Xəbər haqqında
13 Sentyabr 2017 - Çərşənbə 18:07 15 nəfər oxuyub
 
Güclü geomaqnit qasırğası seriyası davam edir
GÜNDƏM Xəbəri
Güclü geomaqnit qasırğası seriyası davam edir

Sentyabrın 12-dən növbəti geomaqnit qasırğası başlayıb. Hazırda G1 sinfinə malik geomaqnit qasırğası davam edir. Həmçinin G2 sinifli qasırğa gözlənilir. Maksimal şkala G5-dir və bu cür şkalaya uyğun qasırğalar nadir hallarda, 11-ildə 1-2 dəfə baş verir. Bir neçə gün əvvəl baş vermiş güclü qasırğa isə G4 kateqoriyalı idi. Sabah da geomaqnit həyəcanlaşmasının davam edəcəyi gözlənilir (G1 qasırğası). Hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 5-dir (maksimum 9 olur).

Xeber365.com məlumat verir ki, hazırda Günəş diskinin görünən səthində bir aktiv ləkə qrupunda (AR) 11 ləkə müşahidə olunur.

Azərebaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası direktorunun elmi işlər üzrə müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev bildirib ki, bu qruplar kifayət qədər böyükdür və hətta AR 2673 və AR 2674 Yerdən tutqun şüşə ilə baxdıqda adi gözlə görünə bilər. AR 2673 daha təhlükəli sayılır və maqnit sahəsi o qədər mürəkkəbdir ki (“beta-qamma-delta” adlanan ən mürəkkəb quruluş), bu ləkələrin yanında hər an ixtiyari gücə malik, o cümlədən ən güclü rentgen X sinfinə malik Günəş alışmaları baş verə bilər. Bu ehtimal 50 faizə çatıb və böyük rəqəmdir (orta gücə malik alışmaların generasiya ehtimalı üçün isə bu rəqəm hətta 75 faizdir). Məhz sentyabrın 6-da baş vermiş X-9 sinifli rentgen alışmasından sonra planetlərarası fəzaya atılmış Tac Plazma Kütləsinin (CME) təsirləri gözlənildiyindən də tez, sentyabrın 12-də axşam saatlarında Yer ətrafına çatıb və son illərin ən güclü geomaqnit qasırğasının yaranmasına səbəb olub. Hazırda Günəş plazma küləyinin sürəti 525 km/san-dir.

Hazırda planetlərarası maqnit sahəsinin Z komponentinin cənub istiqamətinə yönəlməsi vəziyyətin daha gərgin olmasına şərait yaradır.

Qasırğa yuxarı en dairələrində daha təsirli olur, əsrarəngiz qütb parıltılarının (“Aurora borealis”) şəkilləri artıq mediada yayınlanıb. Bizim orta coğrafi en dairələri üçün təsir nisbətən zəif olur.

Sağlam insanlardan fərqli olaraq, risk qrupuna daxil olan – xroniki ürək-qan-damar xəstəliklərinə düçar olanlar, ahıllar, uşaqlar gərginlikdən qaçmalı, yüngül qabaqlayıcı tədbirlər (həkim məsləhəti əsasında) görməlidirlər. Budəfəki qasırğa texnoloji sistemlərə də ciddi təsir göstərib. Artıq hər iki Amerika qitəsi ərazisində aşağı tezlikdə işləyən kommunikasiya siqnallarının işində təqribən bir saatlıq deqradasiya yarandığı barədə məlumatlar yayılıb. Bu təsir R3 sinfinə mənsub (maksimum R5-dir) radiodonma qasırğası olub. Digər tərəfdən, S1 sinifli radiasiya qasırğası da qeydə alınıb. Bu adətən qütblərdə yüksək tezlikli elektromaqnit dalğalarının yayılmasına mənfi təsir göstərir.

Göründüyü kimi kosmik hava şəraiti çox əlverişsizdir. Atmosfer təzyiqinin nisbətən qalxması da müşahidə olunur və bu, neqativ diskomfort effektlərini artırır.

Mənbə: Müəllif: XƏBƏR365
Güclü, geomaqnit, qasırğası, seriyası, davam, edir,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı

antalya escort bayan escort izmir bursa escort bursa escort bayan ataşehir escort izmir escort Türk ifşa beylikdüzü escort