301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
14 Yanvar 2016 - Cümə axşamı 17:09 1804 nəfər oxuyub
 
Fuad İbrahimov:
İlk növbədə prezident yanında keçid dövrü üçün İqtisadi Təhlükəsizlik Şurası yaradılmalıdır. Bu şura vasitəsilə bütün dövlət orqanlarına müdaxilə edilməlidir.
MÜSAHİBƏ Xəbəri
Fuad İbrahimov:

Fuad İbrahimov – bu ad siyasi-iqtisadi prosesləri izləyənlər üçün yenidir, yaxud heç nə deməyə bilər. Amma Yeni Azərbaycan Partiyasının, həm də Demokratiya və Rifah Hərəkatının üzvü, iqtisadçı alim Fuad İbrahimov çəkinmədən ölkənin mövcud mənzərəsini və böhrandan çıxış yollarını göstərdi.

 
- Fuad müəllim, söhbətimizi ənənəvi sualla başlayaq. “Yeni Azərbaycan Partiyasının və Demokratiya və Rifah Hərəkatının üzvü olaraq Fuad İbrahimov kimdir” sualına necə cavab verərdiniz?

- Fuad İbrahimov 1972-ci ildə Bakı şəhərində anadan olub. Təbii ki, bütün həmyaşıdlarım kimi 7 yaşımda məktəbə getmişəm, rus dilində təhsil almışam, 20 saylı məktəbi bitirmişəm. Uşaqlıqdan idmana güclü həvəsim olub, sonradan samboyla məşğul oldum və SSRİ idman ustası adını da aldım. 1990-cı ildə Voznesenski adına Leninqrad Maliyyə-kredit Institutunun yerli filialına qəbul olundum, 1 il təhsil alandan sonra rektor Fuad Ələsgərov filialı Azərbaycan Dövlət İqtisad İnstitutuna çevirdi. Xatırlayırsınızsa, 80-ci illərin sonunda Xalq Təsərrüfatı İnstitutunda problemlər yarananda bu təhsil ocağını Voznesenski adına Leninqrad Maliyyə-kredit Institutunun tərkibinə qatdılar. Amma mən məktəbi bitirəndə artıq Azərbaycan Dövlət İqtisad İnstitutu adlanırdı. İnstitutu bitirəndən sonra İqtisadiyyat Nazirliyində mütəxəssis, baş mütəxəssis, sonra nazirliyin katibliyində çalışdım. Artıq hakimiyyətdə Yeni Azərbaycan Partiyası idi, söhbət 1996-cı ildən gedir. 2000-ci ildə Ticarət Nazirliyində xarici ticarətin tənzimlənməsi departamentinin rəhbəri təyin olundum. Bir il sonra Ekologiya və Təbii Sərvətlər Naizrliyinə dəvət olundum. Bu müddətdə paralel olaraq elmi işlərim üzərində çalışırdım. Azərbaycan Dövlət İqtisad İnstitutunda dissertant kimi oxuyurdum, o zaman çox aktual mövzu götürmüşdüm: Azərbaycan iqtisadiyyatına yönəldilən xarici investisiyalar və onun milli iqtisadiyyatın dirçəldilməsində rolu. Elmi işim 10 il uzandı və 2007-ci ildə, nəhayət ki, iqtisadiyyat üzrə fəlsəfə doktoru adını qazandım.

- Amerikada neçənci illərdə təhsil aldınız?

- 2007-ci ildə iqtisadi məsələlər üzrə 6 aylıq, 1 illik kurs təhsili aldım. O zaman gördüm ki, Azərbaycandakı bazar iqtisadiyyatının müddəaları və  rıçaqları köklü formada fərqlidir.

- Qubad İbadoğlu ilə nə vaxt tanış oldunuz?

- İqtisadçı olduğumdan Qubad müəllimi uzun müddət izləyirdim. Yeganə iqtisadçı idi ki, rəqəmləri təhlil şəklində verirdi, göydən götürmürdü, iqtisadiyyat onu bağışlamaz, rəqəm iqtisadçının dostudur. Yalan üstündə iqtisadiyyat qurulmaz. Bir neçə dəfə Qubad müəllimin çıxışlarına münasibətimi bildirdim. Xatırlayırsınızsa, ölkə rəhbərinin məşhur “bəlkə bir az yavaşlayaq” çıxışı vardı. Yeganə olaraq Qubad  müəllim həmin açıqlamanı düzgün təhlil etdi, izah etdi ki, bizə qısqanclıq yox, xəbərdarlıq baxımından “bəlkə bir az yavaşlayaq” deyə bildirirlər. Yəni təhlükəylə üzləşə bilərik, bax. Artıq bu gün təhlükəylə üz-üzəyik.

- Həm YAP-da, həm də Demokratiya və Rifah Hərəkatında olmaq problem deyilmi?

- Qətiyyən problem deyil. Mən öz istəyimlə Demokratiya və Rifah Hərəkatına üzv olmuşam, təsis günü də öz münasibətimi bildirdim. Ki, üzv olmaq istəyirəm. Qubad müəllim pozulmuş makro iqtisadi tarazlığı sabitləşdirə bilən şəxsiyyətlərdən biridir. Bax, bundan istifadə etmək lazımdır. Fikir verin, dünya iqtisadiyyatının flaqmanı ABŞ universitetində çıxış edir. Bu insanın fikirləri Amerika universiteti üçün maraqlıdır. Bəs bizim üçün niyə maraqlı olmamalıdır?!

 

"Hazırda qeyri-neft sektorunun göstəriciləri pudralanmış, rənglənmiş qoca qadına bənzəyir. 100 zavod açılıb, monitorinq aparılsa, 80-ninin işləmədiyi məlum olacaq" 

 

- Sizə bu hərəkatda olduğunuz üçün problem yaratmırlar ki?

- Hələlik problem yaratmayıblar. Belə bir şey olsa, sözümüzü deyən adamıq. Əvvəla, irad tuta biləcək adamlar özləri bilməlidir ki, bununla ölkə rəhbərinə qarşı qeyri-səmimidirlər. Ölkə rəhbəri bizim düşmənimiz deyil ki. Borcumuz odur ki, zamanında problemləri səsləndirək, məgər, bu problemləri kənardan, başqa ölkədən bizə deməlidirlər?! 

- Söhbətimizi iqtisadi istiqamətə yönəldək. SSRİ-nin baş katibi Qorbaçov Böyük Britaniyanın baş naziri Tetçerin “sizdə kənd təsərrüfatında problemlər nə zamandan başlayıb” sualına “1917-ci ildən” cavabını vermişdi. Bu sual-cavabdan çıxış edərək sual edirəm: Azərbaycandakı indiki iqtisadi böhran nə vaxtdan yaranıb?

- Tam səmimi cavab verəcəm, 1991-ci ildə müstəqillik qazanandan sonra keçid dövrü iqtisadiyyatına qədəm qoyduq. Adminstrativ idarəetmədən bazar iqtisadiyyatına keçdik. Ən böyük qazancımız o oldu ki, zəngin karbohidrogen ehtiyatlarımız iqtisadi dövriyyəyə cəlb olundu. Bunun nəticəsində ölkəyə külli miqdarda neft gəlirlərinin axını başladı. Düşünürəm ki, 2006-cı ildən də Azərbaycanın bəlaları başlandı. Çünki ölkəyə gələn neft gəlirləri ilə qeyri-neft sektoru üçün heç bir iş görülmədi. Hazırda qeyri-neft sektorunun göstəriciləri pudralanmış, rənglənmiş qoca qadına bənzəyir. Yəni qeyri-neft sektorunun bioloji varlığı yoxdur.

- Ancaq prezident  ötən il 21 fevral devalvasiya qərarından əvvəl də iqtisadiyyatın şaxələnməsi barədə dəfələrlə açıqlama vermişdi...

- Ancaq yerinə yetirilmirdi.

- Nəyə görə?

- Çünki bazar iqtisadiyyatının mexanizmləri hərəkətə keçmirdi. Qubad müəllim Azərbaycan iqtisadiyyatına yaxşı rəy vermişdi: xəstələnib.

- Nə vaxtdan xəstələnib?

- Karbohidrogen ehtiyatlarımızı iqtisadi dövriyyəyə cəlb edən gündən, neft gəlirlərinin ölkəyə axdığı 2006-cı ildən.

 

 

"Prezident tütün və spirtli içkilərin plastik kartla satılması barədə sərəncam verir, 10 gündən sonra sərəncam geri götürülür. Nəyə görə? Mexanizm yoxdur, hərəkətə gətirə bilmirlər. Buna deyirlər bazar fiaskosu"

 

 

- Deməli, o zamandan “neft iynəsi” üstündə oturduq?

- Bəli. Qubad müəllim 2011, 12, 13-cü illərin büdcəsinin təhlillərini verib rəqəmlərlə göstərirdi ki, Azərbaycan iqtisadiyyatı nə dərəcədə neft amili təhlükəsindən asılıdır. Bu təhlükə ilk növbədə 7-8 virusu iqtisadiyyatımıza salıb, bu virusları mütləq bazar iqtisadiyyatı mexanizmlərini tətbiq etməklə aradan qaldırmaq olar. Birinci virus - sindrom səviyyəsinə yüksələn ziyanlı özünəgüvən. Bu gün də Azərbaycan hakimiyyəti iqtisadiyyatımızın xəstələndiyini qəbul etmək istəmir. Bu, səhv yanaşmadır. Çünki bunu qəbul etməsək, müalicə etmək mümkün olmayacaq. Təsəvvür edin ki, ağır xəstəliyə tutulmuş insanı qış aylarında çimizdirib eyvana çıxardırsınız və xəstə sətəlcəm olub dünyasını dəyişir. Biz qəbul etməliyik ki, iqtisadiyyatımız xəstələnib. İkinci virus - məzənnənin qapanmış dairəsi. Bununla dünya iqtisadiyyatına yenilik gətirmişik. Mərkəzi Bank dekabrın 21-də üzən məzənnəyə keçdiyini elan etdi. Halbuki üzən məzənnəyə keçmək üçün əsas lazımdır. Əsas odur ki, banklararası birja fəaliyyət göstərməlidir. İkinci isə qiymətli kağızlar bazarı olmalıdır. Amma Azərbaycanda bunların heç biri yoxdur. Deməli, yatacaq almışıq, döşəmə olmasa, bunu havada saxlamaq olmaz axı. Bu, o deməkdir ki, Azərbaycan üzən məzənnəyə keçməyib.

- Bəs bu necə adlanmalıdır?

- Yenə də inzibati əmirlik sistemi davam edir. Üzən məzənnə adı altında 1 dollar 1 manat 55 qəpiyə qaldırılıb, amma satılmır. Bu, o deməkdir ki, süni şəkildə saxlanılır, hakimiyyət yenə də intervensiyasını davam etdirir, yəni valyuta ehtiyatlarımız tükənir.

- Bu maliyyə siyasətinin fəsadı nə ola bilər?

- Bu, ona bənzəyir ki, insan pulu sağ cibindən çıxarıb sol cibinə qoyur və bununla qazanc əldə etdiyini düşünür. Bu, qazanc deyil, bir müddət ictimaiyyəti sakit saxlamaqdır. Bilmirəm, başqa necə adlandırım, çünki səhvdir, üzən məzənnə deyil. Manat şəffaf şəkildə üzən məzənnəyə buraxılsa, 1 dollar 2 manatdan çox olar. Bilirsiniz, real iqtisadi göstəricilərimiz belədir. Bura həqiqi ümumdaxili məhsul, qeyri-neft sektorunun real səmərəliliyi aiddir. Səmərəlilik haqqında adi bir misal: 100 zavod açılıb. Monitorinq aparılsa, 80-nin işləmədiyi məlum olacaq. Bu, o deməkdir ki, qeyri-neft sektoruna buraxılan bütün vəsaitlər qeyri-səmərəsiz istifadə olunub. Problemlər belə yaranır da, daşa, kağıza verilir, amma iş yerləri yoxdur. Xatırlayırsınızmı, İlham Əliyev 2003-cü il seçki kampaniyasında 600 min iş yeri barədə vəd verirdi...

- Ancaq sonuncu müşavirədə dövlət başçısı “bəzi hallarda iş yerlərinin sayı süni artırılır” deyə söylədi...

- Mən Beynəlxalq Bankdakı 6 milyard məsələsini xatırlatmaq istərdim. Axı, bu, bir həftədə olmayıb. Bankın sədri məsuliyyətə cəlb olunub. Bəs digər məsul şəxslər niyə kənarda qalıb? Maliyyə naziri 3 aydan bir hesabat qəbul edirdi. Təkcə Statistika Komitəsi bank sektoru üzrə yalnız 20-25 hesabat alır. Bir daha deyirəm, 6 milyard 1 ildə “itməyib”, bəs nədən Müşahidə Şurası vaxtında siqnal verməyib?! Onsuz da biz manatın devalvasiyasını gözləyirdik, amma Maliyyə Nazirliyi bunu bilməliydi, bilirdi də. Nə üçün ictimailəşdirib zamanında prezidentə məruzə etmirdilər?

- Qoyduğunuz suallara ehtimallar əsasında cavabınız necədir?

- Məsuliyyətsizlik! Məsuliyyətsizlik olan yerdə heç bir halda bazar iqtisadiyyatını dirçəltmək mümkün olmayacaq.

- Ancaq maliyyə naziri Samir Şərifov bazar günü keçirilən müşavirədə 4 illik proqramın hazırlanmasının və qənaət rejiminə keçidin vacibliyini dedi. Siz o proqramı necə görürsünüz, təkliflərinizi deyə bilərsinizmi?

- Əgər o tədbirlər planı olacaqsa, heç bir effekti olmayacaq.

- Fuad müəllim, niyə bu qədər bədbinsiniz?

- Bədbin deyiləm. Mən iqtisadiyyatımızın xəstələnməsinə toxundum. Bilirsiniz, iqtisadiyyatdakı viruslar təmizlənməsə, nazirin dediyi tədbirlərin heç bir effekti ola bilməz.

- Həmin virusları tezis şəklində sadalayın...

- Ziyanlı özünəgüvən, bu barədə danışdıq. Məzənnənin qapanmış dairəsi. Nə azad buraxa bilirik, nə də saxlaya. Azad buraxanda sosial partlayış ola bilər, saxlayanda da valyuta ehtiyatlarımız tükənir. Gətirib çıxartmışıq bazar fiaskosu sindromuna. Fikir verin, prezident tütün və spirtli içkilərin plastik kartla satılması barədə sərəncam verir, 10 gündən sonra sərəncam geri götürülür. Nəyə görə? Mexanizm yoxdur, hərəkətə gətirə bilmirlər. Nəqliyyat vasitəsi var, təkəri, yanacağı yoxdur.  Buna deyirlər, bazar fiaskosu. Dördüncü virus - əvəzlənmə effekti. Yəni manatın əvəzlənmə effekti: hamı dollarlaşmaya qaçır, manat tamamilə etibarını itirib. 50 manatı olan da qara gün üçün onu dollara çevirmək istəyir. Milli valyuta dizi üstə çökəndə heç bir tədbir effekt verə bilməz. Beşinci virus - əks-effekt sindromu. Bu virus hazırda iqtisadiyyatımızın canına yeriyib. Ümumiyyətlə, böhran olan ölkələrdə vergi və gömrükdə sərtləşdirici tədbirlər görmək olmaz. Əksinə, yumşaldıcı, stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir. Məsələn, 1975-ci ildə Kanadada böhran olanda vergiləri müxtəlif yollarla toplayırdılar. Küçələri təmizləməyə pul ayıra bilmirdilər, qərar qəbul olunurdu ki, 1 ayda 20 kiloqram zibil təhvil verən ay ərzində Olimpiya Stadionunda üzməyə gedə bilər.

 

"“Böyük depressiya”dan çıxma modelləri var, yəni oliqarx nazirlər gəlirlərindən imtina etməlidirlər. Amma bununla belə əllərində olan digər sərvəti saxlaya biləcəklər. Biz vəziyyətdən çıxmalıyıq, “Nürnberq prosesi” qurmamalıyıq"

 

 

-  Ancaq Respublika Prokurorluğu yumurta və dərman satan şirkətlərə qarşı cinayət işi açır...

- Bu, əks effek verəcək. Artıq görünür, qiymət qalxır. Hamı istifadə edir. Niyə də etməsin?! Bilirsiniz, bazar iqtisadiyyatında özəl sektora müdaxilə etmək düzgün deyil. Bunun üçün dövlət, mahiyyətini başa düşüb sərhədi açmalıdır. Iş adamı bilsə ki, gömrükdə ona problem yaratmayacaqlar, Yeni Zellandiyadan 2 min ton kərə yağı gətirib Azərbaycan bazarına 3 manata çıxardar. Həm də dövlətin payına düşən 36 faizi ödəyər də. Ancaq iş adamı malının müxtəlif hiylələrlə respublikaya buraxılmayacağını bilir.

- Yəni inhisarçılıq imkan vermir?

- O da bir amildir. Tutaq ki, inhisarçılığı, korrupsiyanı götürdük, ardınca müəllimə və həkimə 200 manat verdik, ancaq 200 manatlıq istehlakçı səbətini verə bilməsək, deyilən tədbirlər boş şeydir. Makroiqtisadi tarazlıq yalnız kompleks tədbirlər şəklində həyata keçirilir. Akademik Rafiq Əliyev bugünlərdə yazmışdı ki, iqtisadiyyatı diriltmək üçün 4 rəqəmini götürün, onun içində 4 dənə 1 var, 8 dənə sıfır, 5 var, yəni bunları bir-birinə toxumalıyıq. Nə olsun,  gömrükdən mal keçib, amma büdcədə çatışmazlıq var. Yaxud maaşı 30 faiz qaldırırsan, amma yenə çatmır, çünki məhsulun da qiyməti qalxıb. Dövlətin siyasəti o olmalıdır ki, vətəndaşa verilən maaş yalançı olmasın. Yalan rəqəm olmaz, minimum əməkhaqqı 200 manatdırsa, 200 manatlıq istehlakçı səbəti olmalıdır. Mən demirəm ki, səbətdə qara kürü, kofe və s. olmalıdır. Ancaq toyuq, meyvə-tərəvəz, ət, yağ, qənd olmalıdr, bu, böhran dövrünün yox, normal dövrün səbəti olmalıdır. Bunu edə bilməyən hökumət gərək hakimiyyətdə oturmasın. Biz nə qədər Almaniyanı, Norveçi misal gətirəcəyik?!

- Amma Az.TV Almaniya iqtisadiyyatının dağıldığı barədə məlumatlar verir...

- Az.TV özü bir virusdur düşüb bu xalqın canına. Elə bilirlər ki, hörmət qazanırlar. Belə hörmət olmur.

- Fuad müəllim, viruslara qarşı hansı tədbirlər görülməlidir?

- Azərbaycanda monopoliya anlayışı inhisarçılıq kimi qəbul olunur. Ancaq inhisarçılığın dərəcələri var. Məsələn, birinci dərəcəli qiymət diskriminasiyası. Sadə dillə deyək. Inhisarçı sizin su içdyinizi bilir və cibinizdə nə qədər pul varsa, qiyməti maksimal dərəcədə qaldırmaqla həmin pulu götürür. Bizdə inhisarçılığın bu forması olduğundan aradan qaldıra bilmirik. Göstəriş verilir ki, aradan qaldırılmalıdır, amma aradan qalxmır. 10 dəfə göstəriş verilsə də, yenə eyni vəziyyətdir. Çünki təsiredici iqtisadi alətlərdən istifadə etmirlər. İqtisadi təsiredici alət mediadır, vətəndaş cəmiyyətidir.

- Prezident sonuncu müşavirədə ictimai nəzarət və ictimai fəallıq barədə tapşırıq verdi...

- Bunlar hamısı təsirsizdir. Televiziyalar, qaynar xətlər işləməlidir. Adolf Hitlər 1933-cü ildə bu qaydanı tətbiq etməklə Almaniyanı ayağa qaldırdı. Düzdür, Hitlerə görə bunu çox demirlər, amma Almaniya bu modellə getdiyini deyir. Hesab edirəm ki, tapşırıq hökumətə yox,  mətbuata verilsə, proses daha sürətlə gedər.

- Azərbaycanda azad mətbuatın çox az olduğunu deyirlər...

- Bəli, bu məqamı nəzərə alıram. Elə ona görə də cənab Şərifovun dediyi tədbirlər planı heç bir effekt verməyəcək və proses uçuruma doğru gedir. Bütün sahələr tənəzzülə uğrayacaq.

- Siz kompleks tədbirlər görülməsinin vacibliyini vurğuladınız. Indiki hökumət bunu edə biləcəkmi?

- Xeyr.

- Çox bədbinsiniz...

- Bu reallıqdır və hökumətin bacarmayacağını sübut etməyə ehtiyac da yoxdur. Vəziyyəti görürsünüz.

- Siz məni iqtisadiyyatın tənəzzül edəcəyinə inandıra bilərsinizmi?

- Milli valyutamız bir il ərzində 94 devalvasiyaya uğradı, bu - iflasdır. Ötən il fevralın 21-də birinci devalvasiya elan olundu, 3-4 gün sonra əhali kütləvi formada manatlarını banklardan çıxarıb dollara çevirirdi. Bu il fevralın 25-dən martın sonuna qədər devalvasiyanın 1 ili tamam olacaq. 100 əmin edirəm ki, bu müddətdə hamı kapitalını geri çəkəcək və ardınca respublikanın maliyyə-kredit sistemi çökəcək. Bu hadisə iqtisadiyyatın onurğa sütununu dağıdacaq, ondan sonra daha qalxa bilməyəcəyik.

- Hətta bundan sonra neftin qiyməti 80-100 dollara qalxsa da, vəziyyət dəyişməyəcək?

- Xeyr, dəyişməyəcək. Bir daha deyirəm, çıxış yolu kompleks tədbirlərdədir, onlar da görülmür.

- Ancaq deputat Zahid Oruc yaxın 20 gündə prezidentin vəziyyəti sabitləşdirəcəyini deyib...

- Bilirsiniz, prezident İlham Əliyev də bizim kimi insandır və insan hər şeyi əhatə edə bilməz. Hətta insanın yaratdığı texnika hər şeyi əhatə edə bilmir. Hesab edirəm ki, bu gün prezidentin adından bu cür çıxış etmək, ən azı, prezidentin özünə qarşı hörmətsizlikdir. Nəyə görə? Əgər 10-20 günə indiki vəziyyətdən çıxacaqdıqsa, bu vəziyyətə düşməzdik də. Mən düşünmürəm ki, prezident ötən il manatın sabitliyindən danışanda milləti aldatmaq istəyirdi, xeyr. Heç bir insan, o cümlədən də, prezident yalan danışmaq istəməz. Deməli, verilən vədlər məlumatsızlıqdan irəli gəlir. Yəni prezident vəziyyəti əhatə edə bilmir. Bilsə, bu vəziyyətə düşərmi ki, 20 günə durumu dəyişəcək? Ancaq biz iqtisadçılar manatın indiki durumunu görürdük. Çünki mənzərənin necə dəyişəcəyini, proseslərin hara getdiyini bilirdik.

- İqtisadiyyatın onurğa sütununun dağılması sadə vətəndaşa, əhaliyə hansı zərbələrlə yadda qala bilər? 
- İnsanlar əmanətlərini çıxartmaqda çətinlik çəkəcək. Bəli, heç kimə deyilməyəcək ki, sizin pulunuz daha yoxdur. Ukraynada bu modeli tətbiq etdilər. Pullar dondurulub, 2 ildir verəcəklərini vəd etsələr də, verə bilmirlər, iqtisadiyyatın formalaşmasını gözləyirlər. Amma biz indiki yanaşmayla iqtisadiyyatımızın nə vaxt bərpa olunacağını bilmirik. İkinci zərbə - dollarla olan kreditlərin qaytarılması mexanizmi yoxdur. Hökumət yaxasını kənara çəkib, məhkəmə qərar verib ki, banklarla vətəndaşlar problemi differensial qaydada həll edə bilər. Bu, belə olmamalıdır.  Dövlət qismən də olsa, vəziyyətə müdaxilə etməlidir. Modellərdən biri belədir: kreditin zamanı uzadılacaq, amma faiz dayandırılacaq. Yenə deyirəm, çıxış yolu olmalıdır, əks təqdirdə mart ayından başlayaraq bank-vətəndaş münasibətləri kəskin şəkil alacaq. Əhali indi elə vəziyyətdədir ki, deyir, vermirəm, vur, öldür, nə edim, yoxdur.

- Deməli, sosial narazılıq və ardınca siyasiləşmə?

- Bəli, narazılıqlar siyasiləşə bilər. Mən insanam, balam acından ölsə, fikrimi kəskin şəkildə bildirməli olacam.  Ən azı, narazılığımı ifadə edəcəm, deyəcəm ki, ay insanlar, Qubad müəllim burdadır, imkan verin işləsin, əgər alınmasa, Ramil müəllim həbs edər. Üçüncü ziyan - maliyyə-kredit sistemi çökəndə orta sahibkarlar sinfinin 80-ni sıradan çıxaracaq. Bunlar hamısı illər boyu manatın sabitliyini rəhbər tutaraq maliyyə-kredit sistemlərini qurublar. Manat sabit olmayanda isə sistem dizüstə çökür, çünki qiyməti formalaşdıra bilmir. Bu isə ticarət şəbəkələrinin bağlanmasına və nəticədə işsizlər ordusunun yaranmasına gətirəcək. Bu prosesdə banklar birmənalı olaraq zərbə alacaq.

- Əgər indiki hökumət vəziyyəti dəyişməsə, nə olacaq?

- Xaos. Həmişə belə olur, sonda xaos nəzəriyyəsi gerçəkləşir. İllərlə qurduqlarımız dağılacaq. Mən Yeni Azərbaycan Partiyasının üzvü, iqtisadçı alim kimi danışıram, Nazirlər Kabinetinin sonuncu iclasında tədbirlər planı görmədim. İclasda deyirlər ki, inhisarçlığın qarşısı alınmalıdır. Məgər qanunda inhisarçılıq barədə nəsə yazılıbmı?! Qanunu tətbiq etsinlər, tədbirlər planına ehtiyac yoxdur.

- Fuad müəllim, hətta qanunvericiliyə əməl olunsa da, heç nə dəyişməyəcək?

- Yox!

- Sualım bir az ritorik olacaq. Siz çox sürətlə getdiniz və xaosa gəldiniz, prezident demişkən, bəlkə bir az yavaşlayaq?

- Heç cür mümkün deyil. Əzizim, 10 ayda 2 dəfə devalvasiya qərarıyla söhbət bağlanıb. Bilirsinizmi, nə qədər adam pis vəziyyətdədir, malını gətirib, amma anbardan çıxarda bilmir, qiymət qoya bilmir. Yaxud gömrükdə sənəd ala bilmədiyindən rəsmiləşdirə sala bilmir. Problem karta bağlı deyildi, sadəcə, gətirilən malların sənədləri yox idi. Anbardakı malların sənədi yoxdur, hamısı gizli iqtisadiyyat formasında ölkəyə keçirilib, iqtisadi dövriyyəyə rəsmən cəlb olunmayıb.

- Özünüz də çıxış yolu görmürsünüz?

- Var, biz iqtisadçılar bilirik.

- O zaman söhbətimizi bədbin notlarla bitirməyək, deyin...

- İlk növbədə prezident yanında keçid dövrü üçün İqtisadi Təhlükəsizlik Şurası yaradılmalıdır. Bu şura vasitəsilə bütün dövlət orqanlarına müdaxilə edilməlidir. Birinci yuxarıda dediyim viruslar aradan qaldırılmalıdır. Hər bir virus üçün kompleks tədbirlər görülsə, ay yarıma əhali nəsə hiss edəcək. Dünyada İsveç, Türkiyə, Amerikanın 1929-cu ildə “Böyük depressiya”dan çıxma modellərri var. Bəli, hakimiyyət üçün bunları tətbiq etmək ağrılı olacaq. Yəni oliqarx nazirlər gəlirlərindən imtina etməlidirlər. Amma bununla belə əllərində olan digər sərvəti saxlaya biləcəklər. Onları heç kim həbs etmək fikrində də deyil, bu səhifəni qatlamaq lazımdır. Biz vəziyyətdən çıxmalıyıq, “Nürnberq prosesi” qurmamalıyıq.

- Real faktları götürsək, Azərbaycanın yaxın bir ildə böhrandan çıxmaq potensialı varmı?

- Var, amma hakimiyyətin iradəsini bilmədiyimdən bu barədə danışmaq çətindir. İndiki vəziyyət iradənin olmamasına dəlalət edir.   

Mənbə: (XƏBƏR365) - Xəbər365 Analitik İnformasiya Mərkəzi Müəllif: XƏBƏR365
Fuad, İbrahimov:, ,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
"Paşinyan Azərbaycanla sülh müvaqiləsi bağlamaq üçün tələsməlidir" - Ay Partiyanın başqan müavini
Bu hiylələrə uymaq olmaz - AY Partiya Başqanı
“O torpaqlarda hələ də Azərbaycan bayrağı dalğalanmırsa...”
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı