The document has moved here.
|
||
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək” | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Mərkəzi Bank 2016-cı ilin 1-ci rübü üzrə tədiyyə balansı ilə bağlı məlumatları açıqlayıb. Cari hesablar balansında son 10 ildə qeydə alınmayan ən böyük məbləğdə - 432.1 milyon dollar məbləğində defisit qeydə alınıb. 2015-ci ilin ilk rübündə 57.8 milyon, 2014-cü ilin yanvar-mart aylarında isə 3.3 milyard dollar profisit olmuşdu.
“Xaricdə yaşayanların ailələrinə göndərdiyi pul xeyli azalıb”
İqtisadçı Rövşən Ağayevin fikrincə, tədiyyə balansının təhlili göstərir ki, hamı - istər ev təsərrüfatları, istərsə də biznes və hökumət sektoru qənaət rejiminə keçib: "Ev təsərrüfatlarının qənaəti özünü xaricdə turizmə xərclənən vəsaitlərin həcmində göstərir. Bu ilin 3 ayında xarici turizm xidmətlərinə 530 milyon dollar xərclənib, halbuki 2014-cü ilin eyni döründə bu məbləğ 814 milyon dollar, 2015-ci ildə 626 milyon dollar olmuşdu. Biznes və hökumət sektorunun qənaət rejiminə keçməsi özünü xarici ölkələr tərəfindən göstərilən müxtəlif işgüzar xidmətlərə görə ödənişlərin kəskin azalmasından özünü göstərir. 2016-cı ildə həmin xidmətlərə 200 milyon dollar xərclənib, amma 2014-cü ildə 635 milyon dollar, 2015-ci ildə 331 milyon dollar xərclənmişdi".
Onun sözlərinə görə, xaricdə yaşayan şəxslərin ailələrinə göndərdiyi pullar (remitanslar) da xeyli azalıb. Bu ilin ilk 3 ayında bu xətlə ölkəyə 179 milyon dollar daxil olub, əvvəlki 2 ildə həmin məbləğ 310-360 milyon dollar intervalında olmuşdu. Neftin qiymətinin azalması Azərbaycan hökuməti ilə yanaşı, xarici neft şirkətlərinin də mənfəətinin kəskin azalmasına səbəb olub. Belə ki, 2016-cı ilin 3 ayında beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin ölkədən çıxarılan həcmi 313 milyon dollar olub. Halbuki 2014-cü ildə 815 milyon dollar olmuşdu".
“Yaranmış vəziyyətə düzgün qiymət verilmir”
İqtisadçı-alim Fuad İbrahimov ölkədə qənaət rejiminə keçidin nə dərəcədə effektli olacağı barədə fikrini bildirib: “Hörmətli həmkarım Rövşən bəyin göstərdiyi ayrı-ayrı ümumi sahələr üzrə iqtisadi göstəricilər onu göstərir ki, hazırki dövr iqtisadi tənəzzül dövrü, başqa sözlə desək, iqtisadiyyatın kiçilməsi dövrüdür. Belə mühütdə hər kəsi maraqlandıran sual isə budur: Mövcud vəziyyətdən çıxmaq üçün və yaxud bazar iqtisadiyyatının ardıcıl ağrılı zərbələrini yumuşaltmaq üçün qənaət rejiminə keçmək kifayət edəcəkmi?
Fuad İbrahimov xüsusi olaraq qeyd edir ki, hökumət bu prosesə iqtisadiyyatın kiçilməsi fonunu əsas tutaraq yəni ümumi “maliyyələşdirmə və kapital qoyuluşunun” məhdudlaşdırılması prizmasından yanaşır: “Bu isə hazırkı iqtisadi vəziyyətdə tənəzzülün dərinləşməsi ilə yanaşı, əks effekt verəcəyini yəqin edir. Bir daha onu göstərir ki, hökumət yaranmış vəziyyətə düzgün qiymət vermə iqtidarında deyil və adekvat addım ata bilmir”.
İqtisadçının fikrincə, qənaət rejiminə keçmək və onun effektivliyini əldə etmək üçün ancaq və ancaq makroiqtisadi səviyyədə klassifikasiya yolu ilə yanaşmada əldə etmək olar. Bu yol isə sistemli şəkildə kompleks islahatların aparılması şərti ilə mümkündür. |
||
|
||
Fuad, İbrahimov:, “Ölkədə, iqtisadiyyatın, kiçilməsi, tənəzzülü, daha, da, dərinləşdirəcək”, |
|