigarım, hardasan?!

 

 

 

 

Mənbə: Müəllif:
Ey, mənim, aramım,, ey, səbrü-qərarım,, hardasan?!, -, VİDEO,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı