The document has moved here.
|
||
Fevralın 1-dən restoranlar şənbə və bazar günləri də yerində xidmət göstərə biləcək | ||
- Xəbəri | ||
![]() |
||
|
||
"Fevralın 1-dən sonra şənbə və bazar günləri də ictimai iaşə müəssisələri yerində xidmət göstərə biləcək". "Xəbər365" APA-ya istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O bildirib ki, həftəsonları ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı isə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin 16 yanvar 2021-ci tarixli qərarına əsasən, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur. |
||
|
||
Fevralın, 1-dən, restoranlar, şənbə, və, bazar, günləri, də, yerində, xidmət, göstərə, biləcək, |
|