Xəbər haqqında
02 Dekabr 2017 - Şənbə 14:47 97 nəfər oxuyub
 
Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçildi
İDMAN Xəbəri
Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçildi

Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib.

 

Xeber365.com bildirir ki, dekabrın 2-də Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 27-ci konqresi çərçivəsində keçirilən prezident seçkilərində o, daha çox səs yığıb.

 

F.Qayıbov 28 səs toplamaqla bu vəzifəyə digər namizəd, 20 səs toplamış sloveniyalı rəqibi Edvard Koları  geridə qoyub. Beləliklə, son illərdə UEG-in vitse-prezidenti olan F.Qayıbov növbəti 4 ildə quruma rəhbərlik edəcək. Qeyd edək ki, 2009-cu ildən Avropa Gimnastika İttifaqına fransalı Jorj Gelzek rəhbərlik edir.

 

Mənbə: Müəllif:
Fərid, Qayıbov, Avropa, Gimnastika, İttifaqının, prezidenti, seçildi,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı