Xəbər haqqında
14 Noyabr 2017 - Çərşənbə axşamı 11:24 33 nəfər oxuyub
 
Gömrük ödənişləri üçün əhatəli təminat qəbul ediləcək
İŞ DÜNYASI Xəbəri
Gömrük ödənişləri üçün əhatəli təminat qəbul ediləcək

Nazirlər Kabiineti “Təminatdan istifadə etməklə gömrük borcunun ödənilməsinin təmin edilməsi Qaydaları”nda dəyişiklik edib.

 

Xeber365.com APA-ya istinadən bildirir ki, bu Qayda  təminat üsullarından istifadə etməklə, gömrük borcunun ödənilməsinin təmin edilməsi məsələlərini tənzimləyir.

 

Qaydaya əsasən gömrük orqanları mövcud və ya gələcəkdə yarana biləcək gömrük borclarının ödənilməsini təmin etmək məqsədi ilə borclu və ya gələcəkdə borclu olacaq şəxslərdən girov, veksel zaminliyi (aval), bank qarantiyası, ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına köçürülməsi, sığorta müqavilələri, üçüncü şəxsin zaminliyi və avans ödəmələri kimi təminatın verilməsini tələb etmək hüququna malikdirlər. Təminatın məbləğini gömrük orqanları müəyyən edirlər.

 

İndiə qədər gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı gömrük və vergi qanunvericiliyinə əməl edən, gömrük prosedurlarından mütəmadi istifadə edən və bu prosedurlarla əlaqədar öhdəlikləri vaxtında və tam yerinə yetirmək imkanı olan rezidentlərin yazılı ərizə ilə müraciəti əsasında ödəniləcək gömrük ödənişlərini əhatə edən əhatəli təminat qəbul edib. Dəyişikliyə əsasən bundan sonra bu hallarda gömrük orqanı rezidentlərin həm də elektron formada müraciəti əsasında ödəniləcək gömrük ödənişlərini əhatə edən əhatəli təminat qəbul edəcək.
 

Qeyd edək ki, gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı iki və daha çox bəyannamə, gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük borcu yarandıqda, yaxud yarana biləcəyi və gömrük borcunun məbləği müəyyən müddətdə dəyişə biləcəyi təqdirdə şəxs tərəfindən əhatəli təminatın təqdim edilməsinə icazə verir.

 
 

Mənbə: Müəllif:
Gömrük, ödənişləri, üçün, əhatəli, təminat, qəbul, ediləcək,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı