301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
07 Sentyabr 2015 - Bazar ertəsi 13:03 3033 nəfər oxuyub
 
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
O da şəxsi çevrədəki insanlardan gəlir. Amma biz bunu daha çox partiyanın vəsaiti hesabına eləyirik. Çünki söhbət tək mənim namizədliyimdən getmir. Səksənə yaxın dairədən bizim partiyanın üzvlərinin namizədliyi veriləcək.
MÜSAHİBƏ Xəbəri
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”

Azərbaycan Respublikası Milli Məclisinə növbəti- beşinci seçkilərə artıq start verildi. Xeber365.com saytı da həm prosesi canlandırmaq, həm də seçiciləri millət vəkilliyinə namizədlərlə yaxından tanış etmək üçün “Milli Məclis-2015” adlı yeni layihəyə başlayıb. Layihəmizin növbəti qonağı millət vəkili və bu il yenidən namizədliyini verməyə hazırlaşan Fazil Mustafa. 

 
-    Fazil bəy, ölkədə seçki ab-havası varmı və xalq seçirmi?
-    Parlament respublikası modelində daha çevik və qaynar seçki mühiti olur. Prezidentli respublikada, adətən, prezident seçkiləri daha aktual olur və  əhəmiyyət kəsb edir. Çünki 20 illik bir dövrdə göründü ki, parlamentin elə də böyük səlahiyyətləri yoxdur. Parlament hökumətin formalaşmasında iştirak eləmir və tipik bir qanunvericilik fəaliyyəti ilə məşğuldur. Bu fəaliyyət də öz içində o qədər təşəbbüskar mexanizmi əhatə eləmir. Bu baxımdan da parlamentə maraq daha çox ayrı-ayrı siyasi qüvvələrin təmsilçilik marağından o tərəfə keçmir. Odur ki, ölkə siyasi elitasında yer almaq üçün siyasi mübarizə aparılır, amma bu, idarəetmədə iştirak, hansısa proseslərdə rol almaq mənasına gəlmir.  Təbii ki, parlament üzvləri arasında cəmiyyətdə, müəyyən məsələlərdə aktiv rol oynayan insanlar var. Amma bu onların fərdi performansı ilə bağlı məsələdir, qurumun verdiyi status deyil. Ona görə də canlanma bilavasitə parlamentin səlahiyyətlərindən asılıdır. Əgər parlament hökumətin formalaşmasında ciddi rol oynasaydı, koalisiya qurulmasında aparıcı mövqeyi olsaydı, onda siz tamamilə fərqli bir yarışın şahidi olardız. İndiki şərtlərdə bu, gözlənilən də deyil. Ümumiyyətlə, Azərbaycan cəmiyyətinin də ümumi tələbinə uyğun olaraq belə bir  aktivlik yoxdur. Buna da belə açıqlama vermək olar ki, əvvəllər siyasi mübarizənin amansızlığını müşahidə eləyirdik. İndi isə cəmiyyət üçün öndə olan hakimiyyət məsələsi yox, ölkənin təhlükəsizliyi məsələsidir. Çünki regionda, dünyada baş verən proseslər insanların hakimiyyətə gəlmək marağını bir az azaldıb. İnsanlar daha çox təhlükəsiz yaşamaq istəyirlər. Kimin idarə etməsindən asılı olmayaraq ölkənin xaosa çevrilməməsi, qarışıqlıq yaranmaması kimi oturuşmuş çoxluq düşüncəsi var. Bu da siyasi qüvvələrin həmin çoxluğu hərəkətə gətirməyə təşviq etməsində müəyyən qədər çətinlik yaradır.   Ona görə də belə bir passivlik gözləniləndir.
-    İndi xalq seçirmi, seçmirmi?
-    Təbii ki, müəyyən mənada parlament xalqın seçkisindən keçir. Amma “xalqın seçkisi” deyilən anlayışın özü də mücərrəd anlayışdır. Diqqət eləmisizsə, bir çox hallarda xalqın seçdiyi adam daha çox qaranlıq yollarla pul qazanıb, cəmiyyətə xərcləyən adam olur. Bir bölgədə xalqını sevən, ona bağlı ziyalı ilə ora asfalt çəkən, pul paylayan adamın namizədliyini verin. Əksə vaxt üstünlük ikinciyə veriləcək. Bu o deməkdir ki, “xalqın seçkisi” adlı modeli ideallaşdırmaq doğru deyil. Amma bütün hallarda  xalqın  aktiv rol alması müşahidə olunmasa da, hər bir namizədin tərəfdarlarının seçkilərdə  onu dəstəkləməsi faktı var. Yəni əhalinin 25 -i seçkidə iştirak eləyirsə, seçki baş tutmuş sayılır. Mən hesab eləyirəm ki, bunu 50-ə qaldırmaq lazımdı.  25 hamını arxayınlaşdırıb. Ona görə də kimin tərəfdarı çox gəlirsə, onun daha çox səs qazanmaq şansı var. Bir deputat, təqribən, 40 min nəfərlik məntəqədə seçilir. Elə deputat var ki, 2700 səslə seçilmiş sayılır. 40 min hara, 2700 hara? Bu ona görə belə olur ki, əhalinin səsverməyə gəlmə səviyyəsi aşağıdır.
-    Hikmət Hacızadə “Müsavat” qəzetinə verdiyi müsahibədə seçkilər haqqında “Azərbaycanda seçki olmayacaq, ona görə də seçkilərdə iştirak eləyənləri başa düşmürəm” deyib. Yəqin ki, “seçki olmayacaq” deyəndə demokratik seçkiləri nəzərdə tutub. Bu fikrə münasibətinizi öyrənmək istəyərdik.
-    Hikmət Hacızadənin sözünə görə, “yıxıl öl” prinsipi əsasdır. Ona qalsa, Rusiyada da o prinsiplə keçirilir seçkilər, Belarusiyada da, başqa ölkələrdə də. Təbii ki, ideal, Avropa modelinə yaxın seçki gözlənilmir. Amma  insanlar siyasətlə məşğuldurlarsa, cəmiyyət həyatına təsir göstərmək istəyirlərsə, mümkün modellərin içində yer almağa səy göstərməlidirlər. Parlament də onlardan biridir. Səlahiyyətləri azdır, buna baxmayaraq, siyasi fəaliyyətlə məşğul olan insanlar cəmiyyət həyatında öz fikirlərini, ideyalarını yaymaq üçün mütləq bu fürsətdən istifadə eləməlidirlər. Onun arzuladığı seçki modeli nədir?  Məsələn, 90-cı ildə bir seçki modeli oldu, həmin vaxt demokratik cinahdan biz də seçilmişdik. Amma Polyaniçko, ya da Mütəllimov kimi istədisə, parlamentdə demokratik cinahı o təmsil elədi. Çoxluğun guya Xalq Cəbhəsindən olması o demək deyil ki, onlar parlamentdə tam demokratik seçkidən sonra təmsil olundular. Əslində bir qismi razılıqla düşdü parlamentə. Yəni bütün hallarda belə neqativ təzahürlər mümkündür. Bunlara baxmayaraq, seçkilərdə iştirak eləmək partiyaların vəzifəsidir. Hətta ən anti-demokratik seçkidə belə iştirak eləyib onun demokratik keçmədiyini sübut eləmək lazımdır. Boykot etməyin, kənarda qalmağın heç bir anlamı yoxdur. Bu- passivlikdir və müqavimət duyğusunun itməsidir. Bu baxımdan da onun yanaşması ilə razı deyiləm. Seçki hansı keyfiyyətdə olur-olsun, siyasi qüvvələr- “Müsavat” da, AXCP-də, digər partiyalar da iştirak eləməlidir ki, sonra rastlaşdıqları neqativ hallar haqqında danışa bilsinlər.
-    Bu sizin neçənci namizədliyiniz olacaq?
-    Faktiki olaraq, dördüncü namizədliyimdir. Hətta beşinci də sayıla bilər. 90-cı ildə iki dəfə namizədliyimi vermişəm. Tələbə olarkən. İkisində də yüksək səs toplamışam. Sadəcə mane olublar. 2000-ci ildə namizədliyimi siyasi motivlərlə qeydə almayıblar. 2005 və 2010-cu illərdə 26 saylı 1-ci Sabunçu seçki dairəsindən deputat seçilmişəm.
-    Seçildiyiniz dairəni nə qədər yaxşı tanıyırsız?
-    Uzun müddət orda yaşamışam. İndi də valideynlərim yaşayır və tez-tez baş çəkirəm. Əhalinin bütün kateqoriyaları ilə çox yaxından tanışam və hər həftə orda seçiciləri qəbul eləyirəm. Müxtəlif səviyyələrdən olan insanlarla görüşlərim olur. Onlar da məni yaxşı tanıyırlar. Söhbət təkcə canlı təmasdan getmir. Hər dəfə televiziyada, mətbuatda onların problemlərini qaldıran millət vəkili kimi hansı mesajları, hansı müraciətləri varsa, heç birinə diqqətsiz yanaşmıram. Buna görə də seçici ilə bağlı bir problemim yoxdur. Heç kim deyə bilməz ki, məni tapa bilmədi. Mən hər həftə, hətta bayram günləri belə gedib orda oturmuşam və gələn insanları qəbul eləmişəm. Gücüm çatanı eləmişəm, çatmayanın da hansı yollarla həll olunduğunu demişəm. Ona görə də inciyən də, problemi həll olunmayan da bilib ki, mən ona səmimi, açıq cavab vermişəm.
-    Belə çıxır ki, həmin dairədə sosial bazanız var.
-    Mənim sosial bazam böyükdür və ordan kifayət qədər səs alacağıma da əminəm. Bu il əvvəlkindən də yüksək səs almağı proqnozlaşdırıram. Çünki bu il tanınma imkanlarımız daha çox oldu. Xüsusilə də media vasitəsilə. Seçicilərin böyük hissəsinə vaxtlı-vaxtında kitablarımı çatdırıram. Onların çoxu facebook dostlarımdır. Bunların hamısı səbəbsiz deyil. Cəmiyyətin neqativ məsələləri üzərinə cəsarətlə getdiyim vaxtlarda çoxlu düşmən də qazanırıq. Məsələn, ölkənin problemləri, tarixlə, müasir dövrlə bağlı fikirlərimizi cəmiyyətə açıq söyləyirik.  Bu xeyli düşmən qazandırır. Amma ona rəğmən insanların dəstəyi də böyükdür. Bu baxımdan da problem görmürəm. Bununla belə yenə də ciddi çalışıram. Mən beş il ərzində, seçki bitən kimi seçkiyə hazırlaşanlardanam.
-    Azərbaycanın hazırkı parlamentinə münasibətiniz.
-    “Parlament necə olmalıdır” sualına bir cavab veririk. Bir də var “parlament necədir” sualına cavab vermək. Mövcud parlament bizim arzuladığımız müəyyən etalonu əhatə eləyən parlament deyil. Amma ölkə həyatında, müəyyən qanunvericilik fəaliyyətində rolu olan ciddi bir mexanizmdir. Burda təmsilçilik də böyük təcrübə verir. Ancaq yaxşı olardı ki, parlamentdə, məsələn, partiyaların müxalifət fraksiyası olsun, müxalifət haqqında qanun qəbul edilsin, müəyyən dərəcədə qanun yaradıcılığı prosesinə imkan yaradılsın. Bunların böyük əksəriyyəti hələ həllini tapmamış məsələlərdir. Məsələn, parlamentin komitə rəhbərliyində, idarəetməsində, rəhbərliyində heç bir müxalifət təmsilçisi yoxdur. Bizimki Qafqazda yeganə parlamentdir ki, bunların heç biri yoxdur. Çoxpartiyalı sistemin gerçək təzahürləri olmalıdır parlamentdə. Sadalananlar da olarsa,  insanların müzakirələri diqqətlə izlədiyi normal qanunvericilik orqanı görərik. Amma yenə də bizim baxış bucağımızdan parlament bir tribunadır və orda cəmiyyətin problemlərini vaxtaşırı qaldıranda  insanların marağı bir az artmağa başlayır. Hər halda hər kəs öz vicdanı ilə hərəkət eləyib, ən azı, aldığı maaşın haqqını verməlidir, seçicinin ondan gözlədiklərini qismən yerinə yetirməyə çalışmalıdır. Ona görə də sırf parlament fəaliyyəti bir vicdan fəaliyyətidir. Yəni bunu eləmək artıq hər kəsin öz seçimidir. Mən beş il girələnə də bilərəm, beş il insanlara əlimdən gələn qədər fayda da verə bilərəm.
-    Müsahiblərimizdən bəziləri deyirlər ki, millət vəkili məişət problemlərini həll eləməməlidir, onun işi qanunvericilikdir. Siz də qeyd etdiz ki, seçicilər asfalt çəkən namizədə səs verirlər, nəinki onu maarifləndirən. Amma deputata səs verən insanı həmin anda maraqlandıran, məhz, məişət problemləridir.
-    Doğrudur, insanların böyük əksəriyyətini bu maraqlandırır. Ona görə də belə problemləri kənara qoymaq olmaz. Sadəcə bir şeyi bilmək lazımdır: deputat problemi həll edən deyil, hakimiyyət orqanları ilə vətəndaş arasında vasitəçidir. Məsələn, ölkənin, rayonların infrastrukturunun yaxşılaşdırılması ilə bağlı dövlət  proqramları hazırlanır. Neçə dəfə olub ki, mən ora təkliflərimi təqdim eləyib qəbul etdirmişəm. Onların içində asfaltlama da var,  qaz məsələsi də. Düzdü, qazlaşdırma məsələsi artıq əvvəlki kimi problem deyil, xeyli həll olunub. Su məsələsi həll olunub, elektriklə bağlı problemlər müəyyən dərəcədə ortadan qaldırılıb. Ölkənin sosial-iqtisadi inkişafı artdıqca problemlər də azalmağa başlayır. Ancaq əsas problem  məmur etinasızlığı ilə bağlıdır. Biz də bunun qarşısını almaq üçün deputat kimi  müraciət olunan məsələləri dərhal lazımi orqanlara göndəririk, şifahi qaydada həll eləyirik və çox vaxt da bizim məktublara cavablar gəlir, vətəndaşın məsələsi həllini tapır. Elə vətəndaş olur ki, problemi məhkəməlikdir.  Bizim məhkəməyə məktubla müraciət etməyimiz doğru olmaz. Amma məhkəmə heyətilə görüşərək problemin qanuni əsaslarla  həllinə köməklik göstərmələrinə diqqətlərini yönəltməyə çalışırıq. Yəni onlar müstəqildirlər, qanuna uyğun qərarlar çıxardırlar, ancaq biz də fikrimizi bildiririk ki, vətəndaşın işində bu, bu nüanslar nəzərə alınsa, yaxşı olar. Bir də qeyri-hökumət təşkilatları vasitəsilə rayon ərazisində imkansız ailələrə çox böyük dəstək veririk. Sadəcə bunların bir çoxunu açıqlamağı doğru hesab eləmirəm. Çünki insani borc kimi baxıram, amma  istər  Qurban bayramı olsun, istər başqa vaxtlar, əlillərlə bağlı və digər məsələlərdə xeyli kömək eləyirik. 
-    Seçicilər niyə sizə səs verməlidirlər?
-    Seçicilər belə öhdəlik daşımırlar. İdeal insan da olmur, ideal deputat da. Məsələyə müqayisəli yanaşılmalıdır. Mən cəmiyyətin, insanların problemlərini  hər dəfə gündəmə gətirən bir millət vəkili kimi bu işə vicdan borcu baxıram çox vaxt.  Vəzifə borcu kimi yox. Sağ olsunlar, jurnalistlər də bunu qiymətləndirirlər. On ildi, ən fəal millət vəkilləri sırasında  mən həmişə nəzərdə tutuluram. Parlamentin kanalı olmadığına görə bizim çıxışlar nümayiş olunmur. Əgər olunsaydı, seçicilər görərdilər ki, hər iclasda yeddi, səkkiz, on məsələ ətrafında mənim çıxışlarım olur. Həm hüquqşünas kimi, həm siyasətçi kimi. Qaldırdığım xeyli problemlər var ki, onların müəyyən bir qismi həllini tapır.  Seçicinin hansı parametrlərə uyğun deputat istədiyi başqa məsələ, amma biz hesab eləyirik ki, millət vəkilinin meyarını həm də özümüz təyin eləməliyik. Məsələn, mən televiziyada təhsildən, müəllimlərdən tutmuş səhiyyət işçilərinə qədər hamısının problemlərini dilə gətirirəm. Onların bir qismi də mənim seçicimdi. Bürokratik süründürməçiliyə qarşı fikrimi söyləyirəm, insanların yaşayış səviyyəsinin aşağı olması, adi bir ərzağı almaqda çətinlik çəkməsi ilə bağlı  məsələləri də hökumətin iclaslarında açıq söyləyirəm, təkliflər verirəm. Üstəlik hökumətin hər hesabatından öncə sosial şəbəkələr vasitəsilə  həm seçicilərə, həm də cəmiyyətə müraciət eləyirəm ki, hansı təklifləri varsa, versinlər, mən onu səsləndirim. Əgər açıq fəaliyyətin başqa bir forması olarsa, onu da eləməyə hazıram. Amma hesab eləyirəm ki, müasir Azərbaycan reallığında seçicinin qabağına  alnıaçıq çıxmaq  rahatlığını daşıyıram. Səs verib verməməksə artıq onların seçimidir.
-    Ölkə prezidentinin siyasətinə münasibətiniz. 
-    Hesab eləyirəm ki, ölkə prezidentinin xarici siyasəti yüksək səviyyədədir. Onu yüksək qiymətləndirirəm.  Məsələn, bu gün mən də anlayışlı xarici siyasətin müəyyən olunmasına çalışardım. Çünki  indiki şərtlərdə əsas vəzifə Azərbaycanın təhlükəsizliyinin qorunmasıdır. Hətta demokratiyadan da öncə budur.  Yəni Azərbaycanın Liviya, Suriya,  xaotik vəziyyətdə olan başqa ölkələrə çevrilməməsidir. Xarici siyasətdə xüsusilə də Rusiya ilə, Avropa ilə balansın, məsafənin  doğru qorunmasını müsbət  hesab eləyirəm.  Nə çox Rusiyaya yaxın, nə Rusiyadan uzaq. Çünki bu gün Rusiyanın siyasətində işğalçılıq motivləri qabarmağa başlayır. Ona görə də çox ehtiyatlı bir siyasət izləməliyik. Eyni zamanda Avropa ilə də. Nə Avropanın işimizə çox müdaxilə eləməsi, nə də Avropa qurumlarından uzaqlaşmaq siyasəti yürüdülür. Bu da müsbət bir şeydir. Türkiyə ilə münasibətlər çox yaxşıdır. İranla məsafəli münasibətin saxlanmasına  müsbət yanaşıram. Ermənistanla hərbi ritorika  ilə sərt üslubda danışılmasını da müsbət qiymətləndirirəm. Qaldı daxili siyasətə.. Burda da müəyyən müsbət məqamlar var. Xüsusilə də ölkənin yol infrastrukturunun inkişafı. Rayonlara gedəndə artıq bunu hiss eləyirsən. Elektrik, yanacaq, su və başqa problemlərin müəyyən dərəcədə həllini müsbət qiymətləndirirəm. Ancaq  daxili siyasətdə müəyyən çatışmayan məsələlər də var. Onları da vaxtaşırı gündəmə gətiririk. Xüsusilə məmur özbaşnalığı ilə bağlı məsələləri. Məsələn, bir şəxsin uzun müddət eyni vəzifəni tutması. Rotasiya olmadan idarə eləmə çox təhlükəlidir. Bu da özbaşnalığın əsas səbəblərindən biridir.
-    Bəs siyasi məhbusların olması? 
-    Siyasi məhbuslar məsələsində daha çox məhkəmə ilə bağlı problemlər görürəm. Siyasi motivli məhbus anlayışı Azərbaycan cəmiyyətində əslində  formal mənada təsdiqini çox da tapmır. Məhkəmə pozuntuları ilə mühakimə olunan, yaxud da həbs edilən insanlardan söhbət  gedir. Hətta hakimiyyətin xoşuna gəlməyən bir insan ola bilər. Amma onu həbs eləyirsənsə, mütləq hüquqa söykənməlisən. Çox vaxt məhkəmədə alınan qərarların hüquqa uyğun olmadığı qənaətinə gəlirsən. O baxımdan da məhkəmə sisteminin ciddi islahata ehtiyac var.
-    Yəni Azərbaycanda siyasi məhbus yoxdu, yaxşı işləməyən məhkəmə var?
-    Bizdə siyasi fəaliyyətlə məşğul olan və fəaliyyəti məhdudlaşdırılan insanlar var. Amma siyasi məhbus  adı tamam başqa bir şeydir.  Siyasi məhbus Soljenitsın idi. Siyasi məhbus gerçək dissident həyatı yaşayan insanlardır. Bunlar nə dissident həyatı yaşayır? Böyük əksəriyyəti Avropa qurumları ilə vaxtında müəyyən əməkdaşlıq eləyən, müəyyən dərəcədə də hakimiyyətin özü ilə də yaxın olan insanlardır. Məsələn, əgər söhbət AXCP-dən gedirsə, onların böyük əksəriyyəti 95-ci ildə hakimiyyətlə yaxın olan adamlar idi. Sadəcə uzlaşmadıqlarına görə, müəyyən problemlər yarandığına görə bu gün hamısı təqib olunur. Onların çıxardıqları qəzetlər də hakimiyyəti dəstəkləyən qəzetlər idi. Əgər söhbət Xədicə İsmayılovadan gedirsə, “Günaydın” qəzetində köşə yazırdı. Onda da AXCP filan hamısı hakimiyyətlə işbirliyi içində idi,  parlamentdə də təmsil olunurdu. Ona görə də bu təyinat çox mürəkkəb məsələdir. Amma büötvlükdə insan hüquqları müdafiəçilərinin həbsdə olmasına çox pis tendensiya  kimi baxıram. Siyasətçilərin həbsdə olmasına da həmçinin. Məsələn, siyasi məhbus kateqoriyasına daha çox Tofiq Yaqublu uyğun gəlir. Onun fəaliyyəti sırf siyasətlə bağlıydı. Amma çox vaxt onu siyasi məhbus adlandırmırlar. Tamamilə başqa kateqoriyadan olanları- jurnalisti, ya da başqalarını adlandırırlar. Odur ki, təyinat bir az mübahisəli olduğuna görə bu termini işlətməyi doğru  saymıram. Ancaq  hesab eləyirəm ki, məhkəmələrin qəbul elədiyi təkcə siyasi motivli yox, hətta mülki xarakterli  məsələlərdə də o qədər nöqsanlar var ki, bunların ortadan qaldırılması çox çətindir. Ciddi islahat tələb eləyir. Cəmiyyətin məhkəməyə güvənini artırmaq lazımdır. Məhkəmə hakimiyyətinin xeyli  zəif vəziyyətə salınması daxili  siyasətdə bizi narahat edən hallardan biridir.  Bir də  icra başçılarının rayonlarda özbaşnalığı, sahibkarları incitməsi- bu, prezident səviyyəsində dilə gətirilir –kimi problemlər var. Daxili siyasətdə bunların hələ mövcud olması Azərbaycan üçün yaxşı imic yaratmır. Diqqət eləyirsizsə, Azərbaycanı turistik bölgəyə çevirə bilmirik. Hamı qaçır Gürcüstana. Çünki korrupsiyanın səviyyəsi aşağı düşəndə  turizm də rahat inkişaf eləyir. Korrupsiya ilə bağlı problemlər var və bunların hamısını tədricən ortadan qaldırmaq lazımdır.
-    Seçki kampaniyası üçün gərəkli büdcəniz varmı? Varsa, mümkünsə mənbəni göstərərdiz.
-    Seçki kampaniyası əsasən ianələr hesabına aparılır. O da şəxsi çevrədəki insanlardan gəlir. Amma biz bunu daha çox partiyanın vəsaiti hesabına eləyirik. Çünki söhbət tək mənim namizədliyimdən getmir. Səksənə yaxın dairədən bizim partiyanın üzvlərinin namizədliyi veriləcək. Onların hamısı üçün adi bir sənədin hazırlanması minimum 70-80 manat pul eləyir. Bu da ümumilikdə hardasa on mini aşan bir məbləğ olur.  Buna görə də daha çox partiya fondu vasitəsilə işləri görürük. Dövlət büdcəsindən verilən vəsaitdən də bu istiqamətə daha çox ayıracağıq.
-    Seçkilərin demokratik keçəcəyinə inanırsızmı?
-    Seçkilərin ideal demokratik keçəcəyinə inanmıram. Amma hər halda seçki prosesi qanunvericiliyə uyğun şəkildə keçiriləcək. Buna hərə öz şərhini verə bilər, amma ümid eləyək ki, demokratik olacaq. Hesab eləyirəm ki, dairə və məntəqə seçki komissiyalarında insanlar öz məsuliyyətlərini dərk eləyəcəklər. Bütövlükdə seçkinin tam demokratik keçməsi üçün seçki məntəqələrini məktəblərdən çıxarmaq lazımdır. Ayrıca, tabe olmayan bir qurum yaradılmalıdır. Bunlar olanda daha demokratik seçki gözləmək olar. Seçkinin demokratik keçməsi ölkənin imici üçün vacibdir. Yəqin ki, hakimiyyət də bunu nəzərə alacaq. Çünki  sabah Avropada, başqa yerlərdə seçki ilə bağlı əleyhimizə qərarların çıxması xoş deyil və Azərbaycanın mövqeyini zəiflədir.
-    Fazil müəllim, zəhmət olmasa, o fikrinizi bir az aydınlaşdırardız. Seçki məntəqələri məktəblərdən çıxarılanda saxtakarlıq, karusel olmayacaq?
-    Onda müstəqil olur. Məsələn, tutaq ki, Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə tapşırılır. Yəni bir qurum məsuliyyət daşıyır. Həm də bu qədər maliyyə ayrılmır seçki sferasına. Vəsait daha çox seçkinin normal, demokratik keçməsinə sərf olunur. Həm də məsuliyyət daşıyan konkret orqan müəyyənləşir. Bunu mexanizm olaraq  bir çox ölkələr tətbiq eləyir. Saxtakarlıq ola bilər, amma mən bütövlükdə geniş bir islahatdan danışıram. Təbii ki, orda oturan insanların da dürüstlüyü, problemə baxışı fərqli olmalıdır. Olarsa, daha  ideal, sizin arzuladığınız demokratik seçkidən söhbət gedə bilər. Amma indiki şərtlərdə  seçkinin qanunvericiliyə uyğun keçirilməsi Azərbaycanın imici üçün vacibdir. 
-    Rusiya, yoxsa Avropa? 
-    Nə Rusiya, nə Avropa. Hər ikisi ilə məsafəli münasibət və çevik siyasət dəyişikliyi. Çünki indiki şərtlərdə bizim artıq  oriyentasiya müəyyən eləmək qədər təhlükəli bir seçimimiz ola bilməz. Bu çox təhlükəli bir şeydir. Gürcüstanın, Ukraynanın aqibətinə düşə bilərik.  Ona görə də hər ikisi ilə dostluq, normal münasibət, amma bir evdə yaşamamaq. Əsas budur. Elə eləməliyik ki, onlar bizim həyətə daş atmasınlar, biz də daşı götürüb onların həyətinə  qaytarmayaq. Onsuz da bizim əlimizdə daş yoxdur.
-    Son dövrlərdə Azərbaycanda dini təriqətlərin sayı artır.  Hər gün Suriyaya gedən, İŞİD-ə qoşulan həmvətənlərimiz barədə xəbərlər eşidirik. Sizcə, qanunvericilikdə sərt addımlar nəzərdə tutmaqla bunun qarşısını almaq olarmı?
-    Qarşısını almaq, əlbəttə, mümkündür. Dövlət də alır. Qanunvericilik sərtləşdirilir. Ora gedən insanlar tutulur, amma ən böyük problemlərdən biri dövlətin özü ilə bağlıdır. Dövlət  dini-maarifçilik istiqamətində fürsətləri lazımi səviyyədə dəyərləndirsə, belə problemlər də olmaz.  Azərbaycanı Türkiyə ilə müqayisə eləyin. Bu qədər cəhalətin baş aldığı ölkədə dini- maarifçilik proqramlarının sayı minimum səviyyədədir. Demək olar ki, İctimai kanaldakı yarımsaatlıq verilişdən başqa heç nə yoxdur. Ramazan ayında bir veriliş də verilmədi ki, insanlara islam dininin nə olduğunu, onların yaşadığının nə olduğunu başa salsın. Ona görə də dövlət ehsanlarla, başqa məsələlərlə bağlı siyasət aparmaq istədi, amma əhali qəbul eləmədi. Dedilər ki, yox, biz israfçılığa davam eləyəcəyik, islam adı ilə başımıza girmiş dini yaşadacağıq. İslama dəxli olmayan bir həyat tərzi. Bu da gətirir nəyə çıxardır? Ayrı-ayrı ölkələrin təsirində olan qüvvələrdən biri daha çox ənənəvi islam adı ilə ölkədə cəhaləti yayır. Biri də  balağını kəsir, ya da saqqalını uzadıb təhrif olunmuş bir islamı yayır. Ona görə də mahiyyətcə islam yayılmır ki, sən niyə gedib filan yerə qoşulursan deyə qınayasan. Bunun qarşısını isə yalnız maarifçiliklə almaq olar.
-    Müasir qanunvericilikdə hansı boşluqları görürsüz? 
-    Əslində müasir qanunvericilik boşluqlarla dolu deyil. Çünki biz Avropada olan bütün konvensiyaları burda qəbul eləmişik, ona uyğun da qanunlar qəbul eləmişik. Harda boşluqlar varsa, onlarla məşğul oluruq. Elm haqqında qanun və başqa qanunlar müəyyən qədər ləngidilir. Bu da bəzi hallarda korparativ maraqlardan irəli gəlir, amma bütövlükdə qanunun icrasında problem var. Qanunlardakı boşluqlardan yox, onların icrasındakı problemlərdən danışmaq lazımdır. Məsələn, deyirlər, Xəzər dənizinin sahilini mənimsəmək olmaz. Hamı gedib rüşvətini verir, hasarını çəkir. Qanun məmur övladları ilə digər vətəndaşlara eyni cür tətbiq olunmur. Və ya gender bərabərliyini qəbul eləmişik, amma bizdə qadına hüquq verən cəmiyyət varmı? Qadının ən çox əzildiyi cəmiyyət Azərbaycandadır, Hüquqlarının tapdandığı cəmiyyət Azərbaycandadır, təhsil hüququndan məhrum edən cəmiyyət Azərbaycandadır. Qızların böyük əksəriyyəti 14-15 yaşında ərə verilir, təhsil almırlar. Dəfələrlə təklif eləmişik ki, xüsusi kolleclər yaradılsın, bu qızlar savadsız olmasınlar. Çünki cəmiyyətin əsas problemi ananın savadı ilə bağlıdır. Bunları eləməyəndə problemlər qalır və artır. Bu baxımdan da mən qanunun icrası ilə bağlı çox ciddi problemlər olduğunu düşünürəm.
-    Yenidən millət vəkili seçilsəniz, nəzərdə tutduğunuz işlər. Milli məclisdə ilk təklifiniz hansı olardı, hansı problemləri qaldırmaq istəyərdiz?
-    Təbii ki, mən elm haqqında qanunun qəbul olunmasına çalışacam. Sonra rəqabət haqqında qanunun. Çünki sahibkarlığın vəziyyəti çox ağırdır. Sonra müəllimlərin problemlərinin həlli məsələsi. Uşaqların repetitor fəaliyyətindən kənar da məktəbə axını üçün bir siyasət izlənməlidir.  Bir də aztəminatlı, xüsusilə də əlillərlə bağlı  məsələnin gündəmə gətirilməsi, çoxuşaqlılığın stimullaşdırılması  məsələsi. Məsələn, üçdən çox uşağı olan ailələrə əlavə dövlət müavinətinin verilməsi. Biz müharibə aparan dövlətik və bu böyük problemə çevriləcək bir neçə ildən sonra. Ona görə də dövlətin əhali sayını məhdudlaşdırma yolu tutması yanlış olar. Bizdə daha çox artıma meyl güclənməlidir. Bir də analıq institutunun gücləndirilməsi. Rusiyada olduğu kimi təkcə doğuşdan sonra yox, hamiləlik dövründən qadınlar üçün yüksək səviyyədə xüsusi fond yaradılması və vəsait verilməsi. Bir məsələ də var- 18-20 yaşına çatmış və müxtəlif xəstəliklərdən əziyyət çəkən, müalicəsi 20 min manatdan yuxarı vəsait tələb edən uşaqlar üçün fondların yaradılması. Böyüklərin 60-70 yaşdan sonra müalicə olunması problemi öz həllini tapmaya bilər, həyatdır. Amma onlar, heç olmasa, ömrünün bir hissəsini yaşayıblar. Ancaq körpə uşaqların pulsuzluqdan müalicə olunmaması böyük faciədir.
-    Bu dediyiniz fondlar və sair.. Onların yerinə tibbi sığorta məsələsinin həlli daha məqbul olmazdımı?
-    Tibbi sığorta məsələsi Azərbaycanda mümkün deyil. Azərbaycan şərtlərində şadlıq evlərinin ləğvi qədər çətin bir məsələdir. Çünki buna subyektiv, korparativ maraqlar imkan vermir. Yoxsa tibbi sığorta olsa, vətəndaşın heç bir problemi qalmaz. Ancaq tibbi sığortanın tətbiqi indiki halda Azərbaycan üçün zərərlidir. Tibbi sığorta o vaxt fəaliyyət göstərir ki, sahibkarlıq inkişaf eləsin. Ora kim pul keçirəcək? Ən çox yüksək gəlir əldə eləyənlər. Azərbaycanda milyoner varmı? Yox. Kimsə pulunu göstərirmi ki, nə qədər vergi ödəyir? Amma Türkiyədə bir müğənninin nə qədər vergi verdiyini bilirsən. Azərbaycanda müğənnilərin nə qədər vergi ödədiyini öyrənmisiz? Bu o deməkdir ki, vergi ödəyən bir cəmiyyət olmalıdır. O, tibbi sığortaya pul keçirtməlidir. Dövlət hər dəfə ora büdcədən pul ayırmayacaq ki?! Buna görə tibbi sığrtanın işləmə mexanizmi indiki şərtlərdə real deyil. Amma ümid eləyək ki, yaxın gələcəkdə zərurətə çevriləcək. İndi də zəruridir. İndi insanların çoxu pulsuzluqdan müalicə oluna bilmirlər. Amma şəhid ailələri adi sığorta pulunu ala bilmir. Bu məsələni on dəfə qaldırmışam ki, qan pulunu yemək olmaz. Belə problemlər kifayət qədər var. Amma biz optimist olmalıyıq. Yəni bunun dəyişməsi üçün hər bir kəs çalışmalıdır. Mən də millət vəkili seçilsəm, mütləq davam eləyəcəm. Demirəm, yeni bir şey icad eləyəcəm, amma ən azı doğruları, cəmiyyətin problemlərini dilə gətirməyə davam eləyəcəm. Çalışacam ki, insanlar, ən azı, bizim laqeyd olmadığımızı, problemlərə öz təşəbbüsümüzlə qatılmaq və insanlara fayda vermək istədiyimizi anlasınlar. 

Mənbə: (XƏBƏR365) - Xəbər365 Analitik İnformasiya Mərkəzi Müəllif: XƏBƏR365
Fazil, Mustafa:, “Siyasi, məhbus, Soljenitsın, idi., Bunlar….”,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Putin dedi ya xalqa atəş açacaqsan, ya hakimiyyəti itirəcəksən...
Rəqibimiz Yeni Azərbaycan Partiyasıdır – Anar Əsədli
Prezident İlham Əliyev İspaniyanın El Pais qəzetinə müsahibə verib - TAM MƏTN
"Paşinyan Azərbaycanla sülh müvaqiləsi bağlamaq üçün tələsməlidir" - Ay Partiyanın başqan müavini
Bu hiylələrə uymaq olmaz - AY Partiya Başqanı
“O torpaqlarda hələ də Azərbaycan bayrağı dalğalanmırsa...”
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı