The document has moved here.
|
||
Göytəpə bazarında yanğın söndürüldü - YENİLƏNB/VİDEO | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
Cəlilabad rayonunun Göytəpə şəhərində bazarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə Xeber365.com-a FHN-ə istinadən xəbər verir.
Əlavə məlumat veriləcək.
17:28
Cəlilabad rayonu Göytəpə şəhər bazarında baş verən yanğın lokallaşdırılıb.
"Report"un Muğan bürosunun məlumatına görə, hazırda soyutma işləri aparılır.
İlkin məlumata görə, yanğın nəticəsində 20-yə yaxın mağazaya ziyan dəyib.
Ümumilikdə hadisə yerinə Cəlilabaddan 4, Masallıdan 2, Biləsuvardan 1 və Salyandan 1 yanğınsöndürən maşın cəlb edilib.
Hazırda hadisənin səbəbləri və dəyən ziyanın məbləği araşdırılır.
15:48
Cəlilabadda Göytəpə şəhər bazarında yanğın olub.
Bu barədə Xeber365.com-a Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Nazirliyin "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun Göytəpə şəhərində bazarda yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək. |
||
|
||
Göytəpə, bazarında, yanğın, söndürüldü, -, YENİLƏNB/VİDEO, |
|