The document has moved here.
|
||
FHN: “Şəkidə yanğının söndürülməsi əməliyyatları davam edir” - YENİLƏNİB | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
Şəki rayonunun Kiş kəndi yaxınlığında dağlıq ərazidə baş verən yanğınla bağlı son durum açıqlanıb.
Xeber365.com-un Fövqəladə Hallar Nazirliyindən (FHN) əldə etdiyi məlumata görə, yanğın nəzarətə götürülüb:
"Hazırda yanğının söndürülməsi əməliyyatları davam edir”.
Qeyd edək ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Yanğınla mübarizə tədbirlərinə FHN-in Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopterləri cəlb olunub.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, rayonun Kiş kəndindən 8-9 km aralıqda, yüksək və mürəkkəb relyefli dağlıq ərazidə ötən gün günorta saatlarından başlayan yanğın bu gün səhər saatlarında məhdudlaşdırılıb. Hazırda ərazidə tam söndürmə və kəşfiyyat işləri aparılır.
Qeyd edək ki, yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq texnikaları, 60 nəfər canlı qüvvəsi, Mülki Müdafiə Qoşunlarının 30 nəfər şəxsi heyəti, Aviasiya dəstəsinin iki ədəd helikopteri həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 100-ə yaxın əməkdaşı cəlb edilib. |
||
|
||
FHN:, “Şəkidə, yanğının, söndürülməsi, əməliyyatları, davam, edir”, -, YENİLƏNİB, |
|