301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
22 Aprel 2015 - Çərşənbə 10:32 1276 nəfər oxuyub
 
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
Bir gün alman idealisti Fixte tələbələrinə deyir: "Divarı düşünün. İndi divarı düşünəni düşünün. İndi də divarı düşünəni düşünəni düşünün. İndi ..."
MÜSAHİBƏ Xəbəri
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”

“18+’’ layihəsində ikinci müsahibim fəlsəfə doktoru, hazırda Almaniyanın Münhen şəhərində yaşayan həmyerlimiz Alov İnannadır. Alov xanımla fəlsəfə fonunda yaradıcılıq, yaradıcı insanlar haqqında söhbətləşmişik. 

1.Cəmiyyətdə, insanların həyatındakı daimi yarış halını hələ sperma olduğumuz dövrdən qalma adət hesab etmək olar?

- Araşdırmalara görə spermalar o qədər də "eqoist" deyil, onlar öz  "bacı-qardaşları" ilə həyat uğrundakı o həyəcanlı "yüyürüşmələrində" bir-birlərinə yardım da edirlər, qabağa çıxanlar dayanıb, arxada qalanlara kömək edir. Mən bunu oxuyanda gözlərim dolmuşdu. Çünki bu, o deməkdir ki, insanlıq bizim təbiətimizdədir.

2. Bəs bu yarışlar nədən yaranır?

- Məncə, yarış insan təbiətində patriarxal sivilizasiyanın yaratdığı harınlıqdan və yadlıqdan doğan bir haldır. İnsan doğması, əzizi ilə yarışmaz. Yarış "özgəsi" ilə olur  və o özgə real rəqib, potensial düşməndir. Yarış "mən" şüuru ilə birgə yaranıb. "Mən" şüurunun yaşı insanın yaşıyla müqayisədə çox azdır. Hətta balaca uşaqlarda belə "mən" şüuru, o, danışmağa başlayandan xeyli sonra formalaşır. Uşaq "mən istəyirəm" əvəzinə, əvvəlcə xeyli vaxt hələ, məsələn, "Aysu istəyir" deyir. Matriarxal dövrün insanı üçün "biz" şüuru vardı. O, bəzən nəinki öz həmcinslərini, hətta təbiətdəki canlı-cansız varlıqları da özünün bir parçası hesab etdiyinə görə onun yarış duyğusu yox idi. Əvvəl "bizim meşəmiz, bizim qoyunlarımız" düşüncəsi vardı, get-gedə insanın dolanışığı yaxşılaşdı, sonra Markssayağı desək, xüsusiçiliyin meydana gəlməsiylə "mənim meşəm", "mənim qoyunlarım"  düşüncəsi yarandı. "Biz" – "mən"ə, "sən"ə, "onlar"a parçalandı. Yadlıq insanları siniflərə böldü, daha sonra cinsləri bir-birinə qarşı qoydu, oradan da dilə keçdi: əşyaları adlandırarkən "qadın" cinsinə, "kişi" cinsinə ayırdılar. Dərhal deyim ki, bizim dilimiz bu məsələdə istisnadır və bunun ayrıca səbələri var. Varlıq və var olanların qavranılmasında yön olan anayana, qadınyana sevgi, fədakarlıq və doğmalıq aradan qaxdı. Hətta professional fəlsəfənin yaradıcıları olan yunanlar, əvvəllər ana kimi, qadın kimi düşünülən dünyanı, təbiəti, varlığı, var olanları, sonralar "on", "onto" deyə kişi cinsində və ya  orta cinsdə olan sözlərlə təqdim eləməyə başladılar. Varlıq və var olanlar erkəkyana,  kişiyana, yəni bir-biriylə döyüşdə təsəvvür olunmağa başladı. Bu, Hegeldə zirvə nöqtəsinə yüksəldi, marksist filosoflar isə bu yanaşmadan nəzəri və praktiki inqilablar düzəltdilər. Yadlıq həm də irqçilik fəlsəfələrinin yaranmasına gətirib çıxartdı, buradan  kültürlər  arasına keçdi və o həddə çatdı ki, ailələr arasına daxil oldu. İnsan yadlaşa-yadlaşa təkləşdi. Təklik acıq və aqressiya, sevincsizlik yaradır. Məsələn, kimsə kiminsə uğuruna sevinə bilmir. Amma burda məsələnin həlledilməz tərəfi odur ki, bu gün insanları birləşdirən "biz" şüuru pis gündə, el ağzıyla desək "qara gündə" yaranır, yaxşı gün, "ağ gün" insanları bir-birindən ayırır. İnkişaf etmiş ölkələrdəki tək-tənha "single" həyat tərzi keçirən insanların sayının çoxluğu həm də bununla bağlıdır.

3.İncəsənət  işıqlı fiqurlar yaratmaqdıyoxsa qaranlığı dərk etmək cəhdi?

- Məncə hər ikisi. Tarixən insanların görüb anlamağa çalışdıqları ilk ikilik işıq-qaranlıq (gündüz-gecə) ikiliyi olub. İnsan bilinməz qaranlıqdan gəlir, 9 ay ana bətninin qaranlığında insan biçimi alır, doğulandan sonra ömrünün üçdə birini yuxu qaranlığında keçirir, sonra yenidən ölümlə əbədi qaranlığa qayıdır. Belə məlum olur ki, qaranlıq insana daha yaxın, daha doğmadır. Qaranlıq işıqdan daha dərkolunmaz, mistik, ovsunlu, sirlidir. Qaranlıq – bütün dərkolunmazlıqların adıdır. Bilmədiyimiz bildiyimizdən maraqlı olan kimi, qaranlıq da işıqlıdan daha maraqlıdır. Nağıllarımızdakı "qırxıncı qapı"nın, "gedər-gəlməz yol"un cazibəsini xatırlayaq. Həmin cazibə və maraq olmasaydı, insan yaradıcılığı, kəşflər olmazdı. Siz sualınızda işığı – yaratmaqla, qaranlığı – dərk etmək cəhdiylə bağlayırsınız. Haqlısınız, məncə. Yaradıcılıq həm də dərk etmək cəhdindən yaranır, onlar bir-birindən ayrılmazdır.

4. Onda deməli, qaranlıqla işıq bir-birinin əksi deyil?

- Qaranlıq və işığı bir-biriylə döyüşdə, bir-birinin əksi kimi təqdim edən düşüncə sistemlərindən acığım gəlir. Hələ qaranlığın şər, işığın xeyir qismində etik kateqoriya kimi verilməsi tamamilə yanlış yanaşmadır. Bu baxımdan bütün zərdüştçü-platonik-dini fəlsəfələr, yəni işığı, ideyanı, o dünyanı XEYİR; qaranlığı, materiyanı, bu dünyanı ŞƏR kimi mənalandıran dünyagörüşlərinin hamısı döyüş və nifrət psixologiyasına xidmət edən dünyagörüşləridir. Mənə ən çox Dao fəlsəfəsi doğmadır. Son zamanlardakı araşdırmalarımda Daosizmin kökünü prototürklərdə tapmağım məni çox xoşbəxt elədi. Qədim türk dünyagörüşündə ikiliklər, məsələn, ölüm-həyat, xeyir-şər, işıq-qaranlıq və s. bir-birinin ziddi kimi deyil, bir-birinə keçən, iyerarxik olmayan harmonik ikiliklər kimi düşünülüb. Daosizmdəki yin-yanq bunun fəlsəfi ifadəsidir.

5. Lap qədim dövrlərdən fəlsəfədə “atomçu” cərəyan var  bu gün fəza, kosmos  həyatı araşdıran alimlər eyni atomlar nəzəriyyəsində dayanırlar. Bu nöqtədən baxaraq fəlsəfəni cəhalətə qarşı ən güclü sipər hesab etmək olarmı?

- Düzdür, fəlsəfənin Falesdən başlayan tarixi doğuluşu, dinin və ənənənin kütlələri yuxuladan laylalarına qarşı olub, ancaq o, 2600 illik tarixi boyunca heç də həmişə elmin dostu, cəhalət əleyhinə ən güclü sipər olmayıb. Orta əsrlərdə həm islam Şərqində, həm də Avropada fəlsəfə "dinin kənizi" sayılırdı, yəni qulluqçusu! Fəlsəfə, tarixinin az qala yarısını öz təbiətinə xəyanət içində, dinə kənizlik edərək yaşayıb! Orta əsrlərdə fəlsəfənin vəzifəsi ilahi mənşəli hesab edilən hökmləri rasional yol və metodlarla əsaslandırmaq idi. Yəni məlum inkvizisiyanın, elmləri inkişafdan saxlayan dini dünyagörüşünün, min illik Orta Əsrlərin ən böyük xidmətçisi, məhz, fəlsəfə idi. Say baxımından götürdükdə fəlsəfə tarixinə düşmüş filosofların çoxu dinə aldanmış insanlardır. Bir sözlə, insanlığın istər keçmiş, istərsə də indiki ağrı-acılarında fəlsəfənin də az  günahı yoxdur. Uzaq Şərqdə isə din və fəlsəfə artıq iç-içədir; buddizm, çaynizm, brahmanizm, daosizm, konfutsizm, zen buddizm, sintoizm və s. həm fəlsəfə kimi öyrənilə, həm də din kimi yaşana bilərlər. Fəlsəfə ancaq ateizm və maarifcilik cərəyanlarıyla, yəni XVII əsrdən etibarən cəhalətə qarşı qiyam qaldırıb dinə xidmət etməyi buraxdı, insan zəkasının muxtariyyətini əsaslandıra bildi. Bu yerdə gərək Kantın adını gərək sayğıyla anaq.

6.Bu günün fəlsəfəsi bir qədər ‘’sönük’’  deyil ki?

- Yüz ildən çoxdur ki, fəlsəfə öz bətnindən ayrı-ayrı elmləri doğmaqla əriyir və rasionallığın uğradığı yeni tənqidlər qarşısında insan zəkasının muxtariyyətini yenidən əsaslandıra bilmir. İrrasionallıq üçün yaranmış bu münbit şəraitdə dini cəhalət yenidən yüksəlir. Yeni Kanta ehtiyacımız var.

7. Hər hansı şəkildən, mətndən, insandan qurtulmağın tək yolu onu heç bir cəlbediciliyi qalmayacaq qədər yaxından tanımaqdırmı, yoxsa bu filmlərin, kitabların bizi içinə atdığı romantikadır?

- İnsan gerçəklikdən qaçmağa meyl edən varlıqdır. Oyun və əyləncənin insan həyatında belə çox yer tutması bununla bağlıdır. Mən bura dini, incəsənəti, ədəbiyyatı, fəlsəfəni də daxil edirəm. Bütün bunlar bizi acı "gerçəklik"dən uzaqlaşdırır, bizə ülvi "başqa dünya" təqdim edir. Musiqi dinləmək də, kitab oxumaq da, ibadət də, sevmək də və s. həmin o "başqa dünya"ya qaçışdır. Futbola baxan azarkeşləri, evcik-evcik oynayan uşaqları, rol oynayan aktyoru, ya da onu izləyən tamaşaçını, şeir yazan şairi, gözəl sözlərlə bəzənmiş, mənəviyyatdan moizə oxuyan dindarı birləşdirən şey eynidir: qaçış. Burdan qaçış! Özünü bu dünyaya oxşamayan "başqa dünya"da hiss etmək və belə bir ikinci dünyaya olan ehtiyac. Yeri gəlmişkən, dindarların ateistlərdən çox olmasının bir səbəbi də onlar üçün qurulmuş və hazır sxemi verilmiş "o dünya" adlı kütləvi "başqa dünya"dır. Beləliklə, əgər dediyiniz o şəkil, mətn, insan... sizi cəzb edirsə, deməli, siz özünüz o şəkli, mətni, insanı... həmin o ülvi "başqa dünya"ya yerləşdirmisiniz. O sənin gerçək dünyana gələndə sirr itir, ovsun pozulur. Ancaq bu dediklərimə qarşı istisnalardan da danışmaq olar.

8. İlan vuran daim ala çatıdan qorxmalıdırmı? Bu travmaya ilişib  qalmaq deyilmi?

İlan vuranın ala çatıdan qorxması normal haldır. Travma almaq həmin hadisəni unuda bilməməkdir. Travma almış insanın qorxaq və həssas davranışları müdafiə olunmağa və özünü qorumağa xidmət edir. Doğrudur, Nitşe  unutmağı həzm etməyə bənzədir. Unutmayan insan həzm problemi yaşayan insandan daha çox əziyyət çəkir. Bəzi psixoloqlar travmaların tarixini hətta ana bətninə qədər aparırlar. Məsələn, səbəbsiz psixoloji kefsizliyin kökünü ana bətnində, yaxud çağa ikən yaşanan, şüurda hadisə kimi deyil, hiss kimi ilişib qalmış qorxu və sarsıntılarla bağlayırlar. Yaxud onlar, balaca uşaqların qaranlıqdan qorxmalarının səbəbini belə izah edirlər: uşaqlar qaranlığı, doğumöncəsi yaşadıqları dar və qaranlıq yer olan ana bətninə qaytarılmaq kimi anlayıb ondan qorxurlar. Yəni insan hələ embrion vaxtından travmalara məruz qala bilən varlıqdır. Travmalar ən çox insanın inamını sarsıdır, buna görə o, "ala çatı"lara daha inanmır, indən belə "ala çatı"lar onun gözünə "ilan" kimi görünür. Bu gün Azərbaycanda ən qıt olan şey insanların bir-birinə inamıdır. Az qala hamının bir-birini "ilan" kimi görməsinin bir səbəbi də budur. Təəssüf, hazırda Azərbaycan insanı travma yaradan səbəblərlə əhatələnib: kasıb görünmək, aşağılanmaq, tək qalmaq, aldadılmaq, xor görülmək, namussuz sayılmaq. Üstəlik bu siyahı gün-gündən böyüyür və ölkə həkimsiz-dərmansız xəstəxanaya çevrilir.

9. İnsanların, ən çox da yaradıcı insanların  şikayətləndiyi bu ‘’darıxmaq’’ nədir?

- Darıxmaq bütün hallarda məmnun olmamağın, ya da hansısa boşluğa münasibətin ifadəsidir. Nəyinsə, kiminsə, hansı zamanınsa, hansı məkanınsa  həsrətini çəkməyi, ya da bir nisgili bura daxil eləmirəm. Darıxmaq, xüsusilə, obyektsiz və səbəbsiz darıxmaq depressiyanın ilk xəbərçisi ola bilər. Amma depressiyanın ən pik nöqtəsində, yəni duyğusuzluq halında bu hiss digər hisslər kimi tamam aradan qalxır. Başqa sözlə, depressiya darıxmaqla başlayıb darıxmamaqla zirvə halına çatır.

10. Bəs fəlsəfə ‘’darıxmağ’’ı tapıb ?

- Bəli, darıxmaq mövzusu fəlsəfədə alman filosoflarının tapıntısıdır. Zamana son dərəcə əhəmiyyət verən almanlar darıxma hissi ilə zaman arasında hansısa görünməz lağımların, gizli keçidlərin olduğunu düşünüblər. Alman dilində “Langeweile” həm “darıxma”, həm də “uzun müddət” deməkdir. Darıxan adam, zamanı uzun hiss edir.

11.Darıxmaq, hər şey təkrardı, köhnədi hissi kosmosla əlaqəli ola bilərmi? Məsələn,  bu gün bizə gəlib çatan günəş işıqları otuz min il əvvəl günəşdən ayrılan işıqlardı, köhnədi. Bunun insan əhvalına, düşüncəsinə təsiri varmı?

- Dünyada heç nə təkrar və köhnə deyil. Heç nəyin də sonu yoxdu, hər şeyin sonrası var. Dünyadakıları təkrar və köhnə saymaq, zamanı dairəvi hesab etmənin nəticəsidir. Mən zamanın düzxətli yol getdiyini təsəvvür edənlərdənəm. O ki qaldı kosmosla insan düşüncəsinin əlaqəsinə, məncə, gələcəkdə astrofizikanın nailiyyətləri insan təfəkküründə nəhəng dəyişikliklərə yol aça bilər: dediyiniz kimi, bilirik ki, bu gün göylərdə gördüyümüz minlərlə ulduzun işığı milyon illərdir yol gəlib bizə indi çatır, əslində o ulduzlar çoxdan mövcud deyil. Amma o işıq bizim üçün təkrar və köhnə deyil, yenidir. Bu baxımdan astrofiziklərin dediyi kimi, əgər bir dəfə də tərsinə, bizdən xeyli işıq ili uzaqda olan hansısa ulduzdan Yer kürəsinə baxa bilsək, məsələn, dinozavrları görərik. Mənə dinozavrlardan daha çox insanın təfəkkür və kültür tarixi maraqlıdır. Bu, çox da həyatakeçməz xəyal deyildir..

12. Haqqında yazılan, çəkilən, danışılan iki cinsin bir-birinə duyduğu sevgi nədir? Tibdə bunu körpənin ana bətnindən ayrıldığı üçün daim hiss etdiyi yarımçıqlıq hissi ilə, fəlsəfədə Zevsin bir cinsi ikiyə ayırmaqla yaratmasına bağlayanlar var. Əslində  nədir bəs?

- Mən sevgi fəlsəfəsi tarixini, Platonu, Şopenhaueri, Frommu, Orteqanı və digərlərini bir qırağa qoyub, sevginin öz tarixinə nəzər salmaq istərdim. Çünki filosoflar da ədəbiyyatçılar kimi yaxşı uydurmaçılardır. Mənim sevgi haqqında başqa görüşüm var. Bugünkü sevgi anlayışı kültür evolyusiyasının meydana gətirdiyi tarixi qatlara malik, uzun yol gələn, bir az da maskulin çalarlı anlayışdır. Sevgini başladan, yaradan qadın olub, bura həm, yunan terminologiyası ilə desək,  "aqape", yəni ilahi sevgi, həm də "eros", yəni  əks cinsə qarşı olan sevgi daxildir. Bütün sevgi tanrıları qadın cinsində olublar, ilahi məzmunlu ən qədim sevgi şeirlərini də qadınlar yazıb. Qalya Konstantinovna qədim şumerlilərin ikidilli olduğunu yazır: qadındilli və kişidilli. Şumerlilər bütün ilahi məzmunlu mətnləri qadın dilinə aid ediblər. Onlar min illər öncə bizim indi Novruz adlandırdığımız yaz şənlikliklərində hər il sevgi tanrıçası İnanna ilə Dumuzinin toyunu edirdilər və orada İnannanın adından xüsusi sevgi nəğmələri oxunurdu. O toy səhnəsindən indiyə yalnız Novruz tamaşalarında oynanılan "yığar bayram xonçasın, keçəlin toyun eylər" və "yazda qan qaynayır" ifadələri qalıb. O dövrün dini rituallarının bir parçası olan sevgi şeirlərindəki açıq-saçıqlıq bu gün ən cəsarətli araşdırmaçını belə utandıracaq səviyyədədir, amma o zaman  sevgi və onunla əlaqəli ayinlər ayıb sayılmırdı. Sonralar o şeirlər bir az dəyişdirilmiş məzmunda Tövrata keçdi: "Süleymanın sevgi nəğmələri" həmin şeirlərdir. Bu gün Şərqdə qadın nə qədər real həyatda əzilib gizlədilsə də, şeirlərin, nəğmələrin qəhrəmanı olmaqda davam edir. Sevgi ilə əlaqəli xalq mahnılarımıza baxın. Bəzən onlarda indiki ərəbləşmiş zehniyyətimizlə daban-dabana zidd olan elə erotik ifadələrə rast gəlmək olur ki, sırf alışdığımıza və "xalqın mahnısı" olduğuna görə üzərinə gedilmir. Yekunlaşdıraq. Deməli, həm ilahi, həm də dünyəvi sevginin yaradıcısı qadındır.

13. Bəs qadın sevgini niyə yaratdıBu hansı ehtiyacdan doğdu?

Dediklərimi amerikalı antropoloq Helen Fişerin "Cinsiyyət strategiyası" adlı əsərindən qatqılar əlavə etməklə möhkəmləndirim. Bu nəzəriyyə, digər canlılardan fərqli olaraq insanın nə üçün xüsusi "sevgi sezonuna" ehtiyacı olmadığını, hər zaman sevə, sevişə biləcək varlıq olmasını qadınla əlaqələndirir. Bioloji antropoloqlar insan əcdadlarının 9 milyon il bundan əvvəl ayaq üstə durmağa başladıqlarını və bunun da hamiləlikdə son dərəcə dəyişikliyə yol açdığını deyirlər. Belə ki, ayaqüstə qalxdıqdan sonra "protohominide" adlanan əcdad nənələrimizin doğuş aparatlarında yaranan sıxılma ucbatından, doğum erkənləşmiş, bunun da nəticəsində yeni doğulanlara uzunmüddətli qayğı tələb olunmağa başlamışdı. Bu isə ailə institutunun, sosiallığın və nitqin əsasını qoymuşdu. Fişer yazır ki, belə olduqda qadınlar davamlı olaraq körpələrinə baxmaq məcburiyyətində qaldıqlarına görə ac qalmaq problemiylə üzləşmişdilər. Bunun çarəsi kimi özlərinə əks cinsin nümayəndələrindən onlara qida axtarıb tapacaq bir yoldaş tapmaq məcburiyyətində qalmışlar. Onları yanlarında tutub saxlamaq üçün isə daha əvvəllər olduğu kimi "sevişmə mövsümləri"ni gözlətmədən özünü hər an sevgiyə hazır hala gətirmişdilər. Qısası, kişilərə rüşvət. Sevgi – qadın tapıntısıdır. Doğrusu, insan duyğuları içində ən romantiki olan sevginin belə praqmatik genezisi ədəbiyyat və fəlsəfə üçün haqlı olaraq ağızbüzücü olsa da, sevginin acı tarixi reallığı ilə barışmaq məcburiyyətidəyik.

14. Həddən artıq empatiya imitasiyaya aparıb çıxara bilərmi?

- İnsanı insan edən başlıca şərtlərdən biri də imitasiyadır. Öncə səsləri imitasiya edib danışmağı, sonra hərəkətləri imitasiya edib yeriməyi, yüyürməyi- insan davranışlarını öyrənmişik. Yəni, bizi Mauqli aqibətindən qurtaran imitasiya bacarığımızdır. Amma təəssüf ki, insan təkcə xoşladığı, sevdiyi davranışları yaddaşına köçürmür, bəzən, tam əksinə, qorxduğu, nifrət etdiyi şeyləri də sonralar təkrarlayacaq dərəcədə yaddaşında saxlayır. Sualınıza gəldikdə isə, həddən artıq empatiya çox, həddən artıq simpatiya imitasiyaya gətirib çıxara bilər. Deyirlər, ən səmimi kompliment imitasiyadır. Empatiya bəslədiyimizlə eyni duyğu müstəvisində oluruq, simpatiya bəslədiyimizlə isə, əgər duyğumuz normanı keçibsə,  ondan bir azca aşağıda dayanırıq.

15. Simpatiyadan imitasiyaya keçid necə baş verə bilər?

- Başımızın üstündə daim Freydin "super eqo"suna oxşayan, bənzəmək istədiyimiz,  imitasiya edəcəyimiz bir obraz var. Kimiləri bundan xəbərsizdir, instinktiv olaraq davranışlarını həmin obraza uyğunlaşdırır. Kimiləri isə bunun fərqindədir, şüurlu olaraq həmin obrazı yamsılayır. Şübhəsiz ki, həmin obrazlar hamıda eyni deyil, amma  hər  kültürün, sosial mühitin, zamanın imitasiya olunacaq oxşar obrazları var. Bir ölkənin adamlarının bir-birinə oxşaması, digər ölkənin adamlarından fərqlənməsi həm də bununla bağlıdır.

16. Heç bir incəsənət nümunəsi müəllifin sahib olmadığı gücü, özəlliyi özündə daşıya bilməz fikriylə razılaşmaq olarmı? Yəni, doğrudanmı, eqoist, aqressiv biri humanizmdən bəhs edən tablo yarada bilməz?

- "yaxşı adam yaxşı obraz yaradır, pis adam pis" deyə bir düstur yoxdur. Əksinə, bəzən ən humanist obrazı elə ən eqoist adam yarada bilər. Həllac Mənsurun "Allaha inanmağı şeytandan öyrənin" dediyi kimi. Bəzən polislərin ən mahir cinayətkarlar olması kimi.

17. Müəllifin ortaya qoyduğu əsər oxucunun onu dəyərləndirməsi üçün kifayət etməlidirmi?

- Oxucunun müəllifi dəyərləndirməsi üçün onun şəxsiyyəti və ortaya qoyduğu əsər  kifayət deyil. Müəllifin çağdaşımız olub-olmaması,  cinsiyyəti, milli kimliyi, şöhrətinin sərhəddi, onun özünü və əsərini qiymətləndirməyimizə təsir edir. Xüsusilə, adın məşhurluğu, yəni, "nə deyir"dən çox  "kim deyir" düşüncəsi müəllifi əsərin önünə qoyur. Dini mətnlərə hipnotik münasibət də belə dəyərləndirmənin məhsuludur. Bu tələyə çox adam düşür. Bir fransız lətifəsi var: Yeni yazmağa başlayan  qələm adamı, çox tanınmış bir yazıçıya hekayəsini oxuması üçün verir və onun qiymətini gözləyir. Tanınmış yazıçı hekayəni oxuyub, deyir: "Hekayən o qədər  zəifdir ki, belə hekayələri ancaq məşhurlaşandan sonra ortaya çıxarmaq olar." Ədəbiyyat nəzəriyyəsində ötən əsrdən etibarən vurğunu müəllifə yox, əsərə, daha doğrusu, oxucuya, oxucunun əsəri necə mənalandırması, necə yozması üzərinə qoyurlar. Bu, həm də oxucunun əsərdə olmayanı uydurması, yaratması, əsəri yenidən qurması imkanı deməkdir. Ədəbiyyata bu yeni yanaşmaya görə əsərin gücü, əslində bütün taleyi öz oxucusundadır. Eyni sözləri sənətin bütün növlərinə aid etmək olar.

18. Biz xəyal qururuq və xəyalımızdakı insan da xəyal qurur. O xəyal da bizim sayılır? Biz xəyalən də olsa, düşünən, xəyal qura bilən insan yaradırıq, bu, maraqlı hadisə deyilmi?

- Bu sual mənə Fixte fəlsəfəsini xatırlatdı. Bir gün alman idealisti Fixte tələbələrinə deyir: "Divarı düşünün. İndi divarı düşünəni düşünün. İndi də divarı düşünəni düşünəni düşünün. İndi ..." Bunu sonsuzadək uzatmaq olar. Burada hər düşünmə mərhələsində, şüur üçün nəsnə olmaqdan yaxasını qurtaran bir "düşünən", başqa sözlə desək, bir "mən" vardır. Onu heç cürə ələ keçirmək, tutmaq olmur. İndi bu metodu sizin suala tətbiq etmək olar, çünki hər iki halda linear ardıcıllıq və bir-birinin içindəlik var. Belə ki, haqqında düşünüb, xəyal qurduğumuz insan da öz xəyalları və düşünməsi ilə daim bizim ovuclarımızdan qaçacaq. Bu halda o da divarı düşünən mənlərdən biridir. O da düşünəcəyi üçün və yaxud düşünə bildiyi üçün mən onu heç vaxt ələ keçirə bilməyəcəyəm, eyni şəkildə o da məni ələ keçirə bilməyəcək. Qarşılıqlı olaraq bir-birini düşünməklə, sizin ifadənizlə desək, xəyal etməklə bir-birini ehtiva etmə, ələ keçirmə, tutma oyunu və yaxud mübarizəsi sonsuzadək sürəcək. Xəyalımızdakı xəyalquran qurduğu xəyallara görə xəyallarımıza borcludur.

(+) Sizin müsahibəmizlə bağlı hansısa iradınız, yaxud sualınız varmı?

- Suallar çoxdur və geniş  spektrlidir. Hər biri haqqında uzun-uzadı danışmaq tələb edir ki, bu da müsahibənin həcminin çox böyük olmağına aparıb çıxara bilər. Məncə, suallar ixtisar edilməlidir.

Fəridə Məmmədova

Mənbə: (XƏBƏR365) - Xəbər365 Analitik İnformasiya Mərkəzi Müəllif: XƏBƏR365
“Fəlsəfə,, tarixinin, az, qala, yarısını, dinə, kənizlik, edərək, yaşayıb”,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
"Paşinyan Azərbaycanla sülh müvaqiləsi bağlamaq üçün tələsməlidir" - Ay Partiyanın başqan müavini
Bu hiylələrə uymaq olmaz - AY Partiya Başqanı
“O torpaqlarda hələ də Azərbaycan bayrağı dalğalanmırsa...”
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı