Xəbər haqqında
07 Dekabr 2017 - Cümə axşamı 23:48 838 nəfər oxuyub
 
Fələstində səfərbərlik elan olundu
DÜNYA Xəbəri
Fələstində səfərbərlik elan olundu

Fələstinin əsas partiyası FƏTH-in ( Fələstin Azadlıq Təşkilatı Hərəkatı) hərbiləşdirilmiş dəstələrindən biri işğal edilmiş ərəb ərazilərində öz tərəfdarlarının ümumi səfərbərliyini elan edib.

 

Xeber365.com Virtualaz-a istinadən bildirir ki, İordan çayının Qərb sahilində yayılan bəyanatda belə deyilir.

 

Hərəkatin döyüş qruplaşmalarının nümayəndələri "işğal edilmiş bütün Fələstin torpaqlarındakı şəhər və kəndlərdə İsrail işğalçılarına qarşı ümumi səfərbərliyə və müqavimətə" çağırıblar. Bəyanatda tərəfdarların ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsinə cavab olaraq "müqavimətin bütün qanuni, həmçinin silahlı metodlarından istifadəyə hazır olduğu” göstərilib. "Fələstin xalqı torpaqda müəyyən edəcək və öz qanı ilə yazacaq ki, Qüds Fələstinin paytaxtıdır", - deyə bəyanatda vurğulanıb.

 

FƏTH-in hərbiləşdirilmiş qanadı həmçinin Hərəkatdan tələb edib ki, İsrail Dövlətinin tanınması haqda öz bəyanatını geri çağırsın və "İsrail hakimiyyətinin nümayəndələri ilə bütün mövcud əlaqələrə son versin”.

Mənbə: Müəllif: XƏBƏR365
Fələstində, səfərbərlik, elan, olundu,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı