Xəbər haqqında
02 Yanvar 2018 - Çərşənbə axşamı 21:51 787 nəfər oxuyub
 
FHN alpinistlərin axtarışını tamamilə öz nəzarətinə alsın - Təklif
BAXIŞ Xəbəri
FHN alpinistlərin axtarışını tamamilə öz nəzarətinə alsın - Təklif

"Dağda itkin düşən 3 pırıl-pırıl gəncin ətrafında spekulyasiyalar gedir. Dünən axşama doğru iyrənc iddialar oxudum. Qanım dondu. Sözünün dalında duran şəxs adını verər. Anonim qalmaz. Anonim şəkildə camaata qara yaxmağa çalışdılar".

 

Xeber365.com bildirir ki, bu sözləri ictimai məsələlərə biganə qalmayan məşhur uroloq Vasif İsmayıl öz Feysbuk hesabında yazıb. O, bir həftədir Tufandağda itkin düşən 3 alpinistin hələ də tapılmaması ilə bağlı narahatlığını bildirməklə yanaşı, onların axtarışı ilə bağlı təklif irəli sürüb:

 

Картинки по запросу vasif ismayıl

 

"Fövqəladə Hallar Nazirliyi (FHN) öz işini görür. Onlar işlə məşğul olduğu vaxt, kimsə intriqa üçün vaxtı olduğundan ortaya bir daş atdı. FHN-nin ortaya intriqa salacaq vaxtı olmadığı üçün...

 

Sizləri öz yazılarımla dəfələrlə dağlara səsləmişəm. Bu məsələ üçün, dağda 3 gəncin itkin düşməsindən dolayı mən də məsuliyyət daşıyıram. Ondan ötrü bu məsələni diqqətdə saxlayıram.

 

Bildiyim budur:

 

- FHN qurtarma əməliyyatını tamamilə öz nəzarətinə almalıdır;
- FHN bu məsələ ətrafında müntəzəm olaraq cəmiyyətə məlumat verməlidir.

 

Alpinistlər niyə tapılmırlar? Çünki onları tapmaq çətin işdir. Həqiqətən, çətin işdir.

 

Qardaş, dağlar zarafat deyil. Mən niyə bir qayanın başına çıxıb Traxtur şarfını qaldırıb altı ay bunu profilimdə reklam elədim? Çünki o qaya parçasının adı Kazbekdir, və o Kazbek bir dağdır. Dağ isə sadə qaya deyil.

 

Bu faciəyə baxmayaraq, dağa gələcəksinizmi? Əlbəttə gələcəksiniz. Həqiqət dağlarda tapılır.

 

Bu gün aşağıda qurduğumuz qanunpərəst cəmiyyətin qaydaları dağda işə yaramır. Oranın öz qanunları var. Əsl cəngəllik elə dağlardır. Oranın öz qaydaları var. Qoy camaat işini görsün.

 

Onsuz da FHN zabitlərinin gününü qara elədilər. Ev yox, eşik yox. Bütün günü qarın, buzun üstündə. Ən yaxşı halda "qreçka" yeyirlər. Amma ortada intriqa var. Elə bir intriqa var ki, mənim kimi "demaqoq" da danışmağa ehtiyat edir".

Mənbə: Müəllif:
FHN, alpinistlərin, axtarışını, tamamilə, öz, nəzarətinə, alsın, -, Təklif,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı