Xəbər haqqında
05 Yanvar 2018 - Cümə 11:42 1817 nəfər oxuyub
 
Fransa prezidenti Ərdoğanı sərt tənqid etdi
DÜNYA Xəbəri
Fransa prezidenti Ərdoğanı sərt tənqid etdi

Fransa prezidenti Emmanuel Makron, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Paris səfəri ərəfəsində rəsmi Ankaranı sərt tənqid edib.

 

Xeber365.com Cumhuriyyət-ə istinadən bildirir ki, Fransa prezidenti bununla bağlı çıxışında əsas diqqəti “mətbuat və söz azadlığına edilən müdaxilələrə” çəkib. Makron bildirib ki, Türkiyə Avropa dəyərlərinə uymalıdır. Çünki rəsmi Avropa İnsan Hüquqları Konvensiyasına imza atıb.

 

Fransa prezidenti jurnalistlərə xitabən “Keçən il 65 həmkarınız öldürüldü, 326 jurnalist isə bu gün də həbsxanadadır. Çünki onların sözləri bəzilərini narahat edir. Çünki təhdid və senzura ilə sizləri dayandıra bilmirlər”- deyə avtoritar rejimləri tənqid edib.
 

Makron Türkiyədə həbs olunan jurnalistlərə işarə edərək sözlərinə bu cür davam edib: “Söz və ifadə azadlığı bütün azadlıqların ən üstündə dayanır. Bu xüsusiyyətinə görə diktatorlar tərəfindən ilk yox edilən azadlıq məhz bu olur. Bu vəziyyət qəbul edilə bilməz. Ona görə də hər dəfə bir jurnalist həbs olunanda azadlığa çıxması üçün hərəkətə keçir, əlimizdən gələni edirik”. 
 

Makron bu istiqamətdə Türkiyə ilə aparılan danışıqları xatırladaraq Ərdoğanın Paris ziyarəti ərəfəsində yenidən həbsdə olan jurnalistlərin azadlığa buraxılması üçün çağırış edib: “Türkiyə ilə son aylarda 2 böyük çətinliyi aradan qaldırdıq. Jurnalist vətəndaşlarımız Mathias Depardon ve Loup Bureau həbs edilmişdi. Prezident Ərdoğan ilə birbaşa dialoqa girdim. Bu vətəndaşlarımızın dərhal azadlığa buraxılmalarını istədim. Jurnalist təşkilatları da bizimlə birlikdə işlədi. Həmin təşkilatları təbrik edirəm. Hər dəfə hərəkətə keçərək nəticə əldə etməyi bacarırlar. Birlikdə işə başladıq və hədəfimizə nail olduq. Ancaq Türkiyədə bir çox jurnalist hələ də həbsdədir. Onların arasında avropalı jurnalistlər də var”.
 

Fransa Prezidenti Ərdoğanla bu gün keçirəcəyi görüş çərçivəsində həbsdə olan jurnalistlərlə bağlı məsələni yenidən gündəmə gətirəcəyini deyib. 
 
 

 

Mənbə: Müəllif:
Fransa, prezidenti, Ərdoğanı, sərt, tənqid, etdi,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı