Xəbər haqqında
06 Noyabr 2017 - Bazar ertəsi 15:56 908 nəfər oxuyub
 
Gözlənilməz nəticə: Ərdoğan bu gün seçkiyə getsə...
DÜNYA Xəbəri
Gözlənilməz nəticə: Ərdoğan bu gün seçkiyə getsə...

SONAR Araşdırma şirkətinin keçirdiyi anket sorğusu gözlənilməz nəticələnib. 

 

Xeber 365.com Türkiyə mətbuatına istinadən bildirir ki, anket nəticələrinə görə bu gün seçki keçirilsə, hakim AKP-nin səs faizləri 38,51 faiz təşkil edərdi, Milliyyətçi Hərəkat Partiyası isə seçki həddini keçə bilməzdi. 

 

Deputat Fidel Okanın Tvitter hesabından paylaşdığı açıqlamaya görə, 26 rayonda 3 mindən çox insanın qatıldığı anket 1-6 noyabr tarixləri arasında reallaşıb. Okan əlavə edib ki, qərarsız seçicilər partiyalara görə bölüşdürüləndə bu gün səsvermə keçirilsə AKP (Ədalət və İnkişaf Partiyası) 38,51, Cumhuriyyət Xalq Partiyası 23,50, İyi partiyası 16,06, HDP (Xalq Demokrat Partiyası) 10,33, MHP (Milliyyətçi Xalq Partiyası) 3,82 faiz səs toplayardı.

 

Meral Akşenerin ötən günlərdə təqdim etdiyi İyi partiyasının üçüncü sırada yer alması maraqla qarşılanıb.

 

 

 

 

Mənbə: Müəllif:
Gözlənilməz, nəticə:, Ərdoğan, bu, gün, seçkiyə, getsə...,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı