Xəbər haqqında
12 Yanvar 2018 - Cümə 15:12 140 nəfər oxuyub
 
Əfqan Muxtarlıya hökm oxundu
GÜNDƏM Xəbəri
Əfqan Muxtarlıya hökm oxundu

Bu gün Balakən Rayon Məhkəməsində həbsdə olan jurnalist Əfqan Muxtarlının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
 

Xeber365.com-un “APA”ya istinadən məlumatına görə, iclasda dövlət ittihamçısı çıxış edib.
 
Prokuror Ə. Muxtarlının 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Bundan sonra məhkəmə müşavirəyə gedib.
 
Müşavirədən sonra hökm oxunub.
 
Hökmə əsasən, Ə. Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, Baş Prokurorluğun məlumatında bildirilir ki, Ə. Muxtarlı ötən il mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən o, xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanıb. Bundan sonra Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

 

Mənbə: Müəllif: XƏBƏR365
Əfqan, Muxtarlıya, hökm, oxundu,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı