Xəbər haqqında
08 Noyabr 2017 - Çərşənbə 17:30 8171 nəfər oxuyub
 
Fazil Mustafa: Milli Məclis hələ belə aşağılanmamışdı
GÜNDƏM Xəbəri
Fazil Mustafa: Milli Məclis hələ belə aşağılanmamışdı

Millət vəkilinin etik davranış qaydalarını pozduğuna görə cəzalandırılması səlahiyyəti Mərkəzi Seçki Komissiyasına veriləcək. Bununla bağlı təklif Milli Məclisdə səsləndirilib. Təklif müzakirəsini gözləyir. Amma maraqlıdır, xalqın seçdiyi millət vəkilinin əlidən mandatı MSK-nın alması nə dərəcədə düzgündür? 

 

Xeber365.com bu sualı millət vəkili Fazil Mustafaya ünvanlayıb.  Millət vəkili isə cavabında bildirib ki, əgər MSK deputatın  mandatını əlindən ala  biləcəksə, bu artıq Parlament statusunun bələdiyyə məclisi səviyyəsinə endirilməsi deməkdir:
 
 
“Hələ indiyə qədər Milli Məclisin bu qədər aşağılanması olmamışdı. O vaxt  etik kodeksə görə hər hansı bir şəkildə millət vəkilinin cəzalandırılması  Konstitusiyaya yalnış olaraq müddəa kimi salındı. Biz həmin dövrdə buna da etiraz etmişdik. Çünki millət vəkilinin hər hansı şəkildə mandat itirməsi bilavasitə seçici ilə bağlı olmalıdır. Və ya hər hansı cinayət əməli törətdikdə mandatın alınması müzakirə oluna bilər.   MSK-ya mandatla bağlı hüququn verilməsi artıq Milli Məclisin statusunun bir bələdiyyə yığıncağı səviyyəsinə endirilməsi deməkdir. MSK millət vəkilinin mandatını əlindən ala bilirsə, bu bütün hallarda anormal bir haldır". 
 

 

Millət vəkili Fazil Mustafa bildirib ki, MSK-nın tərkibi bilavasitə Milli Məclis tərəfindən təsdiq olunur: “ Milli Məclis tərəfindən yaradılan bir qurumun hər hansı bir şəkildə Parlamentin səlahiyyətlərinə müdaxilə etməsi absurddur. İndiki halda bu təklifin izahını vermək çətindir. Heç bir izahı olmayan məntiqsiz və əsassız yanaşmadır". 
 
Millət vəkili “Necə düşünürsünüz sizcə təklif qəbul oluna bilərmi?” sualımıza “Məntiqsiz bir yanaşmadırsa mütləq qəbul olunacaq. Axır zamanlar biz bunun şahidi oluruq.” cavabını verib.  

 

Mənbə: Müəllif:
Fazil, Mustafa:, Milli, Məclis, hələ, belə, aşağılanmamışdı,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı
kaçak iddaa